Icma.az
close
up
RU
Şəhidin xatirəsi əbədiləşdirildi

Şəhidin xatirəsi əbədiləşdirildi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun 8 kəşfiyyatçısından biri, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Dinar Mustafayevin adına salınmış küçənin və barelyefin açılışı olub. Mərasimdə dövlət rəsmiləri, şəhidlərin ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanında Dinarın məzarı ziyarət olundu. Azərbaycan Dövlət Himni səsləndirildi və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova şəhid Dinar Mustafayev barəsində geniş danışaraq, onunla bərabər 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 8 kəşfiyyatçının döyüş yoluna nəzər saldı: “Azərbaycanın iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilir.

Əməliyyatın məqsədi Ermənistan ordusunun oradakı dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşalonlarında istehkam-mühəndis hazırlığı vəziyyətinin öyrənilməsi olub. Birinci qrup itkisiz qayıtsa da, əməliyyatın üçüncü günü 8 nəfərdən ibarət 2-ci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanır. Ağır döyüşdən sonra kəşfiyyatçıların sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladırlar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra – 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub”.

Jalə Cəfərova onu da bildirdi ki, kəşfiyyatçılar haqında film çəkiləcək, Naxçıvan Dövlət Milli Dram Teatrında “7 şəhid, 1 şahid” tamaşasına hazırlıq gedir.

Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova rayon icra hakimiyyəti ilə birgə küçənin təmir-bərpa işləri barədə məlumat verdi.

Ehtiyatda olan çavuş-kəşfiyyatçı Aqil Əhmədov silahdaşlarına verilən dəyərə görə təşəkkürünü bildirdi, Dinar və dostları ilə bağlı xatirələrini danışdı.

“Dinar kimi qəhrəman oğulların sayəsində Vətən öz müqəddəratını qoruyub saxladı. Dinarın adına salınan yeni küçədə abadlıq işlərinin görülməsində zəhməti olan əlaqədar qurumlara təşəkkür edirik”. Bu sözləri şəhidin anası Firəngiz Mustafayeva səsləndirdi. Şəhidin bacısı Yazanə Mustafayeva isə dedi ki, Dinar ürəyimizdə, ruhumuzda yaşayır, o, daim bizimlədir: “Biz onu dünyasını dəyişən biri kimi hiss etmirik. Son dəfə – 20 yaşında necə görmüşüksə, elə də təsəvvürümüzdə canlanır. Küçəyə qardaşımın adının verilməsi bizi çox sevindirdi. Ölümlü dünyada biz olmayanda küçənin sakinlərinin şəxsiyyət vəsiqəsində Dinarın adı yaşayacaq”.

Rəsmi qurumların nümayəndələri, şair Şahmurad Qaraqoyunlu, şəhid olmuş 7 kəşfiyyatçıdan biri – V.Yarəhmədovun oğlu Vüqar Yarəhmədov, şəhidlərin qohumları, qəsəbənin sakinləri çıxışlarında 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasının alınmasından söz açaraq, tezliklə Zəngəzura, Göyçəyə qayıdacaqlarını səbirsizliklə gözlədiklərini dilə gətirdilər.

Rizvan FİKRƏTOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri