Icma.az
close
up
RU
Siyasi dialoqun gündəmi Ağdamda...

Siyasi dialoqun gündəmi Ağdamda...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasi partiya rəhbərlərinin iyulun 10-da sürət  qatarı ilə Ağdama səfəri siyasi dialoq prosesində yeni, olduqca mühüm bir mərhələ kimi yaddaşlara həkk olundu. Ağdama çəkilən qatar yolunun fəaliyyəti, ərazidə aparılan quruculuq işləri ilə yaxından tanışlıq siyasi münasibətlərdə səmimi mühitin formalaşdırdığını göstərən növbəti amil kimi  ortaya çıxır. Bunu, səfərlə bağlı qəzetimizə öz fikirlərini bölüşən partiya sədrləri də təsdiqləyib.

Arzuxan Əlizadə: Görülən işlərin miqyası heyrətamiz və qürurvericidir

Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, bu səfərlər siyasi partiyalar arasında siyasi dialoq mühitini daha da inkişaf etdirir. O vurğulayıb ki, ötən dövr ərzində ölkənin siyasi palitrasında çox ciddi dəyişikliklər baş verib. Prezident İlham Əliyevin vacib bir şərt kimi ortaya qoyduğu yeni siyasi münasibətlər sisteminin formalaşması prosesi çox uğurla davam edir. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Ağdam səfəri mühüm əhəmiyyət daşıyır: “Siyasi partiya rəhbərləri və KİV nümayəndələri ilə Ağdama bu dəfə Azərbaycan Dəmir Yollarına məxsus xüsusi sürət qatarı ilə səfər etdik. Bu, olduqca qürurverici bir hiss idi. İşğaldan azad edilən dövrdə Ağdam şəhərindəki dağıntılar həqiqətən də çox böyükmiqyaslı idi. Bu gün həmin tar-mar edilmiş, dağıdılmış Ağdamın yerinə yeni, müasir, olduqca mühüm infrastruktura malik bir Ağdam gördük”.

Partiya sədri bildirib ki, Ağdama birinci səfərdən (17.03.2021) ötən 4 il ərzində görülən işlərin miqyası həqiqətən heyrətamiz və qürurvericidir: “Qardaş Qırğızıstanın hədiyyə olaraq inşa etdiyi Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, daxili imkanlarla qurulan müasir uşaq bağçası, Muğam Mərkəzi, iş adamlarımızın investisiya yatırdıqları və istehsal edilən məhsulları artıq xaricə ixrac edilən Ağdam sənaye parkı, hotellər, yaşayış binaları, yeni görkəm alan Xıdırlı kəndi, müasir tələblərə uyğun yollar, reallaşan infrastruktur layihələri, Avtomobil və Dəmiryolu Vağzalı kompleksi, bərpa edilən Ağdam məscidi, saymaqla bitməyən daha geniş infrastruk Qarabağımız yenidən qurulduğunu əyani şəkildə ortaya qoyur. Bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və hər kəsə sonsuz minnətdarlıq hissi ilə Allahdan Şəhidlərimizə rəhmət diləyirik. Səfərin təşkilinə görə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinə və şöbənin rəhbəri Ədalət Vəliyevə minnətdarlıq edirəm. Eyni zamanda, içdən gələn şövqlə görülən işləri bizlərə təqdim edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, bizlər siyasi həmrəyliyimizi möhkəmləndirməklə bütün problemləri həll edə bilərik. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”, - deyə  A.Əlizadə deyib.

Razi Nurullayev: Birgə səfərlər milli birliyin, siyasi dialoqun güclənməsinə böyük təsir göstərir

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də qeyd edib ki, Ağdam səfəri zamanı qarşıdakı dövrdə siyasi həmrəyliyin daha da gücləndirməli, birliyi daha da möhkəmləndirmənin vacibliyinin əyani şahidi olub. O qeyd edib ki, problemlərimizin həlli üçün bu vacib şərtdir - hər birimiz dövlətimizə dəstək olmalıyıq, onun yanında olmalıyıq: “Siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində mühüm adımlar atılır. Bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq”.

Partiya sədri ötən 4 il ərzində Ağdamda baş verən dəyişiklikləri heyrətamiz adlandırıb. Onrun sözlərinə görə, Ağdama səfərin məhz sürət qatarı ilə edilməsi də olduqca vacib bir məqamdır: “Bu bir daha onu göstərir ki, işğaldan azad edilən ərazilərimizdə görülən işlər ən müasir texnologiyalara əsaslanır. Ağdamda tikilən binalar, Muğam Mərkəzi və digər vacib obyektlərin hər bir gözəlliyi ilə seçilir. Qardaş ölkə olan Qırğızıstanın hədiyyə olaraq inşa etdiyi Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi isə həm də Türk birliyinin simvoludur. Səfərin reallaşmasında zəhməti olan hər kəsə minnətdarlıq edirəm. Belə ziyarətlər və birgə səfərlər milli birliyin, siyasi dialoqun güclənməsinə böyük təsir göstərir”.

Musa Ağayev: Ağdama səfər mühüm əhəmiyyət daşıyır

Yeni Zaman Partiyasının sədri Musa Ağayev də Ağdama edilən bu səfəri yüksək dəyərləndirib. O bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Ağdama səfəri mühüm əhəmiyyət daşıyır”.

Partiya sədri Ağdamda görülən işlər haqqında da danışıb. O bildirib ki, Ağdam hələ Birinci Qarabağ Müharibəsi dövründə qəhrəmanlığı ilə şöhrət qazanmışdı: “Ağdam Birinci Qarabağ müharibəsində ən çox itki verən rayonlarımızdandır. Ermənilər bu şəhəri sözün əsl mənasında dağıtmışdı. Təsadüfi deyildi ki, müharibədən sonrakı dövrdə Ağdam haqqında danışılanda bu şəhəri “Qafqazın Xirosiması” adlandırırdılar. Amma bu gün gördüklərimiz tam fərqli bir Ağdam obrazı formalaşdırdı. Azərbaycan dövləti bu gözəl və qədim şəhərin bərpası və abadlaşdırılması istiqamətində vacib addımlar atıb və atmaqda da davam edir. Səfərin təşkilinə görə Prezident Administrasiyasının müvafiq strukturlarına təşəkkür edirəm. Bu kimi səfərlər ölkədə milli birilyin güclənməsinə xüsusi töhfələr verir”.

Ağasif Şakiroğlu: Bu siyasi birlik quruculuq, abadlıq işlərinə də mühüm müsbət təsir göstərir

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da bu səfərin ölkəmizdəki siyasi həmrəyliyi, birliyi özündə təcəssüm etdirdiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə iqtidarla müxalifət arasında fəal dialoq mühiti mövcuddur. Bu, dövlətimizin inkişafına da öz töhfəsini verir: “Xatırlayırıqsa, 2020-ci ilin sentyabrın 27-də, əks-hücum əməliyyatları başlayan günü siyasi partiyalar birlik, həmrəylik bəyanatı imzaladılar. Hətta o dövrdə bəzi beynəlxalq dairələr bundan narahatlıq keçirirdi. Onlar təsəvvür edə bilmirdilər ki, Azərbaycan cəmiyyəti bir yumruğa çevrilib vahid mövqedən çıxış edər. Amma xalqımız, siyasi təşkilatlarımız yekdil şəkildə Prezidentimizin ətrafında birləşdi. Post müharibə dövründə də bu birliyin davam etdirilməsi zəruridir. Bu siyasi birlik quruculuq, abadlıq işlərinə də mühüm müsbət təsir göstərir”. 

Partiya sədri bildirib ki, Ağdam siyasi dialoqun növbəti ünvanı kimi də olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, rayon işğaldan əvvəl də Qarabağın iqtisadi və mədəni mərkəzi idi. Görülən işlər bir daha təsdiq edir ki, Ağdam gələcəkdə də Azərbaycanın ən böyük iqtisadi mərkəzlərindən birinə çevriləcək. “Bu istiqamətdə mükəmməl işlər görülür. Orada aparılan tikintilərin və qurulan yaşayış komplekslərinin miqyası böyükdür. Biz ilk dəfə Ağdama gedəndə üstü örtülü qalan bina yalnız Cümə Məscidi idi. İndi isə neçə-neçə gözəl binalar var. Bu böyük işlərə görə cənab Prezidentimizə və hörmətli Birinci vitse-prezidentimizə dərin minnətdarlığımı ifadə edirəm”, - deyə A.Şakiroğlu əlavə edib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri