Icma.az
close
up
RU
Şirvanşahlar Sarayında “Xəmsə” kolleksiyasının təqdimatı olub

Şirvanşahlar Sarayında “Xəmsə” kolleksiyasının təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 may, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Natavan” brendinin təsisçisi, modelyer və kolleksioner Natəvan Əliyevanın birgə təşkilatçılığı ilə “Xəmsə” kolleksiyasının təqdimatı olun.

Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Natavan Fashion Gallery and School” tərəfindən hazırlanmış kolleksiya, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində yer alan poetik və fəlsəfi dəyərləri müasir dəb dili ilə canlandıraraq, təqdimatı mədəniyyət və sənətin vəhdətini əks etdirən nümunəvi bir hadisəyə çevirib.

Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin “Cahangir Cahangirov” adına xor kollektivi çıxış edib (bədii rəhbər: Təranə Yusifova). Kolleksiya nümayişi zamanı səsləndirilən klassik musiqi nümunələri və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından seçilmiş hissələr təqdimata xüsusi ahəng qatıb.

Defilədə iştirak edən modellər tərəfindən təqdim olunan geyimlər Nizami Gəncəvinin yaradıcılığında mərkəzi yer tutan məhəbbət, ədalət, hikmət və gözəllik kimi ali dəyərləri vizual ifadə ilə tamaşaçılara çatdırıb.

Tədbirin məqsədi Azərbaycan klassik ədəbiyyatının və zəngin mədəni irsinin müasir yaradıcılıqla sintezini təqdim etmək, milli dəyərləri yeni formatda geniş auditoriyaya çatdırmaq olub.

Təqdimat zamanı Şirvanşahlar Sarayını ziyarət edən turistlər və sənətsevərlər Azərbaycan moda sənətinin klassik poeziya ilə harmoniyasını əks etdirən bu xüsusi layihənin bir hissəsinə çevriliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri