Icma.az
close
up
RU
Siyasi işbazlara COP29da yer yoxdur

Siyasi işbazlara COP29da yer yoxdur

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Almaniya parlamentinin (Bundestaq) Sosial-Demokrat Partiyasından olan üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sosial-demokratlar qrupunun və Almaniyanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Frank Şvabenin və eləcə də Bundestaqın bir sıra digər deputatlarının rəsmi Bakı tərəfindən COP29-a buraxılmaması tamamilə normaldır. Azərbaycanın buna tam haqqı çatır. Çünki istər Şvabe, istərsə də onun AŞPA-dakı bəzi deputat həmkarları davamlı olaraq Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməklə özlərini bizim ölkəmiz üçün “arzuolunmaz şəxs”ə çeviriblər.
Öz siyasi karyerasını qatı anti-Azərbaycan fəaliyyəti üzərində quran və "insan hüquqları", "siyasi məhbus" məsələlərini siyasi manipulyasiya və şantaj vasitəsinə çevirən Şvabe kimi "demokratiya" tacirini COP29-a buraxmaq məntiqsizlik olardı. Rəsmi Bakının Frank Şvabeni və həmkarlarını COP29-a buraxmaması düzgün addımdır. Siyasi dəllallıqla məşğul olan və anti-Azərbaycan qüvvələrin, o cümlədən erməni lobbisinin sifarişi ilə hərəkət edən bu təxribatçılar Azərbaycanın ev sahibliyi etdiyi qlobal iqlim sammitinə buraxılsaydılar, onlar fürsətdən istifadə edib bu sammiti də siyasiləşdirməyə çalışacaqdılar.
Azərbaycanın ünvanına yalnız neqativ fikirlər və əsassız ittihamlar səsləndirməyə vərdiş etmiş Frank Şvabe və onun kimi digər “demokratiya” carçılarının COP29-a buraxılmadıqlarına görə şivən qoparmaları və Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları ilə bağlı "dəhşətli" vəziyyət və COP29-la bağlı müzakirə təşkil etmələri Bakının qərarının haqlı olduğunu göstərir. Şvabenin sözügedən debatda Azərbaycanın əleyhinə isterik çıxış etməsi onu göstərir ki, BMT-nin mötəbər iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsi bir çox bədxahlarımız kimi F.Şvabeni də ciddi şəkildə məyus edib.
Şvabenin anti-Azərbaycan isterikası yersiz və mənasızdır. Azərbaycan öz strateji xəttini bundan sonra da davam etdirəcək. Bakı isə artıq altı gündür ki, dünyanın əsas iqlim mərkəzinə çevrilib. 100-ə qədər dövlət və hökumət başçısının, çoxsaylı əcnəbi ekoaktivistlərin, görkəmli ictimai xadimlərin, 3 mindən çox xarici jurnalistin iştirak etdiyi COP29-da aparılan səmərəli müzakirələr və qəbul edilən mühüm qərarlar Azərbaycanın qlobal iqlim böhranı ilə mübarizəyə böyük töhfə verdiyini göstərir. Prezident İlham Əliyevin populyar ifadəsi ilə desək, indi dünya Bakıda toplaşıb. Dünya birliyi Azərbaycanla həmrəydir. Şvabe kimi təxribatçılara, siyasi işbazlara isə COP29-da yer yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri