Icma.az
close
up
RU
Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, nədən, hardan başlamaqda adam çətinlik çəkir. Çünki onun həyatını, fəliyyətinin hər bir anını Azərbaycansız təsəvvür etmək mümkün deyil. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, onu Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Lakin onun adı və fəaliyyəti təkcə Azərbaycanın hüdudlları ilə məhdudlaşmır. Qloballaşan dünyada Azərbaycanın özünəməxsus mövqeyinin formalaşdırılması da onun adı ilə bağlıdır. Məşhur jurnalistlərdən biri onula müsahibə apararkən obrazlı bir bənzətmə işlətmişdi: ”Heydər Əliyev, Siz dövlətçilik ustasısınız!” Burada heç bir mübaliğə yox idi. Bu, həqiqətən, belə idi!

Heydər Əliyev istər keçmiş sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması bir həqiqətdir. Tarixin bütün dövrlərində ölkələrin inkişafı dahi şəxsiyyətlərin, liderlərlərin adı ilə bağlı olub. Azərbaycan xalqı özünü dünyanın xoşbəxt xalqlarından saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də, daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Həmin dövr tariximizin nəinki surətli və hərtərəfli yüksəliş illəri,həm də intibah dövrü hesab oluna bilər. Məhz həmin dövrdə Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları – bütövlükdə milli gücü səfərbər edib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü liderə ehtiyac var idi. Bu lider birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə bağlı idi. Başqa cür desək, güclü şəxsiyyət ideyası hər şeydən əvvəl ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı. Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirən zaman Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olsun. Buna görə müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hissolunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığı Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, ”Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sah əsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı".

Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Azərbaycançılıq məfkurəsi Heydər Əliyevin Azərbaycana gətirdiyi ən dəyərli və gərəkli ideya idi. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdar olmalıdır. Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır. Hər bir azərbaycanlı üçün örnək olan bu böyük ömrə Azərbaycanın ayrılmaz bir parçası kimi baxıram. Azərbaycan naminə ömrünü fəda etmiş bu böyük şəxsiyyətin adı yaratdığı, qurduğu Azərbaycan var olduqca yaşayacaq. Zəngin və qüdrətli Azərbaycan bu gün özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycandır. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycandır. Belə bir ölkənin vətəndaşı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Bir mahnıda deyildiyi kimi, “Xoşbəxtəm ki, Vətənim, Azərbaycandır mənim!”

Nicat Quliyev

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see457

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see338

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see338

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see274

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see269

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see249

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see243

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see238

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see234

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see234

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see218

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see217

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see215

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see207

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see205

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see199

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see198

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see193

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see188

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri