Icma.az
close
up
RU
Siyasi birlik, milli həmrəylik: “Bu, təqdirəlayiq təşəbbüsdür”

Siyasi birlik, milli həmrəylik: “Bu, təqdirəlayiq təşəbbüsdür”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Qarabağa növbəti, sayca yeddinci birgə səfəri baş tutub.

Məhz Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan bu növbəti birgə səfər, siyasi dialoqun təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin yerində izlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident Administrasiyasının təşəbbüsü ilə reallaşan layihə təkcə siyasi partiyalararası dialoqu dərinləşdirmir, eyni zamanda müxtəlif ictimai-siyasi institutların Qarabağda aparılan yenidənqurma proseslərinə birbaşa şahidlik etməsini təmin edir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə Qarabağa, işğaldan azad olunmuş ərazilərimizə növbəti, sayca yeddinci səfəri baş tutub:

“2021-ci ildən başlayaraq Ağdam, Şuşa, iki dəfə Zəngilan, Laçın və digər işğaldan azad olunmuş ərazilərə səfərlər həyata keçirilib. Bu səfərlərin təşkilində qeyd etdiyim şöbənin əməkdaşlarının, xüsusilə şöbə rəhbərinin rolu böyükdür”.

Onun sözlərinə görə, bu səfərlərin təşkili olduqca ciddi və vacib məsələdir:

"Biz 30 ilə yaxın müddətdə həmin torpaqları görmək, ora qayıtmaq həsrəti ilə yaşamışıq. İndi isə, işğaldan azad olunduqdan sonra həmin bölgələrə səfərlərin təşkil olunması, eyni zamanda bu səfərlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin həmin ərazilər üzrə xüsusi nümayəndələrinin, səlahiyyətli şəxslərin geniş və ətraflı məlumatlar verməsi, görülən və görüləcək işlər, məskunlaşma məsələləri, məşğulluq, kommunikasiya xətləri və gələcək planlarla bağlı təqdimatlar  çox əhəmiyyətlidir.

Xüsusilə də siyasi partiya rəhbərlərinin, politoloqların, media nümayəndələrinin bu proseslərlə bağlı yerində məlumat alması, məlumatlandırılması, gələcəkdə aparılacaq təbliğat və izahat işlərində bizlər üçün ciddi əsas yaradır.

Həmçinin, bu səfərlər bizə, vətəndaş kimi, hansı gözləntilərimizin hansı formada qarşılanacağı ilə bağlı da aydın təsəvvür verir. Bu baxımdan, bu səfərləri yüksək qiymətləndirir və dəyərləndirirəm. Bu, çox təqdirəlayiq bir təşəbbüsdür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin bu proseslərdə aktiv iştirakı, səfərlərin təşkili ilə bağlı göstərdiyi əmək tərəfimizdən yüksək dəyərləndirilir. Bu cür səfərlərin davamı olacaq".

Millət vəkili qeyd edib ki, bu səfərlər vasitəsilə biz Qarabağımızın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı əyani şəkildə bilgilər əldə edirik, müşahidələr aparırıq, təkliflərimizi veririk və bu təkliflər də, real imkanlar nəzərə alınaraq, müəyyən qədər dəyərləndirilir:

"Eyni zamanda bu səfərlər siyasi partiyalar arasında münasibətlərin normal məcrada inkişafına da şərait yaradır.

Bu, barış mühitinin formalaşması və davamlı olaraq qorunmasına da öz töhfəsini verir ki, bu da olduqca vacib məsələdir.Bildirim ki, hər səfərdən sonra təəssüratlarımız daha da artır. Qarabağda yeni infrastrukturun qurulması, insanların ora qayıtması, məşğulluğun təmin olunması və 30 il işğal altında qalan torpaqlarımızda həyatın yenidən başlaması bizi hər dəfə qürurlandırır.      

Dünənki səfərimiz zamanı Cəbrayıl şəhərində olduq. Artıq bir qrup insanın geri qayıtdığını, yeni tikilmiş binalarda məskunlaşdığını gördük. Onların məşğulluq məsələlərinin həlli istiqamətində atılan addımları yerində müşahidə etdik.

Zəngilanda yeni salınmış kəndlərə baş çəkdik, yeni tikilmiş məktəb kompleksi ilə, məscidlə tanış olduq. Xatırladım ki, Zəngilanda vaxtı ilə mövcud olan məscid ermənilər tərəfindən təkcə dağıdılmayıb, eyni zamanda orada donuz saxlanılıb və bu, açıq-aşkar təhqir və barbarlıq idi. Həmin dağıdılmış məscidi də ziyarət etdik, şəhidlərimizin ruhuna dualar oxundu.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Çünki bu gün bu yerləri görə bilmək imkanını bizə onlar qazandırıblar. Qürurumuzun təməlində onların fədakarlığı dayanır.

Zəngilan ərazisində yaradılan sənaye parkı ilə də tanış olduq. Burada sahibkarlıq subyektləri artıq fəaliyyətə başlayıb və yaxın gələcəkdə yeni rezidentlərin də prosesə qoşulması gözlənilir.

Bütün bu görülən işlər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə xidmət edir. Bərpa olunan torpaqlarımıza insanların qayıdışı, həyatın yenidən canlanması hər birimizi dərindən sevindirir və fərəhləndirir".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Açar sözlər: Siyasi partiyalar Cəbrayıl Zəngilan Arzuxan Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri