Icma.az
close
up
RU
Siyasi lider obrazı dövlətin rəmzi kimi

Siyasi lider obrazı dövlətin rəmzi kimi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixin hər bir dövrü liderlik etməyi bacaran şəxsiyyətlərə ehtiyac duyur. Parlaq zəkası, cəsarəti, sədaqəti ilə cəmiyyətin inam və güvənc yerinə çevrilən liderlər həmişə insanları vahid ideya ətrafında birləşdirərək ən çətin anlarda belə onları ümidsizliyə qapılmağa qoymayıb, mübarizəyə ruhlandırıblar. Bu gün öz ərazi bütövlüyünü bərpa edərək yeni intibah dövrünü yaşayan, dünya miqyasında söz sahibinə çevrilən müstəqil Azərbaycanın həmin əvəzolunmaz şəxsiyyəti öz siyasi fəaliyyəti ilə xalqımızın Ümummilli lideri adını qazanmış Heydər Əliyevdir.

Heydər Əliyevin möhtəşəm obrazı zaman-zaman şairlərimizin, alimlərimizin, nasirlərimizin əsərlərində parlaq şəkildə təsvir olunur. Artıq uzun illərdir ki, Heydər Əliyev haqqında saysız-hesabsız şeirlər, poemalar, bədii-publisistik yazılar, elmi-tədqiqat əsərləri yazılıb. Yüzlərlə rəsmlər, portretlər çəkilib, filmlər lentə alınıb. Lakin ona olan ümumxalq məhəbbəti nəinki bitir, daha da genişlənir, yeni müəlliflərin diqqətini cəlb edir. Bir vaxtlar “Nə qədər ki, Azərbaycan var, mən də varam” deyən Heydər Əliyev ən böyük abidəsini dövlətimizin parlaq gələcəyi naminə gördüyü işlərlə insanların qəlbində ucaldıb. Hər il olduğu kimi, bu il də may ayında Ulu öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar həm yerli, həm də xarici mətbuatda yüzlərlə məqalə dərc olundu, sənədli filmlər nümayiş etdirildi.

Həmin məqalələrdə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməlinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi nə qədər geniş vəsf olunsa da, yenə azmış kimi görünür. Çünki Ulu öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala - Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Biz bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə yeni şərəf səhifəsini açmış oluruq.

Bu baxımdan onun haqqında yazılanlara münasibət həm siyasi, həm də tərbiyəvi mənada maraqlıdır. Onların yazıları ilə bütöv bir siyasi şəxsiyyətin portretini yaratmaq mümkündür. Odur ki, mətbuatda yazılarla ciddi maraqlanmaq hər bir ziyalı vətəndaş üçün vacibdir. Bu nöqteyi-nəzərdən bu günlərdə “Azərbaycan” qəzetində ayrı-ayrı vaxtlarda dərc olunmuş eyni mövzuda iki məqalə diqqətimizi cəlb etdi. Onlardan birincisi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevin, ikincisi yazıçı-dramaturq Hüseynbala Mirələmovun məqalələri idi.

Professor Famil Mustafayevin böyük maraqla oxuduğumuz “Sədaqət və cəsarətin manifesti” adlı essesi (“Azərbaycan” qəzeti, 08.05.25-ci il) və  professor, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmin yazıya cavab olaraq qələmə aldığı “Xalqımıza xas ali əxlaq” (“Azərbaycan” qəzeti, 21.05.2025-ci il) adlı bədii-publisistik yazısı haqqında söhbət açılan məfhumların yalnız sözdə deyil, əməldə necə yaşandığını göstərən canlı örnəkdir. Famil müəllimin atasının öz dostunu xilas etmək naminə canından keçməsi əslində ən ali insani keyfiyyət olan fədakarlığı özündə ehtiva edir. Sədaqətlə sübuta yetirilən dostluq bu məqalədə artıq sadəcə münasibətə yox, əqidəyə çevrilir. F.Mustafayevin yazdığı kimi, “Sədaqət - sadəcə dostluq yox, həm də əqidədir. Cəsarət - sadəcə qorxmamaq deyil, gərəkli anda doğrunun yanında olmaqdır”, - deyə qeyd olunur. Bu sözlər bir insanın ailəsi ilə bağlı xatirələrində yer alsa da, əslində yaxşı mənada cəmiyyətin ruhuna toxunan ifadələrdir. Həmin olay bizə sədaqət və cəsarətin nə qədər ali bir dəyər olduğunu sanki yenidən xatırladır.

H.Mirələmov da yazısında bununla bağlı öz dəyərli mövqeyini açıqlayır: “Məqalədə məntiqi və mənəvi ardıcıllıqla Ulu öndər Heydər Əliyevin obrazına keçid edilir, sədaqət və cəsarətin dövlət səviyyəsində necə təcəssüm etdiyi gözəl tərzdə izah olunur... Sədaqətin sadəcə şəxsi münasibətlərdə yox, həm də siyasi mübarizədə, millət qarşısında götürülən məsuliyyətdə özünü necə büruzə verdiyini Heydər Əliyevin taleyində gördük. Moskvada təqiblərə baxmayaraq, millətinə olan sədaqəti bir an belə sarsılmadı. 1993-cü ildə ölkənin varlığı sual altında olduğu anda xalqının çağırışına cavab verməsi - bu, həm cəsarət idi, həm də misilsiz sədaqət!”

Ümummilli liderin keçdiyi çətin və şərəfli ömür yolunu göz önünə gətirərəkən onun nə dərəcədə xalqına sədaqətli olduğuna, heç bir halda təhlükə qarşısında qalmaqdan çəkinməyəcək dərəcədə cəsarətli olduğuna bir daha əmin oluruq. İstər onun Bakıya qayıdışı, istər Sürət Hüseynov kimilərini “sakitləşdirməsi”, istərsə də əlisilahlı müxalif dəstələrlə ölüm-dirim mücadiləsi aparması bu dahi şəxsiyyətin tariximizdə danılmaz cəsarət sahibi olmasından xəbər verir. Təkcə bir faktı qeyd edə bilərik ki, Heydər Əliyevin dərin təhlilə ehtiyacı olan bir vəziyyətdə onun Prezident Aparatı önündə çıxış üçün qərar verməsi idi. Şahidlərin dediklərinə görə, həmin saatda binada cəmi dörd nəfər qalıbmış. Əlisilahlı müxalif qüvvələrin binanı mühasirəyə alaraq oradakı insanları girov götürmək və ya məhv etmək ehtimalının olduğunu bilə-bilə sarsılmadan inam və iradə nümayiş etdirən Heydər Əliyev dövlət televiziyası vasitəsilə xalqa canlı müraciət edərək öz cəsarətli çıxışı ilə minlərlə həmvətənini meydana səslədi. Çıxışını bitirdikdən bir qədər keçmiş o binanın önünə çıxıb minlərlə insanın qarşısında yaddaqalan tarixi çıxışını etmişdi. Əminik ki, Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında fədakarlıq simvolu kimi əbədi yaşayacaq.

Bu dahi şəxsiyyətin timsalında müdrikliklə cəsarət və fədakarlıq sanki müqayisəyəgəlməz bir harmoniya yaradırdı. O, ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımları atır, taleyüklü qərarlar qəbul edirdi. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqın səsinə hər kəsdən əvvəl səs verən məhz Ümummilli lider olub. O zaman Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı. SSRİ-nin hələ süqut etmədyi bir vaxtda o dövrdə qəddarlıq nümayiş etdirən Qorbaçov rejiminə açıq şəkildə, özü də imperiyanın mərkəzində etiraz etmək sözün əsl mənasında cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, bu addımı atdı, hər şeydən əvvəl Vətən, xalq qarşısında öz vətəndaşlıq və milli mövqe missiyasını həyata keçirdi və bu yolda lazım gələrsə, canını da əsirgəməyəcəyini nümayiş etdirdi. Bəlkə də həmin tarixi bəyanat olmasaydı, xalqımız və dövlətimiz öz müstəqilliyini elan etməkdə çətinlik yaşayardı.

20 Yanvar hadisəsi tarixə faciə kimi deyil, Azərbaycan xalqının azadlıq istəyinin oyanışı kimi düşdü. Bu tarixi gün yetmiş ildən artıq sovet rejimində yaşayan bir xalqın öz suverenliyi uğrunda cəsarətinin təntənəsi oldu. Həmin gündən etibarən xalqımız yeni tarixi mərhələyə qədəm qoydu. Ölkəmizin müstəqilliyi ideyası inkişaf edərək ümummilli məqsədə çevrildi. Xalqımız öz cəsarətini, mərdliyini, torpağının hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 30 ildən sonra bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində tarixi ədalət bərpa olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. İşğal altında olan torpaqlarımız tam şəkildə azad edildi.

Famil müəllim öz məqaləsində Ümummilli liderin daxili və xarici siyasətinin nə qədər düzgün olduğundan bəhs edərək qeyd edir ki, onun öz sözünün ağası olmaq kimi xüsusiyyəti sayəsində böyük dövlətlərin rəhbərlərinin imza atdıqları taleyüklü “Əsrin müqaviləsi” bağlanmışdır. Heydər Əliyev neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə imkanlarının məhdudluğu xarici şirkətlərin və sərmayəçilərin cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici sərmayəçiləri neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin proseslərdən sonra Azərbaycanın maraqlarına cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin vacib səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu sazişin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq çox az rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi tükənməzdir.

Qədirbilən xalqımız onun Ümummilli liderimizin bizə əmanət olaraq qoyub getdiyi zəngin mənəvi, siyasi irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin tarixi dövr, yuxarıda adlarını çəkdiyimiz müəlliflərin məqalələrində gördüyümüz kimi, müstəqil Azərbaycan dövlətinin onurğa sütunudur. Bunun əsasında Ulu öndərin ortaya qoyduğu “azərbaycançılıq” ideyasıdır. Xalqımızda əsaslı əminlik var ki, bu ideya cəmiyyətimizdə insanların şüurlarında özünə yer taparaq uzunmüddətli idealogiyaya çevrilərək, xalq kütləsini öz ətrafında birləşdirəcəkdir.

Rafiq ƏLİYEV,

Rövşən AĞAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see386

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see242

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see240

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see223

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see222

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see220

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see218

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see218

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see217

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see217

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see212

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see211

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see205

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see199

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see196

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see195

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see193

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see190

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see187

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri