Icma.az
close
up
RU
Azərbaycanlı məşhurlar hansı milli komandaya azarkeşlik edəcək? SORĞU

Azərbaycanlı məşhurlar hansı milli komandaya azarkeşlik edəcək? SORĞU

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Dünya çempionatının başlanmasına sayılı günlər qalıb.

İyunun 11-də başlayıb iyulun 19-dək davam edəcək mundialın matçları ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyində, 16 fərqli şəhərdə keçiriləcək. Əvvəlki çempionatlardan fərqli olaraq, bu dəfə 32 yox, 48 seçmə komandanın iştirakı nəzərdə tutulub.

Komandalar hər birində 4 yığma olmaqla 12 qrupda mübarizə aparacaqlar. atçların ümumi sayı əvvəlki 64-dən 104-ə qədər artırılıb. Dördpendirli pizza

Azərbaycanlı məşhurlar hansı milliyə azarkeşlik edəcək?

“Yeni Sabah” bir sıra şəxslərin turnirlə bağlı proqnozlarını öyrənib:

Yazıçı-publisist Seyran Səxavət: “Futbolu çox sevirəm və tələbə olanda universitet komandasında oynamışam. Ən çox sevdiyim komanda “Neftçi” olub. İndi ondan bir az da çox istədiyim komanda “Qarabağ”dır.

Özüm vaxtilə Braziliya futboluna azarkeşlik etmişəm. Çox istəyərdim ki, Azərbaycan millisi dünya çempionatında iştirak etsin və ona azarkeşlik edim. Amma mənə elə gəlir ki, yaxın 50 ildə bu mümkün olmayacaq.

Barselona şəhərində olmuşam və “Barselona” klubunu çox sevirəm. Bu dünya çempionatında İspaniya millisinə azarkeşlik edəcəyəm. Çox istəyərəm ki, onlar mundialın qalibi olsun. Mən əsl futbolu ispanlarda görmüşəm. Oyunların keçirilmə saatlarına gəlincə, ürəyimə yatan komandalar oynayanda gecə saat 4-də də olsa baxacam. Vaxt heç vaxt həvəsə diqtə edə bilməz”.

Milli Məclisin deputatı Elman Nəsirov: “Həmişə Braziliya futboluna üstünlük vermişəm. Məsələn, İtaliya millisi dəfələrlə dünya çempionu olub. Ancaq onlar həddən artıq müdafiəmeyilli və oyunun tempini salmaqla nəyəsə nail olmaq istəyirlər. Tamaşaçı bundan zövq almır. Amma braziliyalı futbolçular sanki topla janqlyorluq edirlər. Onlar futbol sehrbazlarıdır. Bu baxımdan, mən mundialda Braziliya millisini dəstəkləyirəm. Favoritim də məhz Braziliya seçməsidir. Vaxt imkan verdikcə, çempionatın oyunlarına baxmağa çalışacam”.

Deputat Aqil Abbas: “Mən dünya çempionatında Braziliya və Türkiyə millilərinə azarkeşlik edəcəyəm. Favoritim isə Braziliyadır”.

İş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar): “Ümumiyyətlə futbola baxmıram. Buna görə də dünya çempionatını da izləməyəcəm”.

Deputat Azər Badamov: “Futbol üzrə dünya çempionatını izləmirəm”.

Ağ Partiyanın başqanı Tural Abbaslı:“Bu dünya çempionatında qardaş Türkiyə və Özbəkistan millilərinə azarkeşlik edəcəyəm. Favoritlərim isə Almaniya və Braziliyadır. Amma Kriştianu Ronaldoya görə Portuqaliyanın kuboka yiyələnməsini istəyərəm. Oyunların hər birinə oturub baxacam desəm, yalançı olaram. Amma azarkeşlik etdiyim komandaların qarşılaşmalarına baxacam”.

Aydın Mirzəzadə: “Mən futbol azarkeşiyəm. Ayrıca azarkeşlik etdiyim hansısa milli komanda yoxdur. Sadəcə oyuna baxıb həzz almaq istəyirəm. Yarış belə şeydir ki, gözlənilməz nəticələr çox olur. Zəif görünən komanda birdən-birə finala qədər gedib çıxır. Dəfələrlə belə hallar olub. Turnirin gözəlliyi də elə buradadır”.

Elman Məmmədov: “Səmimi desəm, mən elə də güclü futbol azarkeşi deyiləm. Amma bu turnir dünya çempionatıdır. Qardaş Türkiyə millisinin matçlarını izləyəcəm. Son dəfə Çempionlar Liqasının finalını, “Arsenal” – PSJ qarşılaşmasını izlədim. Çox maraqlı idi. Oyunların gecə saatlarında olması səbəbindən, yəqin ki, təkcə Türkiyənin görüşlərini izləyəcəm”.

Fazil Mustafa: “Bu mundialda təbii ki, əsas olaraq Türkiyə və Özbəkistan millisinin oyunlarına baxacağam. Hər iki komanda favoritimdir. Açığı, digər tərəfdən bu çempionatda qalib olmağa layiq komandalar çoxdur. Düşünürəm ki, Argentina və Fransa qalibiyyətə daha yaxındır. Ona görə də bu iki komanda daha lider kimi görünür. Fransa hətta daha güclü heyyətə malikdir. Argentinada isə vəziyət belə deyil. Heç Messi də həmişəki Messi deyil. Bir az fiziki baxımdan bu oyunların yükünü daşımaq çətindir. Lakin sürpriz komanda qabiliyyəti də ola bilər”.

Xatırladaq ki, turnirin açılış oyunu 11 iyunda Meksikanın paytaxtındakı əfsanəvi "Asteka" (Estadio Azteca) stadionunda, böyük final oyunu isə 19 iyulda ABŞ-ın Nyu Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyun 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri