Icma.az
close
up
RU
“Sistemli şəkildə islahatlara ehtiyac var” EKSPERT DANIŞDI

“Sistemli şəkildə islahatlara ehtiyac var” EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif buraxılış imtahanında maksimal – 300 bal toplayan abituriyentlərin sayı cəmi 23 nəfər olub. Bu, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmadır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “2024-cü ildə bu göstərici 2-ci zonada 39 nəfər, 1-ci zonada isə 14 nəfər idi. Əgər bu rəqəmlərə yüz minlərlə abituriyentin iştirak etdiyi buraxılış imtahanlarının kontekstində baxsaq, bu qədər az sayda yüksək nəticə göstərənlərin olması ölkənin ümumi təhsil keyfiyyətinə dair narahatedici siqnaldır. Çünki 300 bal yalnız buraxılış imtahanının nəticəsidir və burada yalnız riyaziyyat, Azərbaycan dili və xarici dil üzrə biliklər yoxlanılır. Bu üç əsas fənn üzrə yüksək nəticə əldə edənlərin sayının bu qədər az olması biliklərin səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir.

Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ümumi təhsil pilləsinin məqsədi şəxsiyyətin formalaşması, məntiqi təfəkkürünün inkişafı və onu həyatın müxtəlif sahələrinə hazırlamaqdır. Lakin yüksək nəticə göstərənlərin sayı bu məqsədə tam çatılmadığını göstərir. Qanunda qeyd olunan “təhsil alanların biliyinin qiymətləndirilməsi müasir tələblərə cavab verməlidir” bəndinə əsasən, qiymətləndirmə obyektiv və şaxəli olmalıdır. Amma nəticələr göstərir ki, ya qiymətləndirmə mexanizmi real bilikləri üzə çıxarmır, ya da tədris sistemi şagirdləri bu tələblərə hazırlaya bilmir.

Bu göstəricinin müsbət tərəfi ondan ibarətdir ki, 2024-cü illə müqayisədə 1-ci zonada artım var – 14 nəfərdən 23 nəfərə yüksəlib. Amma bu, sistem səviyyəsində inkişafdan çox fərdi uğurların nəticəsi kimi görünür. Bu 23 nəfər əsasən özəl kurslarda hazırlaşan və ya fərdi müəllim dəstəyi alan şəxslər ola bilər. Deməli, bu nəticə dövlət məktəblərində verilən təhsilin keyfiyyətinə dair ümumiləşdirilmiş fikir formalaşdırmaq üçün yetərli baza deyil. Əgər bu rəqəmin arxasında dövlət məktəbləri dayanırsa, o zaman bu, həmin məktəblərin nüfuzunu artırır, amma əgər bu nəticələr əsasən özəl təhsil xidmətlərinin nəticəsidirsə, o zaman bu, dövlət təhsilinin zəifliyinə işarədir.

Dünya təcrübəsinə nəzər salsaq, bir çox inkişaf etmiş ölkələrdə – məsələn, Finlandiyada və Estoniyada – qiymətləndirmə sistemləri standart testləşmədən daha çox tətbiqə yönəlmiş metodlara əsaslanır. Orta təhsil pilləsini başa vuran şagirdlər üçün “maksimal bal” anlayışı deyil, funksional savadlılıq əsas göstəricidir. Burada əsas məqsəd şagirdin real həyatda qarşılaşa biləcəyi problemləri necə həll edə bildiyini ölçməkdir. ABŞ-da da SAT və ACT imtahanları vasitəsilə müəyyənləşdirilən yüksək nəticələr statistik olaraq daha geniş yayılmışdır və bu, təhsil sisteminin rəqabətə açıq və geniş resurslarla təmin olunduğuna dəlalət edir.

Azərbaycanda isə yüksək nəticə göstərənlərin sayının az olması bir neçə əsas problemi ön plana çıxarır: tədris proqramlarının hələ də reproduktiv təfəkkürə əsaslanması, müəllim hazırlığında davamlı problemlər, dərsliyin keyfiyyəti və məktəbdaxili qiymətləndirmənin real göstəricilərlə üst-üstə düşməməsi. Belə nəticələr, həmçinin regionlar üzrə təhsil imkanları arasında ciddi fərqlərin olduğunu göstərir. Bölgələrdə fəaliyyət göstərən məktəblərdə yüksək bal toplayanların olmaması bərabərsizlik problemini dərinləşdirir.

Bu cür nəticələr təhsil siyasətində dəyişiklikləri qaçılmaz edir. Birincisi, buraxılış imtahanlarının strukturuna yenidən baxılmalı, test mərkəzli qiymətləndirmədən funksional savadlılığı ölçən modellərə keçid təmin olunmalıdır. İkincisi, müəllimlərin ixtisasartırma və peşəkar inkişaf proqramları daha çox tətbiqi və şagirdyönlü metodlara fokuslanmalıdır. Üçüncüsü, imtahanın məqsədi və nəticəsi yalnız universitetə qəbul prosesi ilə deyil, həm də ümumi təhsilin nəticələrini ölçən mexanizm kimi qəbul edilməlidir.

Yekun olaraq, 23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır. Bu nəticə göstərir ki, yalnız fərdi səviyyədə deyil, sistemli şəkildə islahatlara ehtiyac var. Əgər təhsil siyasəti bu siqnalları düzgün oxuyarsa, gələcəkdə bu rəqəmlər artacaq, amma yalnız rəqəmlərlə deyil, funksional və real həyatda tətbiq edilə bilən biliklərə əsaslanan təhsil modeli formalaşacaq. Bu zaman imtahanda maksimal bal toplayanların sayı yox, məzunların həyat bacarıqları əsas göstəriciyə çevriləcək”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri