İsti, yoxsa soyuq su: Yağlı tavaları əslində necə yumaq lazımdır?
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Yağlı qabları təmizləmək bəzən çətin ola bilər. Xüsusilə tava və qazanlarda qalan yağ və yemək qalıqlarını çıxarmaqda problem yaşayırsınızsa, səbəb suyun düzgün temperaturda istifadə olunmaması ola bilər.
Demokrat.az xəbətr verir ki, bu barədə “Martha Stewart” yazıb.
İsti və ya soyuq su: fərq nədədir?
Yağlı səthlərlə mübarizədə ilıq və ya isti su ən effektiv seçim hesab olunur. İsti su bərkiyən yağı əridir və yağ qalıqlarını yumşaldır, nəticədə qab yuyan vasitə çirki daha rahat həll edə bilir.
Təmizlik üzrə mütəxəssis Alisiya Sokolovskinin sözlərinə görə, soyuq suda yağ daha da bərkiyir və səthə yapışır:
“Bu halda insan uzun müddət qabı sürtməli olur və nəticə çox vaxt istənilən kimi olmur. Məsələn, bekon qızartdıqdan sonra tavanı yumağa çalışanda isti su bütün işi görürmüş kimi görünür”.
Niyə suyun temperaturu vacibdir?
Yağ və su bir-biri ilə çətin qarışır. Yağ yarı bərk maddə olduğu üçün ilıq su ilə yuyulduqda səthdən tam çıxmaq əvəzinə yayıla bilər. Temperatur yüksəldikdə isə su qab yuyan vasitə ilə birlikdə daha effektiv təsir göstərir.
Ekspert bildirib ki, isti və ya ilıq su yağı yumşaldır və onun səthdən ayrılmasını asanlaşdırır:
“Bu zaman qab yuyan vasitə öz funksiyasını daha effektiv yerinə yetirə bilir”.
Soyuq su hansı hallarda daha faydalıdır?
Bəzi hallarda soyuq su daha yaxşı nəticə verir. İlk belə vəziyyət tava istifadədən sonra hələ çox isti olduqda yaranır.
Alisiya Sokolovski xəbərdarlıq edib ki, çox isti tavaya dərhal isti su tökmək onun formasının dəyişməsinə səbəb ola bilər. Bu xüsusilə yapışmayan örtüklü tavalar üçün keçərlidir.
Məqalədə qeyd olunur ki, isti çuqun tavaya isti su əlavə etmək də örtüyə zərər verə bilər. Buna görə əvvəlcə tavanın soyumasını gözləmək və ya onu qısa müddət soyuq su ilə yaxalamaq tövsiyə edilir.
Bundan başqa, tava üzərində yanmış yumurta kimi zülal tərkibli qalıqlar olduqda da soyuq su daha effektiv hesab olunur. Ekspertin sözlərinə görə, soyuq su zülalın səthə daha çox yapışmasının qarşısını alır.
Lakin tava həm də yağlıdırsa, təmizləmədən əvvəl onu bir neçə dəqiqə ilıq sabunlu suda saxlamaq məsləhətdir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Zərərli, yağlı qidalar əslində arıqlamağa kömək edə bilər
29 Mart 2025 18:43
Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa...
16 Noyabr 2024 07:21
Sıxıldıqda şəffaf iz buraxan tünd ləkələr əslində yağlı filamentlərdir
30 İyun 2025 18:17
İsti döşəmə əslində zərərli imiş
02 Fevral 2026 20:00
Baxış sayı:133
Bu xəbər 26 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları