Icma.az
close
up
RU
Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq VİDEO

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq VİDEO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.

Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə, Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam Vüsalə Ağarazıyevanın müəllif sərgisi - "Şeh. Olmayan səhər" ("The Morning That Never Was") nümayiş etdiriləcək. Sərginin kuratoru Nigar Rzayevadır.

Şərq fəlsəfəsində şeh - indiki zamanı təbii şəkildə, hər hansı təzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidən yaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbə özünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şeh yalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözün həqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir.

Bu fəlsəfədən ilham alan rəssamın sərgisi, şehi gecənin izi, gecə ilə gündüz, yaddaşla varlıq arasındakı keçid kimi araşdırır. Su burada ilkin başlanğıcın, hərəkətin və əksin metaforasıdır.

"Şeh. Olmayan səhər" adı bir qədər natamamlıq saxlayır, çünki şeh elə səhərin hələ tam açılmadığı, dünyanın bu günün necə olacağına hələ qərar vermədiyi vaxt gəlir. Layihə birbaşa ekologiyaya həsr olunmasa da, onunla dərin bağlılığı var - diqqət və qayğı vəziyyəti kimi. Burada incəsənət dünyaya qarşı həssas iştirak forması kimi çıxış edir. Dünyayla təmas mənimlə başqası, yuxu ilə ayıqlıq, var olmaqla yox olmaq arasındakı incə anı görmək və hiss etmək bacarığı vasitəsilə baş verir," - deyə Vüsalə Ağarazıyeva qeyd edib.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri