Icma.az
close
up
RU
Şıxlinskinin azadlığa buraxılmasının detalları O xahiş edib

Şıxlinskinin azadlığa buraxılmasının detalları O xahiş edib

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.

Metbuat.az musavat.com-a istiandən xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Şahin Şıxlinskinin azadlığa buraxılması məsələsinə tanınmış hüquqşünas, professor İlham Rəhimov şəxsən müdaxilə edib və məsələni nəzarətə götürüb. Rauf Arifoğlu qeyd edib ki, o, bu barədə şəxsən İlham Rəhimovla danışıb və Şıxlinskinin azad edildiyi barədə məlumat alıb. İlham Rəhimov deyib ki, bu barədə o, Rusiya İstintaq Komitəsinin sədri Bastırıkindən xahiş edib: "İndicə Şahinlə danışdım, azadlıqda olduğunu dedi və təşəkkür etdi".

Xatırladaq ki, bir neçə gündür Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təzyiqlər və hücumlar artmaqdadır. Xüsusən də Rusiya hüquq-mühafizə orqanlarının Ural bölgəsində keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı Səfərov qardaşları – Hüseyn və Ziyəddin Səfərov – xüsusi təyinatlı OMON dəstələri tərəfindən öldürülüb. Həmin əməliyyatda daha bir neçə azərbaycanlı saxlanılıb və bəziləri xəsarət alıb.

Bu hadisələrdən sonra Yekaterinburqda yaşayan Azərbaycan diasporunun üzvlərinə qarşı basqıların artdığı müşahidə olunurdu. Dünən isə məlum olmuşdu ki, diasporun yerli liderlərindən Şahin Şıxlinski oğlu ilə birlikdə avtomobilində olarkən Rusiya polisi tərəfindən saxlanılıb.

Bunun ardınca Azərbaycan cəmiyyətində, o cümlədən sosial şəbəkələrdə böyük narahatlıq yaranmışdı. Professor İlham Rəhimovun bu məsələyə müdaxiləsi və rəsmi dairələrə təzyiqləri nəticəsində Şıxlinskinin azadlığa buraxıldığı bildirilir.

Beləliklə, hazırda Şahin Şıxlinski və onun ailəsi azadlıqdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 İyul 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri