Sıxıldıqda şəffaf iz buraxan tünd ləkələr əslində yağlı filamentlərdir
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiyalı onkoloq Leonid Doronin insanlar arasında geniş yayılmış kosmetik problemlə bağlı səhv yanaşmalara qarşı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə Teleqram kanalında paylaşım edib.
O, qeyd edib ki, bir çox insanlar yağlı filamentlərlə qara nöqtələri səhv salır və onları çıxarmağa çalışarkən ciddi dəri problemlərinə səbəb olurlar.
Onun sözlərinə görə, sıxıldıqda şəffaf iz buraxan tünd ləkələr əslində yağlı filamentlərdir və bunlar dərinin qoruyucu funksiyasının nəticəsidir. Doronin xəbərdarlıq edib ki, bu nöqtələri mexaniki şəkildə təmizləməyə cəhd etmək burunda iltihaba və digər dermatoloji problemlərə yol aça bilər.
Mütəxəssis əlavə edib ki, bu cür yağlı piy liflərindən xilas olmaq üçün hidrofilik yağlardan istifadə tövsiyə olunur. Bu metod əsasən yağsız və qarışıq dəri tipləri üçün uyğundur. Alternativ olaraq, salisilik turşu ilə incə pilinqlər və kömür əsaslı təmizləyici maskalar da effektiv nəticə verə bilər.
Aytəkin TOFİQQIZI
Baxış sayı:110
Bu xəbər 30 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















