“Siyahıda yeni adları görmək sevindiricidir” Anar Heybətov
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Əməkdar artist Anar Heybətov da yer alıb.
Sənətçi mükafatla bağlı təəssüratlarını Redaktor.az-la bölüşərək bu diqqəti yüksək qiymətləndirdiyini bildirdi.
O, əvvəlcə bu mükafata layiq görülən hər kəsə göstərilən diqqətə görə təşəkkürünü ifadə etdi:
“Təəssüratlarım çox yaxşıdır. İlk öncə bu mükafatlara layiq görülən hər kəsə təşəkkürümüzü bildiririk. Başda cənab prezident olmaqla, Mədəniyyət Nazirliyinə də minnətdarıq”.
Anar Heybətov əlavə etdi ki, siyahıda yeni adların yer alması onu xüsusilə sevindirib:
“Siyahıya baxdım, yeni adlar gördüm və bu məni sevindirdi. Sizin vasitənizlə hər kəsi təbrik edirəm.”
Əməkdar artist Prezident mükafatının sənət adamları üçün həm böyük dəyər, həm də məsuliyyət olduğunu vurğuladı və bütün həmkarlarına yeni yaradıcılıq uğurları arzuladı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 07 May 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















