Icma.az
close
up
RU
O, Vətənini canından əziz bildi Şəhid Ülvi Ağayevin ömür yolu

O, Vətənini canından əziz bildi Şəhid Ülvi Ağayevin ömür yolu

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göyçay, 26 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi təkcə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmadı, minlərlə ailənin yaddaşına həm ağrı, həm də qürur kimi həkk olundu. Onlardan biri də Göyçay rayonunun Şahsoltanlı kəndində yaşayan şəhid Ülvi Ağayevin ailəsidir.

AZƏRTAC-ın bölgə müxbiri şəhidin doğulub boya-başa çatdığı evdə olub, ailə üzvləri ilə söhbət edib, onun qısa, lakin şərəfli həyat yoluna nəzər salıb.

Şəhidin evinə qədəm basanda sükut içində bir məğrurluq hiss olunur. Divarda asılmış bayraq, şəhidin hərbi geyimdə çəkilmiş fotosu, altındakı gül dəstələri və atasının gözlərindəki dərindən gələn kədər… Bu evdə həm itkinin acısı, həm də müqəddəs bir fəxr hissi yaşayır.

“Ülvi mənim tək oğlum idi” — Ata Valeh Ağayev danışır

Valeh Ağayevin hər cümləsində həm qürur, həm də ata yanğısı duyulur: “Ülvi 1993-cü ilin mart ayında anadan olub. Uşaqlıqdan sakit, tərbiyəli uşaq idi. Məktəbi bitirəndən sonra hərbi xidmətə getdi. Xidmətdən qayıdandan sonra işləməyə başladı, amma ürəyində həmişə Vətən sevgisi vardı.

İkinci Qarabağ müharibəsi başlayan günlərdə hiss etdim ki, Ülvi çox dəyişib. General-mayor Polad Həşimov şəhid olandan sonra qərarını vermişdi. Getmək istəyirdi. Dedim ki, oğlum, sən tək balamsan, getmə. Amma o, “Ata, bu torpağı kim qoruyacaq? Biz qorumasaq, kim qoruyar?” söylədi.

Ata Valeh Ağayevin sözlərinə görə, Ülvi dəfələrlə Səfərbərlik Xidmətinə müraciət edib, amma çağırış gəlməyib: “Dostlarını çağırmışdılar, onu yox. Amma Ülvi dözə bilmədi. Dedi ki, mən dostlarımı tək qoymaram. Elə həmin gün komisarlığa gedib könüllü yazıldı və bizə xəbər vermədən cəbhəyə yollandı. Mən sonradan bildim. Oktyabrın 1-də artıq döyüş meydanında idi”.

Ata bir anlıq susur, sonra səs tonunu aşağı salaraq əlavə edir: “Sonuncu dəfə oktyabrın 19-da danışdıq. Dedi ki, hər şey yaxşıdır, sabah danışarıq. Sabah zəng gəlmədi... Elə bil ürəyimə dammışdı. Oktyabrın 20-də xəbər gəldi ki, Ülvi şəhid olub. Heç inanmadım, çünki inanmaq istəmirdim. Deyirdim, yox, mənim oğlum qayıdacaq. Amma o qayıtmadı… Qayıtmadı, lakin ən uca zirvəyə — şəhidlik mərtəbəsinə ucaldı”.

Valeh kişi bir qədər düşünür, baxışlarını oğlunun şəklinə dikir və sanki onunla pıçıltı ilə danışır: “Əlbəttə, itki ağırdır. Oğul itkisi dünyada ən böyük dərddir. Amma şəhid atası adı da ən böyük şərəfdir. Mən oğluma toy etmədim, amma onunla bayraqla vidalaşdım. Bu həm kədərdir, həm də qürurdur. Çünki oğlum Vətən üçün canını verdi”.

“Qardaşsız yaşamaq çox çətindir” — Bacı Fidan Kərimova danışır

Ülvinin bacısı Fidan Kərimova üçün bu ağrı sözlə ifadə olunmaz bir hissdir. Onun səsində həm sarsıntı, həm də fədakarlığın ucalığı duyulur: “Heç kim deməzdi ki, Ülvi pis idi. Çox mehriban, qayğıkeş, saf insan idi. Mənim həm qardaşım, həm də ən yaxın dostum idi. Hər şeyimi onunla bölüşürdüm. Deyirdi ki, sən mənim həm bacım, həm qardaşımsan. Hər zaman məni qoruyurdu. Cəbhəyə yollanarkən də dedi ki, səni qorumağa gedirəm.

Fidan xanım bir anlıq dayanar, dərindən nəfəs alır, sonra davam edir: “General-mayor Polad Həşimov şəhid olanda çox təsirlənmişdi. Həmin gündən qərar verdi ki, Vətən üçün gedəcək. Biz bilmirdik. Dostlarını çağırmışdılar, onu yox. Dedi ki, onlar döyüşür, mən evdə qala bilmərəm. Könüllü getdi. Çox xahiş etdim, dedim, Ülvi, getmə. Bildirdi ki, getməliyəm. Mənim yoldaşlarım oradadır. Bu torpaq üçün getməsəm, necə nəfəs alaram?”

O gündən sonra evin hər guşəsi sanki Ülvinin nəfəsi ilə dolub. Bacısı deyir ki, Ülvi 20 gün döyüşdü: “Oktyabrın 19-da mənə zəng vurdu ki, hHər şey yaxşıdır, narahat olma. Biz irəliləyirik, qələbə yaxındır. Çox arxayın danışırdı, səsində elə bir güc vardı ki, qorxu hiss olunmurdu. Bunun qardaşımla son danışığımız olacağını bilmirdim...”

Fidan Kərimova titrək səslə əlavə edir: “Qardaşsız yaşamaq çox çətindir. Elə bil canından bir parça qopub. Hər səhər onun şəklinə baxıram, deyirəm ki, sən getdin, amma ruhun buradadır. Qardaşım indi torpağın qoynundadır, amma adı göylərdədir”.

“O, bizim ailənin fəxridir” — Bibi Firuzə Səfərova danışır

Şəhidin bibisi Firuzə Səfərova üçün Ülvi həm bacısı oğlu, həm də ailənin sevinci idi: “Çox cəsarətli idi. Uşaqlıqdan mərd, çevik uşaq idi, amma ürəyi çox yumşaq idi. Atasının xəbəri olmadan, heç kimə demədən könüllü ordu sıralarına yazıldı. Kənddən çağırılan uşaqlar avtobusa minəndə o da minmişdi. Deyiblər ki, Ülvi, sənə çağırış gəlməyib, getmə. O isə “Yox, mən dostlarımı tək qoya bilmərəm. Hamı gedir, mən necə qalım? Mən də gedirəm, Vətənimi qorumağa”, - deyə etiraz etmişdi.

“Heç kim bilmədi, o, səssizcə getdi. Amma getdiyi yol – Vətən yolu idi. Döyüşdü, qorudu, şəhid oldu. Bu həm ağrılı, həm də qürurlu bir hekayədir.

O, qardaşımın tək oğul övladı, bizim ailənin göz bəbəyi idi. İndi hər dəfə Valeh qardaşımı görürəm, ürəyim parçalanır. O, gecələr yatmır, oğlu üçün ağlayır. Oğul itkisi ata üçün dünyada ən ağır dərddir. Amma biz hamımız onunla fəxr edirik. O, bizim ailənin, kəndimizin, Vətənimizin fəxridir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizi və Ordumuzu qorusun. Biz şəhidlərimiz üçün yaşayırıq, onların yolunu yaşadırıq. Ülvi bizim üçün mərdliyin, təmizliyin, Vətənə sədaqətin simvoludur”, - deyə şəhidin bibisi əlavə edib.

Xatırladaq ki, Şəhid Ülvi Ağayev 1993-cü ildə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra, hərbi xidmətini şərəflə başa vurub. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb. Tərtər–Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, şəhid Ülvi Ağayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:570
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri