Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Məktəblərdə zorakılıq halları artır: Sistemli tədbirlər görülməlidir

Məktəblərdə zorakılıq halları artır: Sistemli tədbirlər görülməlidir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əks halda, şagirdlərin psixoloji və fiziki sağlamlığı, gələcək cəmiyyətin sağlam formalaşması risk altına düşəcək


Gəncə şəhəri, İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinif şagirdi Hüseyn Hüseynovun Hasil adlı şagird başda olmaqla, bir neçə şagird tərəfindən fiziki və psixoloji şiddətə məruz qalması barədə məlumat vermişdik.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bakues.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdləri arasında mübahisə yaranıb.

“Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib. Həm təhsil müəssisəsinin psixoloqu, həm də idarənin “Psixoloqların dəstək qrupu” tərəfindən məktəbdə şagirdlərlə söhbət aparılıb.

Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, – qurumun açıqlamasında əlavə olunub.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, son illər Azərbaycanda, xüsusən də məktəblərdə uşaqlar arasında zorakılıq və aqressiv davranışların artması cəmiyyətdə ciddi narahatlıq doğurur:


“Təəssüf ki, Gəncədə 4-cü sinif şagirdinin digər şagirdlər tərəfindən fiziki və psixoloji şiddətə məruz qalması belə halların sistemli xarakter aldığını bir daha göstərir. Mövcud vəziyyətə müxtəlif amillər təsir edir və onların kökləri təkcə məktəbdə deyil, ailədə, cəmiyyətdə, eləcə də sosial mediada baş verən proseslərdə axtarılmalıdır.

 Birincisi, məktəb mühitində psixoloji təhlükəsizliyin zəif olması, şagird-müəllim münasibətlərinin formal və nəzarətsiz qalması, şagirdlərin sosial-emosional inkişafına lazımi diqqətin yetirilməməsi zorakılıq hallarının artmasında mühüm rol oynayır. Məktəblərdə psixoloq ştatlarının yalnız formal olaraq fəaliyyət göstərməsi, məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin və resurslarının yetərsizliyi, müdaxilə mexanizmlərinin zəif qurulması bu problemləri daha da dərinləşdirir. Təəssüf ki, Statistika Komitəsinin son məlumatlarına görə, respublikada məktəblərin yalnız təxminən 30%-də peşəkar psixoloq işləyir, bu da ölkə üzrə 4000-dən çox məktəbin böyük əksəriyyətində psixoloji xidmətin faktiki olaraq yox səviyyəsində olduğunu göstərir.

İkincisi, ailə institutunun zəifləməsi, valideyn nəzarətinin azalması, bəzi ailələrdə aqressiv davranış modellərinin uşağa nümunə göstərilməsi, eləcə də valideynin öz övladının davranış problemlərinə göz yumması, bəzən hətta onları haqlı çıxarması da uşaqlar arasında zorakılığın yayılmasına rəvac verir. Bu məsələdə əsas problem təkcə valideynin məktəblə əməkdaşlıq etməməsi deyil, həm də uşağın davranışındakı dəyişiklikləri vaxtında hiss etməməsi, psixoloji dəstəyi vacib saymamasıdır.

Üçüncüsü, sosial şəbəkələr və mediada zorakılıq, aqressiya, təhqir və aşağılama hallarının gündəlik həyatın bir parçası kimi təqdim olunması, eləcə də uşaqların yaşına uyğun olmayan informasiyalara asan çıxış əldə etməsi onların psixikasına və davranışlarına ciddi təsir göstərir. Məsələn, 2023-cü ildə UNICEF tərəfindən aparılan araşdırmada Azərbaycan məktəblilərinin 52%-dən çoxunun zorakılıq və aqressiv səhnələri özündə əks etdirən videoları müntəzəm izlədiyi, bu cür videoların psixoloji təsirinə məruz qaldığı müəyyən olunub. Bu, uşaqlar arasında zorakılıq hallarının artmasının əsas sosial səbəblərindən biridir”.


Ekspertin sözlərinə görə problemin qarşısının alınması üçün məktəbdaxili mühitin sağlamlaşdırılması, sistemli pedaqoji və psixoloji tədbirlərin görülməsi vacibdir:


“Birincisi, məktəblərdə mütəmadi şəkildə “zorakılığa yox” proqramları, maarifləndirici seminarlar, interaktiv təlimlər keçirilməlidir. Bu tədbirlərdə uşaqlara həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını qorumağın vacibliyi izah edilməli, zorakılıq və aqressiyanın həm fərdi, həm də ictimai fəsadları izah olunmalıdır. Məktəbdə fəaliyyət göstərən psixoloqlar uşaqlarla fərdi və qrup psixoloji iş aparmalı, risk qrupuna daxil olan şagirdlərə xüsusi diqqət yetirilməlidir. Bunun üçün məktəblərdə “psixoloji dəstək otaqları” yaradılmalı, şagirdin emosional vəziyyəti vaxtaşırı monitorinq edilməli, həssas uşaqlarla iş üsulları yenilənməlidir. Həmçinin, müəllimlərin və məktəb rəhbərliyinin zorakılıq halları ilə bağlı dərhal reaksiya verməsi, qanunvericiliyin (məsələn, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu və “Təhsil haqqında” Qanunun 17-ci maddəsi) tələblərinə uyğun olaraq, zorakılığa məruz qalan uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq dövlət qurumlarına vaxtında məlumat verilməsi təmin edilməlidir. Müəllimlər, ilk növbədə, sinifdə psixoloji təhlükəsiz mühitin təmin olunmasına, inklüziv, humanist və tolerant davranış nümunəsi yaratmağa məsuliyyətlə yanaşmalıdırlar. Müəllim şagirdlər arasında empatiyanın, hörmətin, ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq sosial-emotional proqramlardan istifadə etməli, zorakılıq hallarını görüb susmamalı, sinifdə konfliktləri konstruktiv şəkildə həll etməyi öyrətməlidir. Valideynlər övladlarının davranış və emosional vəziyyətindəki dəyişiklikləri diqqətlə izləməli, uşaqla açıq və etibarlı ünsiyyət qurmalı, övladına psixoloji dəstək göstərməyi vacib saymalıdır. Valideyn məktəblə aktiv əməkdaşlıq etməli, məktəb tədbirlərində iştirak etməli və müəllimlərə informasiya dəstəyi verməlidir. Zəruri hallarda peşəkar psixoloq və ya sosial işçi dəstəyi axtarmaqdan çəkinməməlidir. Məktəb rəhbərliyi isə zorakılıq hallarının qarşısının alınması üzrə fəaliyyət planı hazırlamalı, zorakılıq barədə anonim məlumat vermə mexanizmləri (məsələn, “gizli məktub qutusu” və ya onlayn müraciət platforması) qurmalı, şagird, müəllim və valideynləri bu mexanizmlər barədə maarifləndirməlidir. Rəhbərlik zorakılığa yol verən şagird və onların ailələri ilə fərdi profilaktik iş aparmalı, təkrarlanan hallar üçün məktəbdaxili və hüquqi tədbirlər görməlidir. Dünya təcrübəsində bu sahədə bir neçə uğurlu model mövcuddur. Məsələn, Finlandiya məktəblərində “Kiva Koulu” anti-bullying proqramı bütün məktəblərdə tətbiq olunur və bu proqram zorakılıq hallarının illik 70%-dən çox azalmasına səbəb olub. Yaponiyada məktəblərdə sosial-emosional inkişaf proqramlarının tətbiqi, ABŞ və Almaniyada isə məktəb şurası və psixoloji dəstək komandalarının gücləndirilməsi zorakılıq risklərini xeyli azaldıb. Azərbaycanda isə məktəb psixoloqlarının statusu və sayının artırılması, müəllim və psixoloqlar üçün davamlı ixtisasartırma təlimlərinin təşkili, valideynlərlə maarifləndirici işlərin intensivləşdirilməsi vacibdir. Məktəblərdə zorakılıq hallarının qarşısının alınması üçün kompleks və sistemli tədbirlər yalnız məktəb daxilində deyil, ümumilikdə cəmiyyətin bütün səviyyələrində aparılmalıdır. Əks halda, şagirdlərin psixoloji və fiziki sağlamlığı, gələcək cəmiyyətin sağlam formalaşması risk altına düşəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri