Icma.az
close
up
RU
“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib

“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da “Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusuda tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycana qayıdış çərçivəsində Gorus rayonu ərazisindəki azərbaycanlılara məxsus memarlıq abidələri və toponimlər müzakirə mövzusu olub.

AZƏRTAC xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin “Qərbi Azərbaycana qayıdış ərəfəsində maddi-mədəni irsin mövcud vəziyyəti hüquq müstəvisində” layihəsi çərçivəsində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Ulu Öndərin Azərbaycanın siyasi siması olmaqla bərabər, mədəniyyətimizə və tariximizə dəyər verən, dəstək göstərən lider olduğunu deyən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Ümummilli Liderin Qərbi Azərbaycanın maddi-mədəni irsini də hər zaman diqqətdə saxladığını və zaman-zaman həmin irsin qorunmasına dair tövsiyələr verdiyini qeyd edib.

Daha sonra Faiq İsmayılov Gorus rayonu və onun abidələri, toponimləri barədə məlumat verib. Bildirilib ki, orta əsr abidələri ilə insanlara əfsanələr, möcüzələr yaşadan Qərbi Azərbaycanın Bazarçay dərəsi tarixi baxımdan digər ərazilərdən zənginliyi ilə fərqlənir. “Yüz ildən çoxdur ermənilər tərəfindən tədricən dağıdılıb, xarabalığa çevrilən həmin dərə Azərbaycanın yüzlərlə mədəni irs nümunəsinin ermənilər tərəfindən məhvinə şahidlik edib. Hazırda Bazarçay dərəsində ermənilər tərəfindən dağıdılan və xarabalığa çevrilən Azərbaycanın mədəni irs nümunələri olan memarlıq abidələrinin xarabalıqları Ermənistanın turist şirkətlərinə böyük həcmdə gəlir gətirir. “Erməni tədqiqatçılar həmin ərazilərin tarixini və kimlərə məxsusluğunu çox gözəl anlayırlar. Sadəcə həqiqəti etiraf edə bilmirlər. Əgər həqiqəti etiraf etmək güçündə olsalar, həmin ərazilərdə ermənilərin yaşamadıqlarını və oranın Azərbaycana məxsus olduğunu deməli olacaqlar. O zaman regiona gələn turistlər də biləcəklər ki, Xınzirək mağaralarının əzəli sakinləri ermənilər yox, oğuz türkləri olublar. Bu baxımdan ərazinin tarixi həqiqətlərini etiraf etmək onları çox qorxudur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Bazarçay dərəsində xarabalığa çevrilən orta əsr inzibati yaşayış məntəqələrinin adı ilə kənarda yeni müasir kəndlər, qəsəbələr salınıb. Belə yerlərdən biri də yeni salınan Gorus qəsəbəsidir:”Gorusun bərəkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olub. Orta əsr şərq-müsəlman memarlığının ən gözəl nümunələrindən biri olan Sınıq və Yayıcı Karvansaralarının da Gorus ərazisində olması deyilənlərə sübutdur. Qayaların qoynundakı mağara və karvansaralar son illərə qədər qalmaqda idi. Həmin ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət düşərgəsi və əyləncə yeri olub”.

Faiq İsmayılov deyib ki, ayrı-ayrı vaxtlarda dünyanın müxtəlif ölkələrindən indiki Qərbi Zəngəzur ərazisinə köçürülən ermənilər müxtəlif ləhcələrlə danışıblar. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danışdıqları halda, qonşu Qafanda başqa ləhcə ilə danışırlar. İrəvan ermənilərinin öz, digər bölgələrin də öz ləhcəsi var. Lakin Gorus ləhcəsi Qarabağ ləhcəsinə uyğunluğu ilə diqqət çəkir. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı Zəngəzur və Qarabağın qədim Albaniya dövlətinin tərkibində olmasını təsdiq edən dəlillərdən biri kimi əhəmiyyətlidir:”Bazarçay dərəsinin qeyri-adi guşələrindən biri mürəkkəb relyefi ilə digər kəndlərdən fərqlənən Xınzirək kəndidir. Bu, Qarabağ məlikliyinə tabe olan ən qədim kəndlərdən biridir. 1913-cü ilə qədər kəndin 9 məhəlləsində təqribən 8 min nəfər Azərbaycan türkü yaşayırdı. O dövrdə Gorus şəhərinin 1500 nəfər əhalisi vardı. Həmin zamanlara dair məlumatlarda göstərilir ki, kənddə 27 mağaza, 3 istehsal müəsisəsi olub. Bütün bunlar hətta müasir bir kənd üçün də kifayət qədər böyük rəqəmlərdir. 1920-ci illərdə Xınzirək kəndinə İranın İsfahan şəhərindən 100-dən çox erməniəsilli ailə köçürüldü. Ermənilər kənddə məskunlaşdırıldıqdan sonra oradan azərbaycanlılar tədricən sıxışdırılıb qovuldular”.

Daha sonra çıxış edənlər Qərbi Azərbaycana qayıdış probleminin də uzaqgörən siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi və mənəvi baxımdan ciddi şəkildə işləndiyini, həmin məsələnin Prezident İlham Əliyevin fəaliyyətində də eyni ağırlıqda təzahür etdiyini diqqətə çatdırıblar. Natiqlər 44 gündə 30 illik işğala son qoyulduğu, sakinlərin öz dədə-baba yurdlarına köç etdiyi kimi, Qərbi Azərbaycandan olan vətəndaşların da yurd həsrətinin tezliklə bitəcəyinə və orada maddi-mədəni irsimizin, tarixi abidələrimizin bərpa ediləcəyinə inamını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri