Icma.az
close
up
RU
Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutuacaq?

Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutuacaq?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.

Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.

Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.

"Adı siyahıda olmayan şəxslərin məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərlərdən məlumatlı deyiləm. Təftiş Komissiyasına daxil olan qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. ETN tərəfindən cərrahların təhsil aldığı təhsil müəssisələrinin qeydləri istənildi. Həmin şəxslərin neçə il, necə təhsil alması ilə bağlı ətraflı məlumat əldə edildi. Digər qurumlar tərəfindən də fəaliyyətləri yoxlanıldı. Bütün bunlardan sonra qərara gəlindi ki, bu sahənin 42 nəfər mütəxəssissi var. Səhiyyə Nazirliyinin səhifəsində də müvafiq açıqlama verilib. Mən də daxil olmaqla bütün plastk cərrahlar yoxlanıldı. Bu prosesdən narazı qalanlar da var. Amma hər kəs öz içində bilir ki, bu sahədə mütəxəssisdir, yoxsa yox. Ona görə də inanmıram ki, kimsə məhkəməyə müraciət etsin. Çünki bu yoxlamalar yüksək səviyyədə aparıldı” - V.Qələndərli qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri