Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Siyasətlə başlayan ailə faciəsi

Siyasətlə başlayan ailə faciəsi

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili işlər nazirinin sabiq müavini, Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD – “OMON”) komandiri Rövşən Cavadovun 1995-ci ilin martında dövlət çevrilişinə cəhd zamanı öldürülməsindən sonra bu nüfuzlu ailə ard-arda faciələrlə üzləşdi.

Sanki Rövşən Cavadov ailənin xoşbəxtliyini də özü ilə apardı.

Mühacirət, gərginlik və siyasi bəyanatlar

Qiyamdan sonra ailənin böyük oğlu, Bakı şəhər Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov ölkəni tərk edərək Avstriyaya sığındı. O, Zaltsburqda siyasi mühacir kimi məskunlaşdı. 2003-cü ildə Azərbaycan-İran münasibətlərinin gərgin olduğu dövrdə Mahir Cavadov qardaşı, Rövşənin oğlu Laçınla birlikdə İrana gedərək buradan Azərbaycan hakimiyyətinə qarşı açıqlamalar verdi. Onların bəyanatları iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirdi.

Bakıda yaşayan Güney Azərbaycandan olan mühacirlərin də Bakıda milli azadlıq mübarizəsini aktivləşdirməsi ilə münasibətlər daha kəskin hala gəldi.  Bundan sonra rəsmi Bakı və rəsmi Tehran öz ərazilərindən bir-birinin təhlükəsizliyinə təhdid olacaq hərəkətlərə yol verməyəcəkləri barədə üzərlərinə öhdəlik götürdülər.

Foto: Laçın Cavadov

Daha sonra Mahir və Laçın Cavadovlar İranı tərk etdilər.

Avropada tənha həyat və uğursuz barış cəhdi

Mahir Cavadovla bağlı sosial şəbəkədən məlum olan budur ki, hazırda Avstriyada tənha yaşayır. Sosial şəbəkə paylaşımlarında onun xanımı və övladlarından ayrı yaşadığından bəhs edilib. Oğlanları Maqsud və Tərlanın fərqli xarici ölkələrdə yaşadığı bildirilir.

Avstriyada yaşayan qiyamçı prokuror 2021-ci ildə Azərbaycan hakimiyyəti ilə münasibətlərini normallaşdırmağa cəhd etmişdi.

“II Qarabağ savaşından sonra torpaqları işğaldan azad edən Ali Baş Komandan Prezident İlham Əliyevi dəstəkləyirəm və ona qarşı heç bir mənfi niyyətim yoxdur. Artıq hesab edirəm ki, hər şey tarixin yaddaşında necə var idisə, elə də arxivdə qalmalıdır… Vətənə gəlmək istəyimdə məqsədim, gəlib müxalifətə qoşulmaq yox, Prezidentə apardığı xarici və daxili siyasətdə dəstək verməkdir. Mənim ən böyük arzum odur ki, Azərbaycana qayıdıb, Prezident cənab İlham Əliyevin bir yardımçısı olum ki, ona bəzi işlərdə kömək edim”,- sosial şəbəkədə mövcud olan qruplardan birində yayınladığı müraciətdə Mahir Cavadov yazmışdı.

Mahir Cavadovun hələ də Avstriyada yaşamasından belə anlamaq olur ki, hakimiyyət dairələri onun “zeytun budağı”nı qəbul etməyiblər.

76 yaşlı Mahir Cavadovun son bir ildir yaşadığı şəhərin psixatriya xəstəxanasında stasionar müalicə alır. Yaxın ətrafının bildirdiyinə görə, keçmiş rayon prokuroru həyat yoldaşı, eləcə də övladlarından ayrılması, Azərbaycandakı qohumlarının ondan üz çevirməsi və siyasi mübarizəsinin fiaskosu onda psixoloji problemlər yaratdı.

Yeri gəlmişkən, Cavadovlar ailəsinə yaxın mənbənin “Yeni Sabah”a dediyinə görə, Azərbaycandakı qohumların Mahir Cavadovla əlaqələri soyuq olub. Azərbaycandakı qohumlar Mahir Cavadovu kiçik qardaşı Rövşən Cavadovun qiyama təşviq etməkdə təqsirləndirib və buna görə onunla münasibətlər soyuq olub.

Ailənin digər üzvlərinin taleyi

Rövşən Cavadovun Mahir Cavadovdan başqa bir bacısı olduğu məlumdur.

Atası Bəxtiyar Cavadov 2003-cü ilin sentyabrında, anası Tamara Cavadova isə 2011-ci ilin aprelində vəfat edib.

Ailənin faciələri bununla bitmədi. Rövşən Cavadovun oğlu Laçın babasının vəfatından 3 ay sonra Moskvada dünyasını dəyişdi. Onun ölümündən “müəmmalı ölüm” kimi bəhs edilib.

Laçın Cavadovdan geriyə üzünü görmədiyi övladı qaldı.

Rövşən Cavadovun xanımı Zemfira Cavadovanın sosial mediada bir neçə görüntüsü yayılsa da, Cavadovlar ailəsinin ictimaiyyətə məlum əsas nümayəndəsi onun yeganə qızı Jalə Cavadova-Şərifovadır. O, tibbin ginekologiya sahəsi üzrə tanınmış mütəxəssis, tibb elmləri üzrə fəlsəfə doktorudur.

52 yaşlı Jalə Cavadova-Şərifova, həm də keçmiş baş nazir müavini Abid Şərifovun gəlinidir. Abid Şərifovun yeganə oğlu Elçin 2023-cü ilin martında vəfat edib.

Jalə Cavadova Xətai Tibb Mərkəzində ixtisası üzrə fəaliyyətini davam etdirir. Həyatın ağır faciələri ilə sınanmış Jalə Cavadovanın 2 qızı və 5 nəvəsi var.

Onun qızları dövlət qurumlarında çalışır. “Təzadlar” qəzetinə verdiyi müsahibədə kiçik qızı Nərmindən bəhs edərkən Jalə Cavadova deyib ki, o, qrafik-dizaynerdir, xaricdə təhsil alıb və bir neçə xarici dili bilir. Nərmin post müharibə dövründə Azərbaycanın əsas inşaat layihəsi sayılan “Ağıllı kənd”lərin dizaynlarını hazırlayır.

“Qarabağdakı “Ağıllı kənd” layihələrinin qrafik dizaynlarını şəxsən mənim qızım verir. Kürəkənim Prezident Administrasiyasında çalışır. Mənim, eləcə də qardaşım Laçının övladı Vətənə layiqli xidmət etməyə həmişə hazırdırlar, buna layiqdirlər”, – Jalə Cavadova deyib.

Qardaşı Laçının xatirəsindən bəhs edən Jalə xanım “Mənim, eləcə də qardaşım Laçının övladı Vətənə layiqli xidmət etməyə həmişə hazırdırlar, buna layiqdirlər”, – deyib.

1995-ci ilin qiyamı: qısa xatırlatma

Xatırladaq ki, 30 il əvvəl “OMON”-la Daxili Qoşunlar arasındakı silahlı qarşıdurma Rövşən Cavadovun həyatını itirməsi və XTPD-nin tamamən ləğv edilməsi ilə nəticələnmişdi.

Proseslər 13 mart 1995-ci ildə başlamışdı. Qazaxda başlayan silahlı toqquşmalar martın 17-nə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki döyüşlərlə başa çatmışdı. Rəsmi statistikaya görə, toqquşmalarda 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı həyatını itirib, 105 nəfər isə yaralanıb. Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri