Icma.az
close
up
RU
Azərbaycanda iki siyasi birləşə bilər AÇIQLAMA

Azərbaycanda iki siyasi birləşə bilər AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabiq deputat İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyası daxilində qalmaqal böyüməyə davam edir.

Partiya daxilində gərginlik ictimaiyyətdə yaxın zamanlarda bu partiyanın özünü buraxacağı və Azərbaycan Demokratiya Partiyasl (ADP) ilə birləşəcəyi fikirlərini də yaradıb. Onu da qeyd edək ki, bu partiyalar 1996-2000-cı illərdə birlikdə fəaliyyət göstəriblər.

Məsələ ilə bağlı Modern.az Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbəri Sərdar Cəlaloğlu ilə həmsöhbət olub.

O qeyd edib ki, İlyas İsmayılov vəfat etdikdən sonra Ədalət Partiyasında fikir ayrılıqlarının meydana çıxması təbiidir. Ədalət Partiyasının böyük əksəriyyəti, xüsusilə rəhbərlikdə olan şəxslərin bir çoxu vaxtı ilə Azərbaycan Demokrat Partiyasının üzvü olub, həmçinin vaxtı ilə bu iki partiya birləşib. Sonradan isə öz istəkləri ilə yenidən müstəqil partiya olmaq qərarına gəldilər. Bu gün isə elə bir situasiya var ki, Ədalət Partiyası yenidən Azərbaycan Demokratiya Partiyası ilə birləşə bilər: 

"Belə bir təklif aldığımız təqdirdə böyük məmnuniyyətlə partiyada bunu müzakirə edib müsbət qərar qəbul edəcəyimizi düşünürəm. Şəxsən mən düşünürəm ki, böyük məmnuniyyətlə biz Ədalət Partiyası ilə birləşə bilərik. Çünki bu partiyanın üzvləri həm idealoji cəhətdən, həm də siyasi təcrübə baxımdan ADP-yə çox yaxındır. Çox təəssüf ki, İlyas müəllimin sağlığında biz bu məsələni müzakirə edə bilmədik. Birdən-birə onun da vəziyyətinin ağırlaşması siyasi vəsiyyətini etməməsi ilə nəticələndi. Hər halda Ədalət Partiyasının üzvləri milli mənafeylərimizə uyğun qərar qəbul edəcəklərini düşünürəm" .

S. Cəlaloğlu onu da qeyd edib ki, bütün partiyaların daxilində müəyyən anlaşılmazlıq və mübahisələr olur, amma bu mübahisələr partiyanın əsasnaməsinə və “Siyasi partiyalar haqqında” Qanuna, Konstitusiya və digər qanunlara uyğun həll edilməlidir. Bu cür mübahisələrin küçə münaqişələri kimi keçirilməsinə, qanundan kənar hadisələrin baş verməsinə yol vermək olmaz. Fikir ayrılığı, plüralizm demokratiyanın əsasıdır, partiya daxilində fikir ayrılıqlarını alqışlamaq lazımdır, amma partiyanın nizamnaməsinə və qanunlara əməl edilməlidir. Əks halda heç kim istəyinə nail olmayacaq.  

"Hesab edirəm ki, Azərbaycanda bu qədər çox partiyanın olmasına da ehtiyyac yoxdur. Amma indiki halda bizə heç bir müraciət olunmayıb və Ədalət Partiyasının daxilində gedən prosesləri bu və ya digər şəkilədə müdaxilə etmək fikrimiz yoxdur. Sadəcə kənardan müşahidə edirik. Hazırda sədrlik uğurunda mübarizə aparan şəxslər də vaxtı ikən bizim partiyamızın üzvü olublar. Onlardan biri partiyanın mətbuat katibi, digəri isə təşkilat məsələləri üzrə müavin olub. O adamların hamısını şəxsən tanıyıram görünür həmin partiyada keçmiş ADP üzvlərinin olması və rəhbərlikdə olanların da keçmişdə bizim partiyanın üzvü olması cəmiyyətdə belə bir fikir yaradıb"- sonda o qeyd edib.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri