Icma.az
close
up
RU
Siyasi kursun uğurlu nəticələri AÇIQLAMA

Siyasi kursun uğurlu nəticələri AÇIQLAMA

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın Avropa İttifaqı məkanında da çoxlu sayda strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələr var. Belə ölkələrdən biri də Baltikyanı regionun önəmli dövlətlərindən olan Latviyadır. Bu günlərdə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfərə gəlməsi və səfər çərçivəsində önəmli müzakirələrin aparılması, müxtəlif sənədlərin imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ötən dövrdə iki ölkə arasında müxtəlif istiqamətlərdə yaxşı əlaqələr qurulub. Azərbaycan-Latviya münasibətlərində diqqətçəkən ən mühüm məqamlardan biri ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin inkişafına hər iki tərəfdən güclü siyasi iradə nümayiş etdirlir. Eyni zamanda, ölkələrimizin cəmiyyətlərində də bir-birinə dərin rəğbət hissi var. Bu da ilk növbədə tarixlə bağlıdır. Azərbaycanla Latviya uzun illər ərzində keçmiş sovetlər ittifaqının tərkibində olub və eyni siyasi sitemdən keçib. Həmin dövrdə respublikalarımız arasında əlaqələr yaranıb, sərbəst gediş-gəliş olub, cəmiyyətlərimiz bir-birini tanımaq imkanı qazanıb.

Hazırda isə Azərbaycanla Latviya arasında siyasi dialoq yüksək dinamikaya malik olması ilə fərqlənir. Latviya Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə, dost ölkənin respublikamızda səfirliyi isə 2006-cı ildə açılıb. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsində dövlət başçılarının və digər yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan və Latviyanın dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin tarixdə Ulu Öndər Heydər Əliyev ilə Latviya Prezidenti Quntis Ulmanis arasında görüş keçirilib. 10 sentyabr 1999-cu ildə Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı Ulu Öndər Heydər Əliyev Latviyanın Prezidenti V.Vike-Frayberqa ilə görüşüb.

Sonrakı mərhələdə Prezident İlham Əliyev Latviya ilə əlaqələrin inkişafına xüsusi önəm verib və dövlətimizin başçısının bu ölkəyə bir neçə dəfə uğurlu səfəri baş tutub. Prezident İlham Əliyev 3-5 oktyabr 2006-cı il tarixində Latviyada dövlət səfərində olub. Bundan sonra dövlətimizin başçısının 17-18 yanvar 2017-ci il və 16-18 iyul 2017-ci il tarixlərində olmaqla iki dəfə səfəri baş tutub. Prezident İlham Əliyevin həmin ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Eyni zamanda, Latviyanın dövlət başçıları da müntəzəm qaydada respublikamıza səfərə gəliblər. Dost ölkənin dövlət başçısının Azərbaycana bundan əvvəlki səfəri 8-9 mart 2023-cü il tarixinə təsadüf edib.

Millət vəkilinin sözlərinə görə, budəfəki səfər zamanı liderlər önəmli bəyanatlar veriblər. Prezident İlham Əliyevin dediyi kimi, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq. “Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”,-deyə cənab Prezident vurğulayıb. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında da məlumat verib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən Latviya Prezidenti isə bildirib ki, Bakıda keçirilən biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.

“Beləliklə, Azərbaycan Latviya, Latviya isə Azərbaycan üçün çox önəmli ölkələrdir. İki dövlətin nümunəvi əməkdaşlığı Xəzər və Baltik dənizlərinin əhatə etdiyi geniş coğrafiyada keyfiyyətcə yeni reallıqlar formalaşdıra bilər. Eyni zamanda, hər iki dövlət çoxistiqamətli əlaqələrin daha dinamik inkişafını təmin etmək məqsədilə hüquqi bazanın möhkəmləndirilməsini diqqət mərkəzində saxlayır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər. Səfər çərçivəsində həmçinin dövlət başçılarının iştirakı ilə imzalanan daha 5 sənəd mübadilə edilib. Bütün bunlar ölkələrimiz arasında genişlənən münasibətlərin göstəricisidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri