Icma.az
close
up
RU
Siyasət Əsgərov: “İki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır

Siyasət Əsgərov: “İki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Fomget”də (Türkiyə) heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis çox önəmli matça çıxacaqlarını vurğulayıb: “Bu gün çox önəmli oyuna çıxacağıq. Təəssüf ki, iki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır. Birinci il Avstriya çempionu ilə oynadıq. Bu il isə Türkiyə çempionu ilə qarşılaşacağıq. “Fomget” həqiqətən də son illərdə qadın futboluna çox yaxşı yatırımlar edib. Əlbəttə, heyətdə dəyişikliklər var. Son bir ayda 10-a yaxın futbolçu gətiriblər və hər biri fərdi baxımdan keyfiyyətlidirlər. Eyni zamanda, öz millilərinin üzvüdürlər. Bəlkə də rəqibin heyətində çox dəyişikliklər edildiyinə görə uyğunlaşma baxımından sıxıntı yaşaya bilərlər”.

Baş məşqçi rəqibi təhlil etdiklərini söyləyib: “Oyuna maksimum şəkildə hazırlaşmışıq. Çalışacağıq ki, bu gün yaxşı işlər görək. Rəqibi təhlil etmişik. Məşqçilər korpusu dəyişib. Hazırlıq dönəmində oyun keçirməyiblər. Mənim “Fomget”də çalışdığım dönəmlərdən tanıdığım bir sıra oyunçular var ki, hazırda da əsas heyət üzvdürlər. Yeni gələnlərlə bağlı da məlumat öyrənməyə çalışmışıq. Buna uyğun hazırlıq görmüşük”.

S.Əsgərov komandasında ciddi itkilər olmadığını bildirib:

“Düzdür, bəzi futbolçular gətirmişik. Türkiyədən bəzi futbolçular dəvət etmişik və boşluqları doldurmağa çalışmışıq. Bakıdakı toplanış zamanı zədələnən oyunçularımız da var idi. Əlbəttə, məqsəd növbəti mərhələyə keçməkdir. Bu matçın qalibi İsrail klubu ilə oynayacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu gün az səhv etsək, həmçinin rəqibi səhvlərə məcbur etsək, istəyimizə nail olarıq”.

Qeyd edək ki, “Fomget” - “Neftçi” matçı bu gün Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri