Icma.az
close
up
RU
MEHDİYEVİN “ÇEVRİLİŞ KOMANDASI”... Rusiyaya verilən siyahıda kimlərin adları olub?

MEHDİYEVİN “ÇEVRİLİŞ KOMANDASI”... Rusiyaya verilən siyahıda kimlərin adları olub?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, sabiq AMEA prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişi planı ifşa olunub. Qısaca olaraq qeyd edək ki, məlumatlara görə, Mehdiyevin planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün özünün rəhbərlik edəcəyi müvəqqəti Dövlət Şurası yaradılması təklif olunub. Habelə adıçəkilən qurumda təmsil olunacaq şəxslərlə bağlı məlumat Rusiyanın bu plana dəstək verən dairələrinə ötürülüb.

Media yazır ki, R. Mehdiyev istintaq tərəfindən 7 saat sorğu-sual edilib. Bu zaman onun səhhəti pisləşib, bu səbəbdən onu istintaqdan məhkəməyə deyil, Badamdarda yerləşən malikanəsinə aparıblar. Səbail Rayon Məhkəməsinin hakimi isə onun barəsində qiyabi olaraq 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Şübhəsiz ki, istintaqda Ramiz Mehdiyevə ünvanlanan əsas suallar sırasında dövlət çevrilişində istifadə olunacaq resurslarla bağlı məsələlər dayanır: prosesə hazırlıq necə aparılıb, kimlər iştirak edəcək, onlar arasında iş bölgüsü necə müəyyənləşdirilib, çevriliş cəhdinə qədər hansı işlər həyata keçirilib, xarici qüvvələrin prosesdə iştirakı nədən ibarət olub və s.


Bu sırada keçmiş məmurun topladığı “çevriliş komandasında” yer almış şəxslərin dairəsi maraq doğurur. Əlbəttə, ağır dövləti cinayətdə iştirak etməyə Mehdiyevlə münasibətləri olmuş hər kəs razılıq verməz. Ölkə ictimaiyyətinin Mehdiyevin personasına sözün həqiqi mənasında nifrət etdiyini nəzərə alsaq, onun düşündüyü dövlət çevrilişini həyata keçirmək üçün ölkə daxilində elə də böyük resursunun olmadığını söyləyə bilərik. Hətta belə bir cəhdin ölkədə böyük müqavimətlə qarşılanacağı da şübhə doğurmur. Məhz buna görə Mehdiyev Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə çirkin planını reallaşdırmaq istəyib, ölkədə kütləvi qırğın törətməyə hazır olub…

Bununla belə, icra mərhələsinə qədər irəliləyibsə, deməli, keçmiş “boz kardinalla” birgə addımlayan, onun yanında dayanan müəyyən adamlar da olub. Yəqin ki, istintaqın gedişində bu şəxslərin dairəsi müəyyən ediləcək və məhkəmə prosesində ictimaiyyət onların kimliyindən xəbər tutacaq.

Bu cinayətdə iştiraka kimlər razılıq verə bilərdi? Bu sual ətrafında uzun-uzadı düşünməyə gərək yoxdur. Mehdiyevin Prezident Administrasiyası və AMEA-ya rəhbərlik etdiyi dövrdə müxtəlif sahələrdə yetişdirdiyi, himayə etdiyi kadrlar içərisində onunkimi düşünən, Moskvaya sadiq kifayət qədər xain tapıla bilər.

Məsələn, Milli Məclisin azı 5 çağırışında keçmiş PA rəhbəri tərəfindən birbaşa mandatla təmin edilmiş və Rusiya sevdalısı olan, şəxsi maraqları üçün Azərbaycan xalqına və dövlətinə istənilən xəyanəti etməyə hazır olan deputatlar olub. Mehdiyevin “siyahısı” ilə indiki parlamentin tərkibində yer alanların içərisində əvvəlkilərin olduğu istisna deyil.

Ramiz Mehdiyevin “ən çox diqqət yetirdiyi” sahələrdən biri icra strukturları olub. O, uzun illər ərzində icra başçılarının təyinatında mühüm rol oynayıb. Yaxın tarixdən məlumdur ki, Mehdiyev kadrlarının rayonlarda at oynatmasına, vətəndaşların hüquqlarını tapdalamasına baxmayaraq, onlara “qaşın üstə gözün var” deyilməyib. Onlardan da bəzilərinin Mehdiyev planında rol alması tamamilə mümkündür.

Eləcə də mərkəzi icra qurumlarında — nazirliklərdə, komitələrdə Ramiz Mehdiyev tərəfindən yüzlərlə kadr yerləşdirilib. Bəziləri nazir, nazir müavini, komitə və xidmət rəhbəri, agentlik direktoru postuna qədər irəliləyib. “Dövlət çevrilişindən” sonra Mehdiyev özünün rəhbərlik edəcəyi Dövlət Şurası yaratmağı planlaşdırdığından, şübhəsiz ki, onun Moskvaya verdiyi siyahıda əsasən yüksək vəzifədə olmuş və ya hələ də olan şəxslər yer alıb. Nəzərə alsaq ki, məmurların Ramiz Mehdiyevə tabelilik münasibətləri olduqca sərt qaydalarla tənzimlənib, onların bir çoxunun indi də onun əmrindən çıxmağa cürət etməməsi tamamilə təbiidir.

Keçmiş PA rəhbəri həm də uzun illər ölkənin ən böyük “biznesmeni” olub. Onun yaxın çevrəsinin əlində milyardlarla dollar dəyərində kapital formalaşıb. Mehdiyev rüşvət və korrupsiya sistemi ilə topladığı nəhəng vəsaitləri yaxın adamları vasitəsilə biznes sferasına ötürərək dövriyyəyə buraxıb. Onun ətrafına məxsus çoxlu sayda daşınmaz əmlak, ticarət və istehsal obyektləri, banklar, turizm şirkətləri, iri torpaq sahələri və digər biznes strukturları olub. 

Keçmiş PA rəhbəri həm də ölkədə idxal-ixracla məşğul olan iş adamlarını, tikinti sektorunun ən böyük firmalarını, paralel olaraq büdcə tenderlərini nəzarətdə saxlayıb. Mehdiyevin çevriliş planını reallaşdırmaq üçün həm də onlara, xüsusən də onların əllərində cəmləşmiş kapitala, daxildə və xaricdəki əlaqələrinə “stafka” etdiyi istisna deyil. Şübhəsiz ki, Mehdiyev onları da saf-çürük edib, ən etibarlılarını prosesə qoşmağa çalışıb.

Məlumdur ki, “kəsdiyi başa sorğu olmadığı” dövrlərdə keçmiş PA rəhbəri hüquq-mühafizə orqanlarını, ordunu və məhkəmə sistemini xüsusi diqqətdə saxlayıb. Məlumatlara görə, vaxtilə o, rayon polis şöbələrinə rəis təyinatlarından tutmuş, paytaxtda bölmə rəislərinin kim olacağına qədər qərarları şəxsən verib. Xüsusi xidmət, prokurorluq və ədliyyə orqanlarında da Mehdiyevin sadiq adamları mühüm vəzifələrə gətirilib, onlar da tapşırıqlara uyğun olaraq öz adamlarını yerləşdiriblər. Müdafiə Nazirliyində, orduda Rusiya bağlı hərbçilərin irəli çəkilməsinə, yüksək rütbə almasına çalışıb. Bu istiqamətdə onun ən yaxın müttəfiqinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun olduğu şübhə doğurmur. 

Bir sözlə, o, müəyyən dövr hüquq-mühafizə orqanlarında, gömrükdə, hərbidə kifayət qədər şəxsin general rütbəsi almasını təmin edib. Bunların içərisində hələ də vəzifə tutanlar var. İstisna deyil ki, Mehdiyev siyahısının başına hüquq-mühafizə orqanlarında, orduda müxtəlif vəzifələrdə çalışmış və çalışan general, polkovnik paqonu daşıyan bəzi şəxslərin də adını qeyd edib.

Məhkəmə sisteminə gəldikdə isə Ali Məhkəmə, Apellyasiya Məhkəməsi, Ağır Cinayətlər Məhkəməsi və rayon məhkəmələrində daim Ramiz Mehdiyev rüzgarı əsib. Onun hakimlərin təyinatında müstəsna rolu olub, bu sistemə kadrları diqqətlə seçib göndərib. Hazırda onun yaxın qohumlarının bəziləri də hakim olaraq çalışırlar.

Beləliklə, bu sahələrdə hazırda təqaüddə və ya vəzifədə olan xeyli imkanlı şəxslər tapmaq mümkündür ki, Mehdiyevə sədaqətlərini hələ də saxlayıb, ondan gələn təlimatlara həssaslıq nümayiş etdirsinlər.

Keçmiş PA rəhbərinin elm sahəsinə də xüsusi “marağı” olub. Özünü titullu elm adamı obrazında təqdim etməklə yanaşı, elmi qurumların rəhbərliyini də şəxsən “dizayn” edib. Ali Attestasiya Komissiyası, AMEA-nın bütün strukturları, dövlət universitetlərinin bir çoxu onun şəxsi nəzarətində olub.


Xüsusən AMEA-da akademik adı alanları şəxsən müəyyənləşdirib, ona bağlı olmaqdan imtina edən bir çox alimin karyerasını məhv edib. Nəticədə Azərbaycanda elm sahəsində də Mehdiyevin “komandası” formalaşıb. Mehdiyev AMEA-nın başına keçdikdən sonra isə bu qurumda sözün həqiqi mənasında 37-ci ilin repressiyalarını təkrarlayıb, qurumu öz adamları ilə doldurub. Bu gün də həmin qurumda kifayət qədər Mehdiyevçi var və yəqin ki, onlardan da kimlərsə Moskvaya verilən bədnam siyahıda yer alıb.

PA rəhbərinin xüsusi diqqət yetirdiyi, bəlkə də iş gününün yarısını sərf etdiyi sahə media olub. O, televiziyalar, dövlət qəzetləri, eləcə də yaxın adamları vasitəsilə idarə etdiyi “müstəqil” qəzet və saytlara nəzarət edib. Aparıcı mövzular və əsas tezislər Mehdiyevin kabinetində hazırlanıb və ictimaiyyətə ötürülüb. Onun birbaşa göstərişi ilə Əli Həsənovun milyonçu etdiyi, evlər, bağlar verdiyi, övladlarını vəzifələrə, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi baş redaktorlar var. Təsadüfi deyil ki, PA rəhbərinin üstü açılan çevriliş planında bəzi media rəhbərlərinin də rol alacağı bildirilir. Bu isə Mehdiyevin Moskvaya verdiyi siyahıda keçmiş və indiki media rəhbərlərindən də kimlərinsə adının olduğunu göstərir.

İstisna deyil ki, Mehdiyevin siyahısında özünü konstruktiv və ya radikal kimi göstərən bəzi siyasi partiyaların rəhbərlərinin, QHT sədrlərinin də adı olub. Hansı ki, illər uzunu Mehdiyev tərəfindən “yemləniblər”…

Beləliklə, adları məlum olmasa da, Ramiz Mehdiyevin “çevriliş komandasında” kimlərin ola biləcəyini təxmin etmək mümkündür. Bunlar Vətən xainləri, Rusiyanın “beşinci kolonu”, tutduğu vəzifəyə, aldığı ada, mandata, elmi titula, sahib olduğu varidata görə Mehdiyevə borclu olanlardır… Ancaq onlardan kimlərin Mehdiyevin planında birbaşa iştirak etdiyini isə istintaqın nəticəsində məlum olacaq… Gözləyək!

Rasim Əliyev
“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri