Siyasi karikaturalar çəkən rəssam qətlə yetilirdi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın Byala Podlyaska şəhərində rusiyalı rəssam Semyon Skrepetski silahlı hücum nəticəsində qətlə yetirilib.
Gununsesi.info-nun xəbərinə görə, hadisə barədə yerli polisə istinadən “Onet” və “Polsat News” nəşrləri məlumat yayıb.
Bildirilir ki, silahlı şəxs avtomobil dayanacağında ona yaxınlaşaraq yaxın məsafədən bir neçə dəfə atəş açıb.
Şübhəlilərdən biri Byala Podlyaskadakı Belarus konsulluğunun yaxınlığında saxlanılıb.
“DzikMedia” isə iddia edir ki, qətli törədən şəxslər hadisə yerinə Belarusdan olan taksi sürücüsü tərəfindən gətirilib.
Polşa Prokurorluğunun mətbuat xidməti qətl hadisəsinin baş verdiyini təsdiqləsə də, onun kimliyini açıqlamayıb.
Semyon Skrepetski rusiyalı rəssam Robert Kuzovkovun yaradıcılıq təxəllüsüdür. O, siyasi karikaturaları ilə tanınıb. Skrepetski Vladimir Putin, Aleksey Navalnı, Ramzan Kadırov və Aleksandr Lukaşenko da daxil olmaqla müxtəlif siyasi fiqurların karikaturalarını çəkib.
Rəssam 2021-ci ildə Rusiyanı tərk edərək Polşaya mühacirət edib.
İyunun 12-də, Rusiya Günündə Skrepetski etiraz aksiyası keçirib. O, aksiyaya ayağında ənənəvi rus çarıqları, şalvarına bağlanmış Rusiya bayrağı və Stalinlə Putinin ikonaya bənzər üslubda təsvir edildiyi tablo ilə çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 İyun 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















