Icma.az
close
up
RU
Sistemli şəkildə geriyə…

Sistemli şəkildə geriyə…

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın əvəzedicilər liqasını ləğv edəcəyini xəbər vermişdik. Bu çempionatın ləğvi onlarla futbolçunun kənarda qalmasına, bəlkə də sıradan çıxmasına səbəb olacaq. Rəsmi açıqlama olmasa da, bu addımın arxasında sponsorsuz klubların təzyiqi dayanır. Amma bu təzyiqin də səbəbi AFFA-nın klubların maliyyəsini azaltmasıdır.

Məhdud büdcə ilə fəaliyyət göstərən klublar bu çempionatı əlavə xərc kimi gördü və nəticədə liqanın ləğvi gündəmə gəldi.

Maraqlıdır ki, milyonlarla vəsait qarşılığında starategiya planı yazdıran federasiya rəhbərliyi klublardan kəsdiyi büdcəyəmi möhtacdır? Əgər vəziyyət belədirsə, o zaman strategiya planında yer alan layihələr necə həyata keçiriləcək? Məsələn, bu ölkədəki infrasturuktur, stadion və ən önəmlisi akademiya problemi olduğu kimi qalacaqmı?

Axı bunlar həyata keçirmək üçün kifayət qədər yüksək büdcə lazımdır. Çünki azalan maliyyə ilə problemli bir sahəni inkişaf etdirmək mümkün deyil. 

AFFA klub sayını artırıb daha sonra onların büdcəsinə əl uzadırsa, burada hər hansı irəliləyişdən, inkişafdan söhbət gedə bilməz. Çünki büdcə azalmasıyla problemli bir sahəni ayağa qaldırmaq mümkün deyil. Təəssüf ki, qurum rəhbərliyi bu məsələ ilə bağlı danışmır. Vaxtilə böyük təbliğatla təqdim edilən “inkişaf strategiyası” isə indi futbol ictimaiyyətində ironiya obyektinə çevrilib və sükut içində itib-batır.

Bu gün nə Rövşən Nəcəf, nə Sərxan Hacıyev, nə də Cahangir Fərəcullayev futbol ictimaiyyətində inam doğuran fiqurlar kimi qəbul olunmur. Çünki nə qətiyyətli fikir var, nə də onu həyata keçirəcək iradə və bacarıq. 

Bu ümidsiz səssizliyin nə vaxt və necə sona çatacağı bilinmir. Amma artıq tam aydındır ki, Rövşən Nəcəf, Sərxan Hacıyev və Cahangir Fərəcullayevin rəhbərliyi altında Azərbaycan futbolu nəinki irəli gedir, əksinə, sistemli şəkildə geri aparılır. Bu komanda vizyon yox, vəziyyət idarə edir və nəticə ortadadır: səssizlik, passivlik, uğursuzluq.

İdmanxeber.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri