Icma.az
close
up
RU
Siyasət Əsgərov: “Baxımlı qollar vurduq”

Siyasət Əsgərov: “Baxımlı qollar vurduq”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində Malayziya yığmasına qarşı qazanılan 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Əsgərov rəqibin qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşdığını vurğulayıb.

“Malayziya millisi Banqladeş yığması üzərində qələbə qazanmışdı. Bizi də məğlub etsəydilər, turnirin qalibi olacaqdılar. Bu səbəbdən matça yüksək motivasiyada hazırlaşmışdılar. Rəqibin əvvəlki bir neçə görüşünü də təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik, oyun planları da eyni idi”, - baş məşqçi bildirib.

Baş məşqçi qarşılaşmanın iki fərqli hissə şəklində keçdiyini söyləyib:

“İlk yarıda baxımlı qollar vurduq. Hər iki qolun üzərində məşqlər zamanı işləmişik. Fasiləyə qədər daha bir dəfə fərqlənə bilərdik. İkinci hissədə də yüz faizlik qol imkanlarımız oldu. Gənc futbolçulara özlərini göstərmək şansı yaratdıq”.

Əsgərov komandanın üzərində işləməli olduğu əsas çatışmazlığı da qeyd edib:

“Düşünürəm ki, əsas çatışmazlığımız qol epizodlarından yararlana bilməməyimiz idi. Bu məqam seçmə mərhələ oyunlarında bizə çətinlik yarada bilər. Banqladeş yığması ilə qarşılaşmaya daha yaxşı hazırlaşmağa çalışacağıq”.

Qeyd edək ki, millimiz turnirdə son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri