Icma.az
close
up
RU
Qlobal siyasətin Azərbaycan modeli...

Qlobal siyasətin Azərbaycan modeli...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Suveren, açıq, balanslı və strateji yönümlü yeni dünya reallıqları

Yeni dünya düzənində Bakının lider statusu 

Yaşadığımız günlər həm tarixi, həm də strateji əhəmiyyətinə görə cəlbedicidir. O mənada ki, həftəsonu, yəni mayın 9-da II Dünya müharibəsinin bitməsinin 80 illiyi qeyd ediləcək. Bu münasibətlə dünyanın fərqli regionlarını təmsil edən dövlət və hökumət başçılarının Moskvaya səfəri gözlənilir. Qeyd edək ki, yayılan informasiyalara görə, MDB dövlət başçıları, eləcə də Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, Venesuela Prezidenti Nikolas Maduro, Vyetnamın dövlət başçısı To Lam, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Serbiya Prezidenti Aleksandr Vuçiç,  Slovakiyanın Baş naziri Robert Fitso və digərləri də daxil olmaqla, ümumilikdə, 19 dövlət və hökumət rəhbəri tədbirdə iştirak edəcək.

Tramp gəlmir...

Qeyd edək ki, bir müddət əvvəl Rusiya-Amerika münasibətlərinin normallaşması fonunda ABŞ Prezidenti Donald Trampın da Moskvaya səfər etməsi ilə bağlı ehtimallar irəli sürülsə də, bu, öz təsdiqini tapmamışdı. Məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Peskov bəyan etmişdi ki, Tramp tədbirdə iştirak etmək qərarına gəlsə, onlar Moskvada ABŞ prezidentini qəbul etməkdən yalnız məmnun olacaqlar. Bununla belə, Tramp administrasiyası bəyan etdi ki, Tramp mayın 9-da qeyd olunacaq tədbirdə iştirak etməyi planlaşdırmır.

Hindistanın baş naziri Narendra Modi də əvvəllər tədbirdə iştirak edəcəyini təsdiqləsə də, sonradan iştirak etməyəcəyini bəyan edib. Bu səfərin ləğvi Hindistan-Pakistan münasibətlərindəki artan gərginliklə əlaqələndirilir.

Təhdidlər işə yaramadı...

Maraqlı cəhət orasındadır ki, bu tədbir yeni situasiyada özünün fərqli ştrixləri ilə seçilir. Belə ki, bir müddət öncə Avropa İttifaqı səfərə hazırlaşan dövlətlərə Rusiyaya səfərdən çəkinməyə çağırmışdı - hətta Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas quruma üzv və namizəd ölkələrin liderlərinə Moskvaya səfər etməmək barədə xəbərdarlıq etmişdi. Bununla belə Serbiya Prezidenti Vuçiç və Slovakiyanın Baş naziri Fitso Aİ rəhbərliyinin bütün təhdid və xəbərdarlıqlarına məhəl qoymayaraq, tədbirə qatılacaqlarını bildiriblər.

Bakıdan başlanan “yol”...

Bu tədbirin zahiri görünüşü ilə yanaşı, yeni qlobal situasiyada verə biləcəyi mesajlar da çox böyük maraq kəsb edir. Belə ki, bir sıra Qərb siyasətçiləri tədbirdə yanaşı dayanacaq dövlət başçılarının əksəriyyətini yeni dövrün siyasi-iqtisadi oyunçuları sırasında qeyd edirlər. Başqa sözlə, bu “toplantı” Avropadan kənarda formalaşan dünya düzəninin strateji yol xəritəsi sayılır. Xüsusilə, diqqət çəkən məqamlardan biri isə tədbirdə son günlərin siyasi müzakirələrində ən çox populyarlıq qazanan iki strateji tərəfdaş dövlətin - Azərbaycanın və Çinin iştirakıdır. Hətta bir sıra siyasi texnoloqlar yeni iqtisadi xəritənin formalaşması ərəfəsində digər dövlətlərin tədbirə can atmasını məhz bu iki dövlətin oradakı iştirakı ilə əlaqələndirirlər. Çin-Azərbaycan əməkdaşlığının dünyaya təqdim edəcəyi iqtisadi, həm də siyasi imkanlarla, perspektivlə tanış olmaq üçün Moskvaya səfərin bu qədər cəlbedici olduğu vurğulanır. 

Bəli, gözlənilir ki, 9 mayda Moskvada keçiriləcək yüksək səviyyəli beynəlxalq tədbir yeni qlobal düzənin formalaşdığı bir dönəmdə mühüm siyasi mesajların ünvanı olsun - 19 ölkənin dövlət və hökumət başçısının, o cümlədən Çin və Azərbaycanın liderlərinin, eləcə də müxtəlif regionlardan hərbi kontingentlərin iştirakı tədbirin sıradan bir mərasim yox, geosiyasi çəkisi olan simvolik bir platforma olduğunu təsdiqləyir. Razılaşmaq olar ki, bu tədbir fonunda Azərbaycanın iştirakı və beynəlxalq arenada nümayiş etdirdiyi fəal mövqe, ölkənin yeni geosiyasi mərhələdə oynadığı rolu açıq şəkildə ortaya qoyur - tədbirdən qabaq, hətta son 1 il ərzində bir çox dövlətlərin Bakıda səsləndirdikləri fikirləri xatırlasaq, bunun şahidi olarıq. Nəzərə alınmalıdır ki, Avropa kontingentinə daxil olan bir çox dövlətlərin rəhbərləri dəfələrlə Azərbaycandan öyrəniləcək çox şeylərin olduğunu etiraf etmişlər, ölkəmizi “xilaskar” adlandırmışlar...

Qütblərin qovşağı - Bakı Avropanın “nəfəsliyi” kimi...

Vurğulandığı kimi, tədbiröncəsi Çin ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında sənədin imzalanması, ardından Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun Bakıya səfərləri prosesə xüsusi “rəng” qatır. Azərbaycan və Çin arasında imzalanmış sənəd təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın Asiya-Sakit okean bölgəsi ilə Avropa arasında iqtisadi inteqrasiyasının dərinləşməsi baxımından mühüm addımdır. Çin ilə son 1 ildə imzalanan iki strateji sənəddə ticarət, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi sahələr üzrə konkret əməkdaşlıq vədləri yer alıb - bu isə siyasi-iqtisadi proseslərin inkişafına baxışa da yeni nəfəs verir. Bu strateji yaxınlaşma Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində əsas rol oynadığını təsdiqləyir. Orta Dəhlizin əsas iştirakçısı olan Azərbaycan, bu yolla yalnız regionda deyil, Avrasiya məkanında iqtisadi və geosiyasi baxımdan açar mövqeyə sahib olur. Çin kimi dünya gücünün Azərbaycanı strateji tərəfdaş kimi tanıması, Azərbaycanın beynəlxalq statusunu gücləndirən mühüm diplomatik nailiyyət olduğu qədər, Bakı ilə dost münasibətə malik Avropa dövlətləri üçün də “nəfəslikdir”.

Bakı Şimal-Cənub xəttini aktuallaşdırır...

Son iki ayda baş verən siyasi hadisələr, səfərlər, razılaşmalar və şəkilləndirmələr bir daha təsdiqləyirik, Bakı dördcəhətli qütblər arasında körpüdür. Şərq ilə Qərb qədər Şimal ilə Cənub arasında da əhəmiyyətli keçid xətti olan Azərbaycan bir daha təsdiqlədi ki, bütün ölkə və təşkilatlarla yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasında, inkişafında maraqlıdır. İran Prezidentinin Bakı səfəri zamanı Şimal-Cənub xətti üzrə iqtisadi şəkilləndirmənin genişləndirilməsi barədə müsbət fikirlər Moskva toplantısı ilə məntiqi şəkildə davam etdiriləcək. Azərbaycan necə ki, İran ilə müsbət qonşuluq və ticari-iqtisadi, eləcə də siyasi münasibətləri yüksək notlarla tutmaq istədiyini ortaya qoyur, eləcə də Rusiya ilə analoji münasibətlər sistemini saxlayır. Azərbaycanın Moskva tədbirində iştirakı həm də Cənubi Qafqazın lider ölkəsi statusu ilə Şimal-Cənub xətti üzrə əhəmiyyətini büruzə verir. Azərbaycan bu münasibətləri praqmatik maraqlar və qarşılıqlı hörmət əsasında tənzimləyir və digər dövlətlər də bu faktı dəf edir. Ölkəmizin balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunun ən bariz təsdiqi kimi, həm Şimal, həm Cənub, şəm də Şərq-Qərb trayektoriyası üzrə əməkdaşlıq portfelini genişləndirməsi göstərilə bilər. Mənzərə həm də Azərbaycanın böyük güclər arasında “tərəf tutmadan tərəfdaşlıq” modelini uğurla tətbiq etdiyini göstərir.

Beynəlxalq təhlükəsizlik və ticarət sxemi...

Moskva tədbirində region ölkələri ilə yanaşı, Avropa, Asiya və Latın Amerikasından nümayəndə heyətləri - paralel olaraq yeni beynəlxalq təhlükəsizlik və ticarət modelinin axtarışında olan müxtəlif güc mərkəzləri bir araya gələcək. Bu baxımdan Azərbaycanın orada iştirakı onun regional oyunçu yox, beynəlxalq proseslərə töhfə verən məsuliyyətli tərəfdaş statusunu önə çıxarır. COP29 kimi mötəbər tədbirə ev sahibliyi edən, Avropa ilə enerji əməkdaşlığını dərinləşdirən, eyni zamanda Çinlə strateji tərəfdaşlıq quran Azərbaycan, diplomatik baxımdan dünya güclərinin “kəsişmə nöqtəsi”nə çevrilir. Hətta hazırkı qlobal proseslər bir sıra məqamlara ayrıca toxunmağı zəruri edir: Dünya artıq birtərəfli hegemonluq modelindən çoxqütblü nizam istiqamətində dəyişir. Bu yeni düzəndə yalnız hərbi və iqtisadi güc deyil, çevik diplomatiya, regional sabitlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan siyasət də həlledici rol oynayır. Azərbaycan məhz bu modelin təcəssümüdür.

İştirakçıdan idarəedici statusa doğru...

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm də İslam aləmi ilə bərabərhüquqlu tərəfdaşlıqlar qurur. Bu balanslı yanaşma ölkəmizin beynəlxalq aləmdə etibarlı və proqnozlaşdırılan aktor kimi qəbul olunmasını təmin edir. Moskvada keçiriləcək tədbirdə Azərbaycan liderinin iştirakı və beynəlxalq kontingentlərin onu əhatə edən mühiti, əslində yeni dünya düzəninin etibarlı platformasının necə formalaşdığını nümayiş etdirir. Çinlə strateji sənəd, Avropa ilə enerji əməkdaşlığı, COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi, Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə təsir gücünün göstəricisi kimi önə çıxır. Bu reallıqlar fonunda Azərbaycan artıq sadəcə proseslərin iştirakçısı yox, onların istiqamətini müəyyən edən aparıcı ölkələrdən biri kimi çıxış edir. Qlobal siyasətin “kölgəsində” qalmaq əvəzinə, onu yönləndirməyə çalışan yeni Azərbaycan modeli - suveren, açıq, balanslı və strateji yönümlü yeni dünyanın reallıqları ilə tam uzlaşır...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see360

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see276

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see225

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see212

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see201

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see199

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see194

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see186

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see180

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see171

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see170

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see163

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see163

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see160

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see158

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see154

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see151

1946 cı ildən sonra doğulanlar daha çox XƏSTƏLƏNİR

24 May 2026 11:01see149

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see145

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri