Icma.az
close
up
RU

Trendyol COP29da

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Trendyol şirkəti 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olur.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə ‘’Trendyol’’un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.

“Trendyol”’un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq

Trendyol COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. ‘’Trendyol’’un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. Trendyol bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır.

2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti Trendyol Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarə edilməsini optimallaşdıraraq, tullantıların 96,7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-ni sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.

Trendyol əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.

Erdem İnan: ‘’Dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq’’

“Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində biz dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq. Gələcək nəsillərə daha yaşana bilən dünya qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik. Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız “Birgə Transformasiya Akademiyası”nı elan etdik," - deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

‘’Trendyol’’un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib

COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan Trendyol, eyni zamanda Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatı Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldə davamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb. Dayanıqlı Gələcək Platformasının pavilyonunda, Dr. Özlem Tuğçe Keleşin moderatorluğu ilə, Trendyol Qrupun Korporativ Kommunikasiyalar Direktoru İrem Poyraz, ‘’Sustainee Consultancy’’nin qurucusu Ezgi Eğribozlu və ‘’Cabana Education and Consultancy’’nin nümayəndəsi Dr. İşıl Şahan 2023-cü il Dayanıqlılıq Hesabatını və ‘’Trendyol’’un bu sahədəki hədəflərini müzakirə edib.  “Esmiyor” platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə, İrem Poyraz və Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu Karaarslan Əzizoğlu ‘’Trendyol’’un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb. Kapital Bankın icraçı direktoru Fərid Hüseynovun və PwC şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və “Trendyol’’un Azərbaycandakı biznes partnyoru PAŞA Holdinqin pavilyonunda keçirilən “Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq” panelində İrəm Poyraz, ‘’Trendyol”-un "Birlikdə Transformasiya" yanaşmasını, rəqəmsallaşmanın dayanıqlılıqdakı təsirini və “Birgə Transformasiya Akademiyası”ndan bəhs edib.

Trendyol qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri