Şahin Şıxlinskinin yerinə o təyin edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə yeni rəhbər təyin edilib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, həmin postda yeni rəhbər Vidadi Mustafayev olub.
Təyinatı ilə bağlı xəbəri nəşrə təsdiqləyən V.Mustafayev bildirib:
“Biz “diaspora” anlayışını ləğv etmişik, çünki o, hər yerdə özünü nüfuzdan salıb. Rusiya Federasiyasının qanunlarına və cəmiyyətə inteqrasiyanın tərəfdarıyıq. Mərkəzdə gənclərin tərbiyəsi ilə məşğul olacağıq, xüsusi hərbi əməliyyat əsgərlərinə fəal kömək edəcəyik. Bununla yanaşı, gənclərin biznes klubunu təşkil edəcəyik”.
Vidadi Mustafayev bu postda avqustun 2-si Moskvada saxlanılan Şahin Şıxlinskini əvəz edəcək. Onu da qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi Ş.Şıxlinski barəsində qiyabi həbs qərarı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















