Icma.az
close
up
RU
Siyasətdən idmana daşınan zəfər: Qələbəmiz kimlərin gözünə batır?!

Siyasətdən idmana daşınan zəfər: Qələbəmiz kimlərin gözünə batır?!

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Müasir dünyada ətrafımızda baş verənlərə nəzər yetirdikdə hər yerdə siyasi çalarları görmək mümkündür. İdmandan incəsənətə, dindən mədəniyyətə - bütün sahələrdə...

Uzun illərdir ki, Azərbaycan idmançılarının uğur qazanmasına hər cür əngəllərin törədilməsi bunun ən adi nümunələrindən biridir.

Ancaq məsələ göründüyü qədər sadə deyil...

Xarici səbəblərlə birgə daxildə də idmandakı uğurlarımızı həzm etməyənlər, bunun qarşısında bilərəkdən və ya bilməyərəkdən maneə yaradan qüvvələr var...

Öz işini düzgün şəkildə icra etməyən bir qrup səlahiyyət sahiblərinin uğursuz fəaliyyətinə görə idmansevər insanımızın şüurunda süni şəkildə belə bir fikir formalaşdırılıb: "Əşi, bizdə idman var?!", " Azərbaycanda nə vaxt futbol olub ki?!" və sair...

Dünənki mini futbol üzrə dünya çempionatının finalında Azərbaycan millisinin qazandığı möhtəşəm qələbə xarici  təsirlərə verilən öldürücü cavab olmaqla bərabər daxilimizdəki bir kəsim yarıtmaz "idman biliciləri"nin (biclərinin də demək mümkündür) başlarına dəyən möhkəm zərbə təsiri bağışladı...

Qəhrəman Azərbaycan əsgəri 44 gündə və 24 saat ərzində "məğlubedilməz ordu" mifini necə darmadağın etmişdisə, dünən axşamkı qələbə də həmin ruhun davamı idi...

Bir neçə gün davam edən dünya çempionatının həlledici qarşılaşmalarında da oyunçularımızdan sıravi azarkeşinə, qapıçımızdan hücumçumuzadək hər kəs döyüşdü... Dəmir yumruq kimi bir olduq, güc olduq! Bu da nəticəsi...

Azərbaycan millisi mini futbol üzrə dünya çempionudur...

Bu arada, 44 günlük savaşımızı kiçiltmək və fərqli cür yozmağa çalışanların davamçıları da iş başındadır...

El təbrincə desək, sapı özümüzdən olan baltaları da görməzdən gəlmək doğru deyil...

Bir-iki cümlə onlar barədə də danışmağa ehtiyac var...

Guya meydança balacaydı, oyunçuların sayı az idi - Bu tip cümlələr işlədərək, qalibiyyətimizi kiçiltməyə çalışanlar da tapılır...

Hansı ki, 44 günlük müharibədə də hər şey ancaq PUA-nın hesabına oldu, "Bunlar Rusiyanın planı idi" kimi sərsəmləyənlərin ardıcılları da hələ susmaq istəmir...

Görününən odur ki, bizim qələbələrimiz hələ çoxlarının gözlərinə ox kimi girəcək! Belə olduqca "dəmir yumruq" hələ çox başlar əzəcək...


Heydər İsmayıl
Mediatürk TV-nin aparıcısı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri