Icma.az
close
up
RU
Gürcüstan balanslı siyasətlə manevr imkanı qazanır

Gürcüstan balanslı siyasətlə manevr imkanı qazanır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

ABŞ-ın 2025-ci il üçün açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyası Gürcüstanın həm xarici, həm də daxili siyasətində əhəmiyyətli dönüş nöqtəsi yaradır. Sənəd Tbilisiyə milli maraqlarını ön planda tutaraq strateji qərarlar qəbul etmək və geosiyasi manevr imkanlarını genişləndirmək üçün yeni perspektivlər təqdim edir. ABŞ-ın mövqeyi, faktiki olaraq, Gürcüstanın Avro-Atlantik inteqrasiyaya yönələn siyasətini yenidən nəzərdən keçirməyə məcbur edir, eyni zamanda, ölkəyə daha sərbəst və çevik manevr imkanları yaradır. Bu vəziyyət Tbilisiyə yalnız xarici siyasətdə deyil, daxili idarəetmədə də strateji üstünlük təmin edir və milli maraqların qorunmasını gücləndirir.

Xarici siyasət baxımından, yeni strategiya NATO-nun Şərqə genişlənmə prosesinə faktiki dəstəyin azaldığını ortaya qoyur. Bu, Gürcüstanın Avro-Atlantik inteqrasiya perspektivlərini qeyri-müəyyən vəziyyətə gətirir. Qeyri-müəyyənlik, eyni zamanda, Tbilisiyə daha sərbəst manevr imkanları təqdim edir. ABŞ-ın mövqeyi, Brüsselin sərt tənqidlərinə baxmayaraq, Tbilisiyə milli maraqlar əsasında müstəqil qərarlar qəbul etmək üçün əlavə arqumentlər verir. Baş nazir İrakli Kobaxidze NATO-nun “açıq qapılar” siyasətini qeyri-müəyyən adlandıraraq Alyansın perspektivini şübhə altına alıb. O, keçmiş Gürcüstan prezidenti Eduard Şevardnadzenin sözlərini xatırladıb: “Bizi çox uzun müddət açıq qapıda saxlamayın, çünki layihədə soyuqdəymə tutmaq asandır”.

Rusiya ilə münasibətlər də yeni formatda dəyişir. Moskva Gürcüstanı Cənubi Qafqazda strateji tərəfdaş kimi qəbul edir və 2008-ci il hadisələrindən sonra ön plana çıxan şərtləri, o cümlədən Abxaziya və Cənubi Osetiyanın tanınması tələblərini önə çıxarmır. Bu, Tbilisinin Rusiya ilə balanslı və pragmatik əməkdaşlıq aparmasına şərait yaradır və ölkənin regional tranzit layihələrindən faydalanmasına imkan verir. ABŞ və Rusiya arasında formalaşan yeni geosiyasi balans Gürcüstanın həm ticarət, həm də təhlükəsizlik sahələrində sərbəst qərarlar qəbul etməsinə zəmin yaradır. Eyni zamanda, 2008-ci il hadisələrinə görə Gürcüstana ödənilməmiş kompensasiyaların tələbini hüquqi çərçivədə irəli sürmək imkanı da yaranır ki, bu da strateji baxımdan ölkənin mövqeyini gücləndirir.

Avropa İttifaqı (Aİ) ilə münasibətlər isə Gürcüstanın avrointeqrasiya prosesində müəyyən çətinliklər yaradır. Aİ-nin hesabatlarında Gürcüstan hakimiyyətinin namizəd ölkədən gözlənilən standartlara uyğun olmadığı vurğulanır. Buna baxmayaraq, ölkə deputatları və ekspertlər sənədlərin qərəzli olduğunu və Ukrayna və Moldova üçün eyni standartların tətbiq edilmədiyini qeyd edirlər. “Gürcüstana qarşı açıq qapı siyasəti layihə siyasətinə çevrildi və Avropaya inteqrasiya məsələsi yalnız ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə edildi. Biz Ukrayna, Moldova, Bosniya və bütün digər namizədlərdən irəlidəyik, amma bizə münasibət tamamilə fərqlidir”,– Kobaxidze qeyd edib. Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili isə Avropa Komissiyasının sənədləri siyasi təzyiq aləti kimi istifadə etdiyini bildirir. Gürcüstan isə milli maraqlarını ön planda saxlayaraq vizasız rejimlə bağlı təzyiqləri siyasi müdaxilə kimi qiymətləndirir. Bu yanaşma, həmçinin Rusiya ilə konfrontasiya səviyyəsini artırmaq və ölkəni müəyyən hərbi risklərlə üz-üzə qoymaq cəhdlərinə qarşı strateji cavab kimi də qiymətləndirilir.

Daxili siyasət baxımından, strategiya hökumətə milli maraqları qorumaqda, daxili stabilliyi təmin etməkdə və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirməkdə əlavə dəstək təqdim edir. 2024-cü il parlament seçkilərindən sonra Tbilisidə baş verən etiraz aksiyalarına dair yayılan məlumatların dezinformasiya xarakterli olduğu, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin araşdırmaları ilə təsdiqlənib. Onu da qeyd edək ki, strateji manevr imkanlarının genişlənməsi Tbilisiyə regional tranzit və ticarət layihələrindən maksimum dərəcədə faydalanmaq imkanı verir. Gürcüstan Cənubi Qafqazda yalnız siyasət yürüdən deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində mühüm oyunçu kimi çıxış edir. ABŞ-ın dəstəyi, Rusiyanın balanslı yanaşması və Aİ ilə mövcud çətinliklərin idarə olunması Gürcüstanın regional və qlobal siyasətdə çevik, pragmatik və müstəqil mövqe tutmasına şərait yaradır. Bu, ölkənin həm strateji, həm də iqtisadi üstünlüyünü möhkəmləndirir.

Şübhəsiz, milli maraqların qorunması və hüquq-mühafizə orqanlarının gücləndirilməsi yalnız daxili siyasət üçün deyil, xarici siyasət üçün də önəm daşıyır. Hökumətin daxili sabitliyi təmin etməsi, hüquq-mühafizə sisteminin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi və dezinformasiyaların qarşısının alınması Gürcüstanın diplomatik manevr qabiliyyətini artırır. Bu, Tbilisinin həm Aİ, həm də ABŞ-la münasibətlərdə strateji üstünlük əldə etməsinə şərait yaradır, eyni zamanda, Rusiya ilə balanslı əməkdaşlıq imkanlarını genişləndirir.

Beləliklə, ABŞ-ın yeni strategiyası Gürcüstana yalnız siyasət yürütmək deyil, həm də iqtisadi, tranzit və təhlükəsizlik sahələrində sərbəst qərarlar qəbul etmək imkanı verir. Bu vəziyyət Tbilisini Cənubi Qafqazın etibarlı və strateji oyunçusuna çevirir, ölkənin həm daxili, həm də xarici siyasətində milli maraqların qorunmasını təmin edir. Bununla bağlı gürcüstanlı politoloq Bəhram Mehdiyev XQ-yə bildirdi ki, Gürcüstan hökuməti ölkənin hüquq-mühafizə sisteminə güvənir və əsassız ittihamlara qarşı prinsipial mövqe tutur: “ABŞ, Rusiya və Avropa arasında formalaşan balans ölkəyə strateji üstünlük, regional təsir və geosiyasi manevr imkanları verir. Bu, Tbilisinin regional əməkdaşlıq layihələrində, ticarət və tranzit sahələrində rolunu artırmaqla yanaşı, beynəlxalq aləmdə müstəqil və çevik mövqe tutmasına şərait yaradır. Hökumət milli maraqları qoruyur, daxili sabitliyi təmin edir və hüquq-mühafizə sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Eyni zamanda, Avropa İttifaqının siyasi təzyiqləri və vizasız rejimlə bağlı çağırışlar Gürcüstanın milli maraqlar əsasında sərbəst qərarlar qəbul etməsinə səbəb olur. Bu vəziyyət ölkənin strateji çevikliyini artırmaqla yanaşı, Avrointeqrasiya prosesində müəyyən çətinliklərin idarə olunmasını təmin edir. Aİ sənədləri qərəzlidir və siyasi təzyiq aləti kimi istifadə edilir. Ammai hakimiyyət ölkənin milli maraqlarını ön planda saxlayır”.

Politoloq daha sonra dedi ki, Rusiya ilə normallaşma perspektivləri Gürcüstan üçün əlavə strateji üstünlüklər yaradır: “Moskva ilə balanslı əməkdaşlıq tranzit, ticarət və regional layihələrdə iştirak imkanlarını artırır. Bu da ölkəmizə geosiyasi manevr və strateji üstünlük verir. ABŞ-ın dəstəyi isə Tbilisinin milli maraqlar əsasında müstəqil qərarlar qəbul etməsinə imkan yaradır və Avropa ilə münasibətlərdə əlavə arqument təqdim edir”.

Ümumilikdə, ABŞ-ın 2025-ci il üçün açıqladığı Milli Təhlükəsizlik Strategiyası Gürcüstanın həm xarici, həm də daxili siyasətində əhəmiyyətli dönüş nöqtəsi rolunu oynayır. Strategiya ölkəyə çevik, müstəqil və strateji mövqe tutmaq imkanları verir, milli maraqları qoruyur, daxili stabilliyi təmin edir və regional tranzit, ticarət və əməkdaşlıq imkanlarını genişləndirir. Gürcüstan həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqı ilə münasibətlərdə strateji üstünlük əldə edir, milli maraqlarını ön planda saxlayaraq regional və qlobal siyasətdə müstəqil mövqe ortaya qoyur. Bu, ölkənin uzunmüddətli geosiyasi əhəmiyyətini möhkəmləndirir və Tbilisiyə strateji manevr imkanlarını artırmaqla yanaşı, milli maraqların qorunmasını təmin edir.

Ə.PÜNHAN
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see274

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see263

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see241

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see230

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see217

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see215

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see212

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see208

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see198

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see186

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see184

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see183

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see183

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see180

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri