Icma.az
close
up
RU
Sıxlığı azaltmaq üçün təhsil müəssisələrinin köçürülməsi Əlverişli yerlər haradır?

Sıxlığı azaltmaq üçün təhsil müəssisələrinin köçürülməsi Əlverişli yerlər haradır?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Proqramına əsasən, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək və müvafiq təkliflər hazırlanacaq.

2025−2029-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, təkliflər hazırlanacaq və aidiyyəti qurumlarla razılaşdırılacaq, həmin təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

Maraqlıdır, bu yerdə ediləcək hansı təkliflər daha əlverişli olar?

Baş verəcək yeniliklər təhsil sisteminə necə təsir edər?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır:

"İlk növbədə qeyd edim ki, hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bundan əlavə, müxtəlif səviyyəli məktəblərdə 600 mindən artıq şagird təhsil alır. Bu qədər təhsilalanın hər gün şəhər daxilində hərəkəti əsas yolların yüklənməsinə və tıxacların artmasına səbəb olur. Pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır".

Bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə tədbirlər görülə bilər...

"Birincisi, məktəb və universitet avtobuslarının tətbiqi effektiv bir həll yolu ola bilər. Hazırda valideynlərin şəxsi avtomobillərlə məktəbə uşaq aparması səhər saatlarında yolların həddən artıq yüklənməsinə səbəb olur. Əgər dövlət tərəfindən və ya özəl təşəbbüslərlə məktəb avtobusları sistemi qurularsa, valideynlərin fərdi nəqliyyat vasitələrindən istifadəsi azalacaq və yollar daha rahat olacaq. Məsələn, ABŞ və Avropada məktəb avtobusları bu məqsədlə effektiv şəkildə istifadə olunur və həmin ölkələrdə bu sistem tıxacların qarşısını almaqda mühüm rol oynayır.

İkincisi, təhsil müəssisələrinin dərs saatlarının fərqli vaxtlarda başlanması nəqliyyat axınının tənzimlənməsinə kömək edə bilər. Məktəb və universitetlərin eyni vaxtda fəaliyyətə başlaması səhər saatlarında nəqliyyat sıxlığını artırır. Əgər bəzi məktəblərin dərs saatı 8:30 və ya 9:00-a, bəzi universitetlərin isə 10:00 və ya daha gec başlanması təmin edilsə, bu yollardakı yükü mərhələli şəkildə bölüşdürər. ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsil müəssisələrinin dərs saatlarının müxtəlif vaxtlarda başlaması nəqliyyat axınının tənzimlənməsinə kömək edib və sıxlığı təxminən 15-20% azaldıb.

Üçüncüsü, universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat sıxlığının azaldılması baxımından da effektiv yanaşma ola bilər. Hal-hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər mərkəzi yolların üzərində yerləşir və bu da tıxacların yaranmasında əsas faktorlardan biridir. Əgər bu universitetlər Xırdalan, Sumqayıt, Hövsan, Qaradağ və Pirallahı kimi ərazilərə köçürülərsə, tələbələrin və akademik heyətin hərəkəti şəhərdən kənara yönələr və yollardakı sıxlıq azalar. Dünya təcrübəsində də universitetlərin şəhər kənarına köçürülməsi geniş tətbiq olunur. Məsələn, Almaniyada Heidelberg Universiteti, Türkiyədə ODTÜ və Bilkent şəhər kənarında yerləşərək müasir kampus şəraiti yaradır və şəhər nəqliyyatına yük salmır.

Dördüncüsü, ictimai nəqliyyatın gücləndirilməsi və tələbə kartlarının tətbiqi fərdi nəqliyyat vasitələrindən istifadənin azalmasına səbəb ola bilər. Məsələn, Almaniyada tələbələr üçün xüsusi aylıq nəqliyyat kartları var və tələbələr metro, avtobus və tramvaylardan güzəştli qiymətlə istifadə edirlər. Bakıda da bu sistemin tətbiqi həm ictimai nəqliyyata keçidi artırar, həm də şəhər nəqliyyatının yükünü azaldar”, - deyə o əlavə edib.

K.Əsədov vurğulayıb ki, bu yeniliklərin təhsil sisteminə bir neçə müsbət təsiri olacaq:

"• Davamiyyət artacaq: Nəqliyyat problemlərinin azalması nəticəsində tələbələr və şagirdlər dərslərə vaxtında çata biləcək.

• Tədris keyfiyyəti yüksələcək: Tıxacda uzun müddət qalan şagirdlər və müəllimlər fiziki yorğunluq hiss edir ki, bu da dərs prosesinə mənfi təsir göstərir.

• Valideynlərin yükü azalacaq: Məktəb avtobuslarının tətbiqi ilə valideynlər uşaqlarını məktəbə aparmaq üçün əlavə vaxt sərf etməyəcək.

• Ekoloji təsir: Avtomobillərin istifadəsinin azalması karbon emissiyalarını da azaldacaq və şəhərin hava keyfiyyəti yaxşılaşacaq.

Nəticədə Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsirinin araşdırılması və uyğun təkliflərin hazırlanması şəhər infrastrukturunun dayanıqlılığını artıracaq. Məktəb avtobuslarının tətbiqi, dərs saatlarının mərhələli şəkildə başlanması, universitetlərin şəhərdən kənara köçürülməsi və ictimai nəqliyyatın gücləndirilməsi kimi addımlar bu problemi həll etməyə kömək edə bilər. Azərbaycanın bu sahədə beynəlxalq təcrübədən yararlanaraq sistemli və uzunmüddətli həllər hazırlaması şəhərin yükünü azaldacaq ”, - deyə o qeyd edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə Trend-ə bildirib ki, məktəblərin nəqliyyat sıxlığı ilə bağlı müxtəlif praktikaları, beynəlxalq təcrübələri var:

"Bununla bağlı ən önəmli təcrübələrdən biri məktəb avtobuslarının olmağıdır. Məktəb avtobusu olanda hər kəs öz valideyninin avtomobili ilə gəlmir. O zaman uşaqlar üçün məktəbə gəlib-getmək daha rahat olur. Məktəb avtobusları avtobus zolaqları ilə hərəkət etdiyi üçün uşaqlar da vaxtında gəlib məktəblərinə çata bilirlər və etibarlı olur. Çünki avtobus zolaqlarında başqa avtomobillər olmur. Ona görə də düşünürəm ki, bu praktika Azərbaycanda da tətbiq oluna bilər. Müvafiq qurumlar tərəfindən hər məktəb üçün lazımı sayda avtobuslar təşkil olunsa, düşünürəm ki, problem həll olunar və sıxlığın qarşısı xeyli alına bilər".

Ekspert qeyd edib ki, bir digər məsələ isə Azərbaycanda məktəblərin səviyyəsinin mərkəzi yerlərlə kənar zonalar arasında fərqli olmasıdır.

"Məktəblər arasında belə bir fərqin olması əlbəttə ki, valideynləri vadar edir ki, onlar kənarda yaşasalar belə mərkəzi yerlərdəki məktəbə uşaqlarını qeydiyyatdan keçirsinlər. Məsələn, Binədə yaşayan bir şagird hər gün şəhərin mərkəzinə məktəbə gəlir. Bu əlbəttə ki, həm təhlükəlidir, həm nəqliyyat sıxlığının artmasına səbəb olur, həm də vaxt itkisidir. Amma həqiqətən də sistemi bir az daha inkişaf etdirə bilsək, kənar yerlərdə yerləşən məktəblərin mərkəzdə yerləşən məktəblərdən bir fərqi qalmasa, bu məsələni insanların təfəkküründə yerləşdirə bilsək və təmin edə bilsək, uşaqlar məktəb üçün şəhər mərkəzinə gəlməyəcək, öz evinə yaxın olan məktəbə getməyi seçəcək",- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri