Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib

Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə bir daha göstərir ki, su artıq yalnız kommunal xidmət sahəsi deyil, strateji planlama və təhlükəsizlik məsələsidir. Ötən dövrdə formalaşdırılmış infrastruktur bazası üzərində indi daha mürəkkəb, texnoloji və risklərə həssas idarəetmə mərhələsi başlayır.

Uzunmüddətli regional proqramların nəticəsi olaraq əsas enerji, qaz və nəqliyyat infrastrukturu ardıcıl şəkildə formalaşdırılıb. Elektrik enerjisi sahəsində generasiya güclərinin daxili tələbatı üstələməsi, ixrac potensialının yaradılması və vahid şəbəkə modelinə keçid dövlət idarəçiliyində planlama işinin tam formalaşdığını göstərir. Eyni modelin su sektorunda tətbiqi artıq zərurətə çevrilib. Çünki enerji layihələri ilə müqayisədə su ehtiyatları daha həssas, dəyişkən və iqlim faktorlarından birbaşa asılıdır.
Qaz təchizatının 96 faizə çatdırılması, yol şəbəkəsinin ölkə üzrə tamamlama mərhələsinə daxil olması bu işlərin uğurla başa çatdığını göstərir. Bu mərhələdən sonra diqqət həyat keyfiyyətinə birbaşa təsir edən sahələrə yönəlir. Su təsərrüfatı da məhz bu kateqoriyaya daxildir. Uzun illər ərzində içməli su və kanalizasiya məsələlərinin hissə-hissə həll olunması müəyyən nəticələr versə də, paytaxt regionunda müəyyən işlər qalmaqda idi.
Son 20 ildə inşa edilmiş iri su anbarları, xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” hidroloji təhlükəsizliyin təmin olunmasında mühüm önəm kəsb edir. Bu obyektlər təkcə su ehtiyatının artırılması deyil, həm də mövsümi dəyişkənliyin idarə olunması baxımından strateji rol oynayır. Samur çayının sularının “Ceyranbatan” anbarında ehtiyat kimi toplanması isə Bakı üçün kritik təhlükəsizlik mexanizmidir. Bu addımlar vaxtında atılmasaydı, iqlim dəyişiklikləri fonunda su qıtlığı artıq real böhrana çevrilə bilərdi.
Müşavirədə dövlətimizin başçısının vurğuladığı məqamlardan biri vaxtilə Ermənistanın su resurslarından ölkəmizin əleyhinə istifadə etməsi faktı oldu. İşğal dövründə “Sərsəng” və “Suqovuşan” su anbarları vasitəsilə həyata keçirilən təzyiq region üçün həm humanitar, həm də ekoloji fəsadlar yaratmışdı. Həmin obyektlərin tam bərpası su təhlükəsizliyinin artıq daxili nəzarət altında olduğunu təsdiqləyir. Eyni zamanda, Füzuli, Ağdam və Laçın rayonlarında yenidən qurulan su anbarları su təsərrüfatının postmünaqişə mərhələsində necə sürətlə bərpa olunduğunu göstərir.
Su mənbələrinin coğrafiyası isə xüsusi həssaslıq tələb edir. Resursların mühüm hissəsinin milli ərazidə formalaşması üstünlük yaratsa da, Kür, Araz və Samur kimi transsərhəd çaylar xarici mühitlə bağlı həssaslığı nəzərə almağı tələb edir. Bu amillər isə sözügedən məsələlərdə ehtiyatlı planlama və alternativ mənbələrin yaradılmasını zəruri edir. İqlim dəyişikliklərinin təsiri artıq nəzəri deyil, praktik nəticələr doğuran amilə çevrilib.
Məhz yeni reallıqlar fonunda 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Proqramın əsas ideyası mövcud çatışmazlıqları aradan qaldırmaqla yanaşı, gələcək riskləri qabaqlamaqdır. Bakı, Sumqayıt və Abşeron üzrə dayanıqlı içməli su təminatı uzun illər üçün strateji hədəf kimi müəyyən edilib. Onillik icra müddəti texniki mürəkkəbliklə yanaşı, nəzarət mexanizmlərinin mərhələli qurulmasına imkan verir. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, fasiləsiz su ilə təminatın 95 faizə çatdırılması, sayğaclaşdırmanın tam həyata keçirilməsi planlaşdırılır. Xüsusilə itkilərin 40–45 faiz səviyyəsində olması su sektorunda səmərəliliyin nə qədər önəmli olduğunu göstərir. Bu itkilərin azaldılması faktiki olaraq yeni su mənbəyi yaratmaqla böyük effektə malikdir. Dövlətimizin başçısının sözügedən müşavirədəki çıxışında vurğuladığı kimi, proqram 2035-ci ilə qədər icra olunmalıdır: “Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər”.
Yağış sularının idarə olunması proqramın ən çox hiss edilən nəticələrindən biri olacaq. Paytaxtın 30 küçəsində kollektor şəbəkələrinin qurulması, kanalizasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsi şəhər mühitinin davamlılığını artıracaq. Bu addımlar həm nəqliyyat, həm də urban həyat üçün riskləri minimuma endirməyə yönəlib.
Xəzər hövzəsinin çirklənməsinin qarşısının alınması üçün tullantı sularının tam təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi bu baxımdan əsas infrastruktur elementi kimi çıxış edir. Eyni zamanda ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası alternativ su mənbəyi yaratmaqla Abşeron yarımadasının su balansını əsaslı şəkildə dəyişəcək. Bu proqramın fərqləndirici cəhəti yalnız fiziki infrastrukturla məhdudlaşmamasıdır. Rəqəmsal idarəetmə, SCADA və IoT sistemlərinin tətbiqi su təsərrüfatında nəzarət, uçot və operativ qərarverməni yeni səviyyəyə qaldıracaq. Bu isə suyun strateji resurs kimi idarə olunmasına keçidi sürətləndirir.
Nəticə olaraq, yeni Dövlət Proqramı su sektorunda yeni idarəetmə modelinin formalaşdırılmasını hədəfləyir. Bakı və Abşeron üçün nəzərdə tutulan bu strategiya yaxın onillikdə sosial rifahın, ekoloji tarazlığın və iqtisadi sabitliyin əsas dayaqlarından birinə çevriləcək.

Heydər Əsədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri