Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Siyasi, mənəvi və strateji baxımdan tarixi əhəmiyyət daşıyan forum

Siyasi, mənəvi və strateji baxımdan tarixi əhəmiyyət daşıyan forum

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi də həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır.
Artıq bir ənənə halını halmış və 3-cü dəfədir ki, keçirilən Şuşa Qlobal Media Forumu il keçdikcə tədbirə qatılanların sayına görə daha da böyüyür. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən bu dəfəki forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirməyi bacardı.
Yəqin hər kəs razılaşar ki, Forumda ən çox gözlənilən və maraq doğuran məqamlardan biri Prezident İlham Əliyevin çıxışı və müxtəlif ölkələrdən olan media təmsilçilərinin suallarının cavablandırılmasıdır. Cənab Prezident bu dəfə də ona ünvanlanan suallara verdiyi açıq cavablarla təkcə görülən işlər, ölkəmizin bu və ya digər məsələlərə baxışlarını təqdim etmədi, eryni zamanda həm də ayrı-ayrı mərkəzlərə mesajlar çatdırmış oldu.
Keçən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ilə bağlı danışan ölkə başçısı ölkəmizdə yaşıl enerji ilə bağlı həyata keçirilən layihələr haqqında geniş məlumat verdi. Şübhəsiz ki, ölkəmizin bu sahədə gördüyü işlər bir çox beynəlxalq tərəfdaşlar o cümlədən də BMT tərəfindən yüksək dəyərləndirilir.
Digər olduqca vacib məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlı oldu. Cənab Prezident bu dəhlizin regionda sülhə, iqtisadi inkişafa töhfə verməklə yanaşı bir çox ölkələri birləşdirən bir körpü olacağını da dedi. Prezident bildirdi ki, həm dəmir yolu, həm və avtomobil yolunun keçəcəyi dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini nəzərdə tutmur həm də özündə Orta dəhlizin və eləcə də Şimal-Cənub dəhlizinin vacib kamöanentini birləşdirən beynəlxalq tranzit dəhlizini ehtiva edir.
Azərbaycan olaraq bu istiqamətdə xeyli işlər görüldüyü məlumdur. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyub və qoymada da davam edir. Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir.
Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırmış oldu. Ölkə başçısı bir daha açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Hesab edirəm ki, bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır.
Dövlət başçısı, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi.
Azərbaycan-Rusiya münasibətləri haqqında geniş danışan ölkə başçısı AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməməsini və ölkəmizin də təzminat məsələsinin açıq qalmasını və səbəbkarların cəzalandırılmamasıbı ədalətsiz hesab etdiyini ifadə etdi. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Rusiyanın bu cür mövqeyi və Rusiya Təhqiqat Komissiyasının səsizliyi məsuliyyətsiz davranışdır və bizim bunu unutmaq fikrimiz yoxdur. Bu konteksdə ölkə başçısı Beynəlxalq Məhkəməyə müraciəty olunacağını da deməklə faktiki olaraq Rusiya tərəfini mesaj ünvamış oldu.
Prezidentin Forumdakı çıxışında vacib məqamlardan biri də Ukraynada davam edən müharibəyə münasibət oldu. Ukraynalı jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavabında dövlət başçısı bildirdi ki, ən əsas tövsiyyə heç vaxt işğalla barışmamaqdan ibarətdir. Prezidentin bu bəyanatı təkcə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəyin ifadəsi yox, həm də beynəlxaq hüquqa söykənən bir mövqe idi. Şübhəsiz ki, uzun illər ərzində əraziləri işğal altında qalan bir dövlət olaraq biz Ukraynanı kifayət qədər yaxşı başa düşürük və hər platformada da Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik.
Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafına və bu sahədə qazanılan uğurlara da xüsusi diqqət yetirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Həqiqətən də istər 44 günlük Vətən savaşı dövründə, istərsə də ondan sonrakı mərhələdə ayrı-ayrı güclər tərəfindən ölkəmizə qarşı edilən hücumların qarşısının alınmasında, dünya mediasında ölkəmizlə bağlı böhtan kampaniyalarının qarşısının alınmasında media təmsilçilərimiz çox böyük fədakarlıq göstərdilər.
Beləliklə, III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynamaqla yanaşı informasiya sahəsində qlobal dialoqu təşviq etmək və ədalətli informasiya siyasətinin formalaşmasına töhfə vermək əzmində olan bir ölkədir.
Yusif Bağırzadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri