Icma.az
close
up
RU
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam Jak Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam Jak Lui David kimdir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün məşhur fransız rəssam Jak-Lui Davidin doğum günüdür.

Kulis.az boyakarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Fransız neoklassik rəssam Jak-Lui David 1748-ci ildə Parisdə anadan olub. O, doqquz yaşında olarkən atası duel zamanı həlak olub, bundan sonra memar və podratçı olan əmiləri tərəfindən böyüdülüb. Çox erkən yaşlarından rəssamlığa maraq göstərib. Quatre-Nations məktəbində oxuduğu dövrdə Müqəddəs Luka Akademiyasına da davam edib. Rəssamlığa yönəlib və Buşe ilə görüşüb. Buşe isə onu bəzəkli və süni rəssamlıq anlayışına qarşı çıxan Vienin emalatxanasına göndərib. 1766-cı ildə Kral Rəssamlıq Akademiyasında təhsil alıb.

774-cü ildə Roma Mükafatını qazanıb və müəllimi ilə birlikdə İtaliyaya gedib. Elə həmin il Milli Ali Gözəl Sənətlər Məktəbində saxlanılan “Antioxos və Stratonike” adlı əsərini yaradıb. Qədim Roma sənətinə böyük maraq göstərib.

Yeni klassisizm cərəyanının nəzəriyyəçilərinin təsiri altında qalıb. Bolonyada Guido Reniyə, Parmada Korreccoya, Romada isə Mikelanceloya duyduğu heyranlığın izləri “Vəbalılara yardım edən Müqəddəs Rokko” adlı tablosunda aydın görünür. Daha sonra, 1781-ci ildə Parisdə “Belisariyin bir əsgər tərəfindən tanınması” əsərini yaradıb. Bu tablo onun barışmaz klassisizmini ortaya qoyan ilk əsər hesab olunur.

1784-cü ildə Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına üzv qəbul edilib. Onun ətrafında Drua, Fabr, Qro kimi rəssamlar toplanıb. Kralın baş podratçısının qızı Pekul ilə evlənib.

“Andromaxanın iztirabı” əsəri ilə yeni məktəbin əsas prinsiplərini ortaya qoyub. Bu məktəbin inqilabi anlayışı əvvəlki nəsil rəssamların əsərlərinin məhv edilməsinə qədər gedib çıxırdı. Son müqavimətləri də qırmaq üçün bəyannamə yazmağı düşünən David yenidən Romaya gedib və orada “Horasilərin andı” adlı məşhur tablosunu yaradıb.

Qəsdən yaradılmış soyuqluğun izlərini daşıyan bu möhtəşəm kompozisiyalarla yanaşı, çoxlu portretlər də çəkib. Bu portretlərdə modellərin xarakterini əks etdirən realist yanaşma nəzərə çarpır: “Kont Pototski” (1781), “Doktor A. Lerua” (1783, Monpelye Muzeyi), “Cənab və xanım Pekul” (1784, Luvr), “Orvilye markizası” (1790).

Jak-Lui David qədim dövrlərdən ilham alaraq yaratdığı əsərlərdə həmin dövrlərin dekorasiyasını mümkün qədər gerçəyə yaxın canlandırmağa çalışıb. 1787-ci il sərgisində aşağıdakı tabloları ilə iştirak edib: “Sokratın zəhər içməsi”, “Paris və Yelenanın məhəbbəti” (1788, Luvr), “Brutun evinə dönüşü” (1789).

David siyasətə də qoşulub. Akademiyanın bağlanması və kralın edam edilməsi lehinə səs verib. Konventin və Yakobinlər klubunun üzvü olub. Gözəl Sənətlər üzrə Baş Direktor vəzifəsinə təyin edilib. Dirçəliş, Ali Varlıq və Qardaşlıq adlı bayram mərasimlərinə rəhbərlik edib.

“Maratın ölümü” (1793, Brüssel Muzeyi) adlı tablosunu yaratdıqdan sonra bu inqilabçının dəfn mərasimini təşkil edib.

Qısa müddət sonra gilyotinlə edam edilən Madam Şalqrenin portretini çəkib.(Luvr). Təsis Məclisi Davidə “Jeu de Paume andı” adlı iri həcmli kompozisiyanı sifariş edib. Lakin kompozisiyada yer almalı olan şəxslərin çoxu şübhəli şəxs elan edildiyindən əsər yarımçıq qalıb.

İnqilabçı Robespyerin dostu olduğu üçün onun süqutundan sonra əvvəlcə Ferm malikanəsində, daha sonra isə Lüksemburq sarayında həbs edilib. Burada pəncərəsindən görünən mənzərəni əks etdirən “Lüksemburq bağçasından görünüş” adlı tablosunu çəkib. (1794, Luvr).

Həbsdə olduğu müddətdə “Sabin qadınları” və “Şeir oxuyan Homer” əsərlərinin eskizlərini hazırlayıb. Termidor hadisələri Avinyon Muzeyində saxlanılan “Jozef Bara” adlı zərif gənc fiqurunu əks etdirən tablonun tamamlanmasına mane olub. Azad edildikdən sonra yenidən portretlər çəkməyə başlayıb. Onu Saint-Ouendəki evində qonaq edən qayını və baldızının — Seriziya ailəsinin (Luvr) portretləri bu dövrün mühüm əsərlərindəndir. Bir müddət sonra yenidən həbs edilən David 1795-ci ilin avqustunda tamamilə əfv edilib.

Jak-Lui David Fransa İnstitutunun üzvü seçilib, qalib sərkərdə Bonapartın Direktoriyadakı qəbul mərasiminə qatılıb. Az sonra general Bonapart Davidin emalatxanasına gələrək portreti üçün poza verib. Dövlət Şurası və Senat üzvlüyünü qəbul etməyən David yenidən iri kompozisiyalar üzərində işləməyə başlayıb. “Sabin qadınları” əsərində parçalanmış fransız xalqına dözümlülük dərsi vermək istəyib.

Yeni qurulan İmperiya Davidi yenidən dövlətin rəsmi rəssamı kimi qəbul edib. Hərəkətli və coşqun üslubda çəkilmiş “Napoleonun at belində portreti” (“Napoleon Sen-Bernar aşırımında”) və bir çox ölməz portretlər yaradıb: Madam de Verninak (Ejen Delakruanın bacısı), Madam Rekamye (1800, Luvr), inqilabçı Jerar və ailəsi (Man Muzeyi).

Papa VII Piy və Napoleon Davidə dörd böyük kompozisiya sifariş edib: “Tacqoyma mərasimi”, “Qartal nişanının paylanması” (1810, Versal Muzeyi), “İmperatorun Papalıq taxtına çıxması” və “Bələdiyyə sarayına gəlişi” (Luvrda bir eskiz). Bu sifarişlərin yalnız ikisini həyata keçirə bilib. 1814-cü ildə David 14 il üzərində işlədiyi “Leonid Termopil döyüşündə” adlı iri tablosunu emalatxanasında nümayiş etdirib.

Davidin sənəti neoklassisizm cərəyanının ən mühüm nümayəndələrindən biri kimi qəbul edilir. XVIII əsrin sonlarında rokokonun bəzəkli və nümayişkaranə üslubuna reaksiya olaraq meydana çıxan neoklassisizm antik sənətin intizamlı quruluşunu və sadə üslubunu əsas götürüb. David sənəti əxlaqi və siyasi bir vasitə kimi görən rəssam idi.

Əsərlərində güclü kompozisiyalar, aydın konturlar və dramatik vurğular vasitəsilə tamaşaçını tarixi hadisələr üzərində düşünməyə sövq edib. O, təkcə rəssam deyil, eyni zamanda siyasi və ictimai bir fiqur idi. Buna görə də əsərlərində tez-tez əxlaqi dəyərlər, qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik mövzularını işləyib.

Davidin əsərləri Roma heykəltəraşlarının monumental duruşlarını, yunan mifologiyasındakı idealizə edilmiş fiqurları və Renessans perspektiv anlayışını özündə birləşdirir. Sadə və kəskin xətlər, aydın kompozisiya və möhkəm anatomik quruluş onun yaradıcılığında tez-tez rast gəlinir.

Davidin rəsmləri teatr səhnəsi kimi qurulub. Fiqarlar dramatik işıq–kölgə təsiri ilə ön plana çıxarılır və hadisənin ən böhranlı anı tamaşaçıya təqdim olunur. Bu xüsusiyyət onun sənətini təkcə estetik deyil, eyni zamanda didaktik bir vasitəyə çevirir.

Fransız inqilabı dövründə yaratdığı əsərlər xalqı inqilabi ideologiyaya yönəltmək üçün hazırlanmış vizual manifestlərdir. Məsələn, “Maratın ölümü” əsəri inqilabçı lider Jan-Pol Maratın ölümünü müqəddəs bir səhnə kimi təqdim edir.

Sənətini siyasi təbliğat vasitəsi kimi istifadə etməsi onu dövrünün ən təsirli rəssamlarından birinə çevirib.

Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı... Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Avqust 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri