Icma.az
close
up
RU
Siyasətçilərimiz hansı türk komandalarına azarkeşlik edirlər? SORĞU

Siyasətçilərimiz hansı türk komandalarına azarkeşlik edirlər? SORĞU

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Siyasətçilər arasında maraqlı sorğular keçirməyə davam edirik. 

Bu dəfə isə azərbaycanlı siyasətçilərin hansı futbol klublarına azarkeşlik etmələri ilə maraqlandıq. Nəzərə almaq lazımdır ki, futbolun əhatə dairəsi çox böyükdür və müxtəlif sektorlarda olan insanlar bu oyuna azarkeşlik edirlər. Üstəlik, futbolun verdiyi mesajlar da olduqca təsirli olur. Siyasətçilərimizin xüsusilə türk dünyasında olan klublar arasında hansı komandalara azarkeşlik etdikləri maraq cəlb edir. 

“Cebheinfo.az” bununla bağlı siyasətçilər arasında sorğu keçirib və onların türk dünyasının hansı klublarına azarkeşlik etdiyini öyrəndik: 

*Azad Vətən Partiyasının sədri Akif Nağı:

“Azərbaycanda təbii ki, “Qarabağ”a azarkeşlik edirəm. Son vaxtlara qədər oyunlarının xeyli hissəsinə gedib stadionda baxırdım. Xüsusilə də “Qarabağ”ın avrokuboklardakı matçlarına hər zaman gedirdim. Həmçinin, “Traktor” komandası da hamımızın qürurudur. O, Güney Azərbaycanın ümid yeridir və çox gözəl komandadır. “Traktor”un hər qələbəsi, hər uğuru milli ideyaların təbliğinə xidmət edir. Türkiyədə isə hər zaman “Qalatasaray”a azarkeşlik etmişəm”. 

*Ədalət Partiyasının sədri Mütəllim Rəhimli:

“Ölkəmizdən “Qarabağ” və “Turan”a, Türkiyədən isə “Qalatasaray”a azarkeşlik edirəm. Eyni zamanda, hər bir azərbaycanlı kimi mən də “Traktor” klubunun azarkeşiyəm”. 

*Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: 

“Azərbaycandan “Qarabağ”a azarkeşlik edirəm. Partiyamızın əksər üzvləri də Ağdam təmsilçisinin azarkeşləridirlər. “Qarabağ”ımızın adını hər bir turnirdə uca tutmaq bizim üçün xüsusi önəm kəsb edir. Güney Azərbaycanda isə “Traktor” klubunun azarkeşiyəm. Qardaş Türkiyədən azarkeşi olduğum klub “Qalatasaray”dır”. 

*Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı: 

“Əsasən Azərbaycan milli komandasının azarkeşiyəm. Eyni zamanda, bütün bakılıların doğma komandası olan “Neftçi”yə azarkeşlik edirəm. Lakin “Qarabağ”ı avrokuboklardakı bütün matçlarında dəstəkləyirəm. Türkiyədən “Qalatasaray” və qədim Azərbaycanın paytaxtı Təbrizin “Traktor” komandasının da azarkeşiyəm. “Traktor” bütün türk dünyasının sevimli komandalarından biridir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Futbol azarkeş siyasətçi Akif Nağı Mütəllim Rəhimli Ağasif Şakiroğlu Niyaməddin Orduxanlı sorğu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri