Icma.az
close
up
RU
Siyasətin əxlaq kodeksi və siyasi lider modeli ŞƏRH

Siyasətin əxlaq kodeksi və siyasi lider modeli ŞƏRH

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Siyasi liderin ideal obraz və modeli məsələsi bütün dövrlərdə elmi və populyar diskussiyaların əsas mövzularından biri olub. Fəlsəfə, sosiologiya, psixologiya, tarix, politologiya və digər elmlərin tədqiqat predmeti olan “siyasi lider” məfhumuna həsr edilmiş yüzlərlə, bəlkə də minlərlə dissertasiya yazılıb. Təsadüfi deyil ki, sözügedən məfhumla bağlı müxtəlif elmi yanaşma və nəzəriyyələr mövcuddur. “İdeal lider hansı keyfiyyətlərə cavab verməlidir?” sualı hər zaman mütəfəkkirləri düşündürüb.

Əlbəttə ki, bu cür axtarışlar heç də səbəbsiz olmayıb. Tarixən istisnasız olaraq hər bir cəmiyyət güvənə biləcək lider axtarışındadır. Elə bir lider ki, ilk növbədə, ölkəsinin daxilində təhlükəsizliyi, dayanıqlı inkişafı və sabitliyi təmin edə bilsin, beynəlxalq münasibətlər müstəvisində isə dövlət maraqlarını mütləq prioritet kimi bəyan edə biləcək qədər nüfuz və siyasi iradəyə malik olsun. Cəmiyyət, millət və dövlət olaraq sabaha ümidlə baxmaq üçün fundamental hesab olunan əsaslar məhz bunlardır. Bəli, sözügedən mürəkkəb mövzu bəlkə də bir köşə yazısı üçün uğurlu sayıla bilməz, ancaq müasir reallıqlar onu diktə edir ki, köşə yazı formatı siyasi maarifçilik üçün ən optimal variantlardandır.

Mövzuya müraciət etməyə vadar edən əsas səbəb Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər oldu. Bilavasitə mövzuya keçməzdən öncə kiçik haşiyə çıxaraq qeyd etməliyəm ki, ölkə başçısının səsləndirdiyi bu cür fikirlərin elmi, peşəkar və geniş ictimai müzakirələrin predmeti olmadığına çox təəccübləndim. Görəsən, görmürlər, fərqində deyillər, yoxsa görmək istəmirlər?

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Siyasətin əxlaq kodeksi və siyasi lider modeli” sərlövhəli məqaləsində yer alıb.

Politoloq bildirib ki, həmin müsahibədə dövlətimizin başçısı cəmi bir neçə sual ətrafında müasir siyasi lider məfhumunun əsas fəlsəfi kateqoriyalarını müəyyən etməklə dünya mütəfəkkirlərini düşündürən sualları cavablandırdı. Sitat: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir...”. Beləliklə, ideal siyasi lider modelinin əsas keyfiyyət göstəricilərindən biri məhz məsuliyyətdir. Odur ki, xəstə ambisiyalı demaqoqlar apriori olaraq ideal siyasi lider obrazına uyğun gəlmirlər. Məhz elə bu səbəbdən də bu cür siyasətciklərin “triumflarının” ömrü kiçik qalmaqal qədər çox qısa olur.

Onun sözlərinə görə, mövcud kontekstin inkişafında dövlət başçısının növbəti fikirləri də kifayət qədər maraqlı və məzmunludur: “Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”. Beləliklə, Prezident bu cür fikirlərlə siyasətdə “məsuliyyət” amilini bilavasitə “peşəkarlıq” və “effektiv fəaliyyət” kimi məfhumlarla əlaqələndirmiş oldu. Siyasətçinin məsuliyyətsiz və yalan bəyanatları cəmiyyətdə apatiya və sosial böhrana gətirib çıxara biləcəyini dolayısilə bildirən dövlət başçısı, əslində radikal təfəkkürün müasir cəmiyyətlər üçün nə qədər zərərli və təhlükəli olduğunu xatırlatmış oldu.

Siyasətin əxlaq kodeksini müəyyən etmək iqtidarında olan, habelə müasir cəmiyyətlərin siyasət sahəsinə etibar və ümidini artıra biləcək bu cür fikirlər bütün aidiyyəti elmi və ali təhsil ocaqlarının baş stendlərində əks olunmalıdır. Bu gün müxtəlif təhsil ocaqlarında oxuyan sabahın siyasətçi və menecerlərinin təfəkkürü məhz bu cür yanaşma və fikirlərin təsiri altında formalaşdırılmalıdır. Milli siyasi fikir və nəzəri məktəblər də məhz bu cür ifadələr ətrafında aparılan peşəkar diskussiya və yazılan elmi məqalələr vasitəsilə formalaşdırılır.

Yuxarıda qeyd olunan müsahibədə öz əksini tapmış Prezident İlham Əliyevin növbəti fikirlərini də burada prinsipial olaraq vurğulamaq istərdik: “Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.”

Razılaşın ki, dünyada baş verən proseslər və müşahidə olunan tendensiyalar fonunda dövlətin birinci şəxsi tərəfindən bu cür fikirlərin açıq şəkildə səsləndirilməsi üçün böyük inam, güc və iradə tələb olunur. Bunlardır ideal siyasi lideri xarakterizə edən prinsipial keyfiyyətlər. Keçmiş dövrlər haqqında oxuduğumuz tarixi kitablarda bizlərə qəhrəman kimi təqdim olunanlar məhz o şəxslərdir ki, kimi bu cür ritorikaya və iradəyə sahib olub. Axı niyə biz bu həqiqətləri görməməliyik? Əks halda sosial şəbəkələrin “qəhrəmanları” və demaqoq siyasətcikləri öz populist və məsuliyyətsiz şou xarakterli ritorika ilə gənclərimiz üçün yanlış örnəklərə çevrilə bilərlər.

“Bu mənada Prezident İlham Əliyevin növbəti fikirləri də əlamətdar məna daşıyır: “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin”. Beləliklə, “prinsipial mövqe” və “ali dəyərlərə sadiqlik” də ideal siyasi lider modelinin əsas göstəricilərinə daxil olunur. Bu inamın, bu gücün mənbəyi ilk növbədə Azərbaycanın haqlı mövqeyidir. Burada bir daha kiçik haşiyə çıxaraq qeyd edək ki, “prinsipiallıq” əsla radikal təfəkkürə və demaqogiyaya məxsus olan keyfiyyət sayıla bilməz. Burada prinsipiallığı əvəz edən keyfiyyət qərəzdir”, - deyə A.Adil vurğulayıb.

Onun sözlərinə görə, mövzu ilə bağlı qeyd olunmalı önəmli məqamlardan biri Qərbdə artıq uzun illərdir ki, “nüfuzlu və xarizmalı siyasi lider” defisitinin yaşanmasıdır. Sözügedən amil Qərbin bəzi manipulyativ və spekulyasiya xarakterli bəyanatlarının əsas səbəblərindən biridir. “Gübrə” və “dopinqlə” yetişdirilən Qərbin siyasi liderləri apriori olaraq xarizmatik lider ola bilməz. Məhz elə bu səbəbdən də onları xilas etmək naminə siyasi texnologiyalardan geniş istifadə olunur, habelə siyasi dövriyyəyə ənənəvi dəyərlər sistemini təhrif edən ultra liberal və amorf məzmunlu psevdodəyərlər salınır. Onlardan fərqli olaraq Azərbaycanda Prezident İlham Əliyevə siyasi texnologiyaların “sehrləri” arxasında gizlənməyə ehtiyac yoxdur. Biz bu obyektiv həqiqəti anlamalı, ifadə etməkdən çəkinməməli, bununla fəxr etməliyik.

“Dünya tarixində baş vermiş müharibələrə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, yalnız əsl Lideri olan xalqlar bu müharibələrdə qalib ola biliblər. Demaqogiya ilə lider olmaq mümkünsüzdür. Ucuz və məsuliyyətsiz demaqogiyalar cəmiyyəti yalnız uçuruma, daha dərin böhranlara sürükləyə bilər. Siyasəti şoudan, peşəkarlığı təlxəklikdən, prinsipiallığı manipulyasiyalardan, həqiqəti də ucuz demaqogiyadan ayırd etməyi bacarmalıyıq”, - deyə politoloq əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri