Icma.az
close
up
RU
Siyasi dialoqun dəyəri

Siyasi dialoqun dəyəri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmi bir neçə gün öncə, daha dəqiq, martın 6-da  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Xankəndi, Əsgəran və Xocalıya birgə səfəri baş tutdu. Bu növbəti səfər idi, xatırladaq ki, siyasi partiya sədrlərinin bundan öncəki birgə səfərləri Ağdam, Şuşa və Zəngilana təşkil olunmuşdur. Ənənəvi media ilə yanaşı, internet televiziya kanallarının sözügedən səfərə kifayət qədər böyük diqqət ayırması isə sevindirici və diqqət çəkən məqamlardan idi.

24 siyasi partiyanın təmsilçiliyi ilə baş tutan səfərlə bağlı dövlət televiziya kanallarında, habelə sosial mediada maraqlı müsahibələrə də rast gəlmək olurdu. Partiya sədrləri ilə belə müsahibələrin təşkili heç şübhəsiz ki, ilk növbədə sağlam siyasi dialoqun mövcudluğundan xəbər verir. Bu obyektiv hal eyni zamanda onun təzahürüdür ki, cəmiyyətimiz həmrəylik, birlik və dialoqla bağlı olan bütün təşəbbüs və tendensiyalara qucaq açır. Dünya ölkələrinin tarixi sübut edir ki, həmrəylik potensialı yüksək olan cəmiyyətlər mütləq olaraq inkişaf edirlər.

Siyasi partiya sədrlərinin demək olar ki, hamısının müsahibələrində bilavasitə bu  “kövrək”, sevindirici və ilhamverici fikrə toxunulurdu: “Xocalıda məktəbin məhəlləsində futbol oynayan şagirdləri görəndə inanılmaz sevinc hissləri yaşadım, gözlərim doldu və yaşadığım müsbət emosiyaları saxlamaq belə istəmədim”. Əslində siyasi partiya liderlərinin timsalında yaşanan bu gözəl hisslər Azərbaycan xalqının mənəvi ruhu və qüdrətidir. Bu sözlər ədəbiyyat və yaradıcı sənət adamları tərəfindən deyilməmişdi, bu fikirləri səsləndirən siyasilər, siyasi partiya sədrləridir. Demək ki, bizi birləşdirən və bizi bir edən əsas amil dövlət və Vətənə olan sevgidir. Burada biz mütləq olaraq Prezident İlham Əliyevin növbəti sözlərini yada salmalıyıq: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır.” Yuxarıda qeyd olunanlar fonunda dövlət başçısının bu fikirlərinin şərhinə ehtiyac yoxdur.

Birmənalı olaraq deyə bilərik ki, möhtəşəm tarixə şahidlik edirik. Azərbaycan xalqı Qarabağa həyatı qaytarır, Qarabağda yenə də uşaqların sevinc dolu səsləri eşidilir. Bu möhtəşəmdir, bu hisslər unudulmazdır. Bütün bunlar Vətən naminə həmrəy ola bilməyimizin gücünü xatırladır. Bəli, siyasi partiya sədrləri tərəfindən yuxarıda qeyd etdiyimiz bu hissləri yaşadan bizim böyük tarixi Qələbəmizdir, ancaq siyasi mənsubiyyətindən asılı olmayaraq yaşadıqları gözəl hissləri açıq şəkildə dilə gətirmə imkanı yaradan məhz ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitidir. Budur siyasi dialoqun dəyər təzahürlərindən biri.

Ona görə də cəmiyyətin inkişafında maraqlı olan bütün siyasi partiyalar və demokratik qüvvələr sağlam dialoqu fəal şəkildə dəstəkləyir. Çünki dialoq pozitiv məzmunlu və birləşdirici sosial-siyasi və mədəni təzahürdür. Bəli, biz xalq, dövlət və cəmiyyət olaraq ən böyük mübarizəmizdə artıq qalib gəlmişik, Qarabağa həyatı qaytarmışıq, ancaq dövlət və cəmiyyətin dayanıqlı inkişafını təmin etmək naminə birliyimizi bundan sonra da qorumağı bacarmalıyıq. Və nəhayət, gözəl haldır ki, bu birliyi qorumaq naminə bizim siyasi partiyalarımız da yaşanan siyasi dialoqun ayrılmaz parçasıdır. Özünü bu yaradıcı prosesdə görməyənləri isə xalq haqlı olaraq radikal və xain qüvvələr adlandırır.

Asif Adil,

Politoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri