Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan: Strateji əhəmiyyət daşıyan münasibətlər

Azərbaycan Gürcüstan: Strateji əhəmiyyət daşıyan münasibətlər

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qonşu Gürcüstanın yeni seçilən hökumət və dövlət başçılarının ilk xarici səfərlərini Azərbaycana etmələri artıq ənənəyə çevrilib. Bu, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir. Tarixən oxşar talelərdən keçən Azərbaycan və Gürcüstan ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərini mehriban qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər.

Müstəqil Gürcüstanın  6-cı Prezidenti  Mixail Kavelaşvili də dost ölkədə formalaşan ənənəyə sadiq qalıb. Onun respublikamıza rəsmi səfəri başlayıb. Xatırladaq ki, 2024-cü ildə  Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutub. İndi isə o, ilk dəfə Azərbaycana gəlməklə xarici turnelərinə start verib.

Dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma

“Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var”. Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlətimizin başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.

Dövlətimizin başçısının bəhs olunan tədbirdə Cürcüstan barəsində ifadə etdiyi bu və digər fikirlər dost ölkədə böyük rəğbətlə qarşılanıb. Belə ki, yerli KİV-lər Prezident İlham Əliyevin Gürcüstanla bağlı ifadə etdiyi fikirləri manşet xəbərləri kimi yayıblar. Eləcə də dost ölkənin yüksəksəviyyəli rəsmiləri, analitiklər qətiyyətli siyasi dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Son olaraq bu barədə Baş nazir İrakli Kobaxidze  Antaliya Diplomatiya Forumunda Prezident İlham Əliyevlə baş tutan görüşdə danışıb. O, Prezident İlham Əliyevin ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını xüsusi vurğulayıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli  1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırıb, həmçinin  AŞPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə  bağlı belə misalların sayı kifayət qədər çoxdur.

Beş ölkədən biri

İqtisadi sektor Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutur. İki dost ölkə ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Ölkələrimiz Orta Dəhlizlə daşımalara böyük tələbat yarandığını  nəzərə almaqla Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasını hədəfləyən layihənin icrasını  tamamlayıblar. Bununla da Orta Dəhlizin funksionallığının artmasına yeni imkanlar yaranıb. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı da böyük perspektivlər vəd edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bu dəhliz vasitəsilə respublikamızda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi  Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək.

Məmnunluq hissi ilə qeyd etmək olar ki, bu gün Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. İnvestisiya qoyuluşunun əhatə dairəsi getdikcə genişlənir. Hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. İndiyədək respublikamızdan qonşu ölkəyə  təxminən 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb.

Birgə hökumətlərarası komissiyanın 10-cu yubiley iclası

İkitərəfli iqtisadi əlaqələrin genişlənməsində birgə hökumətlərarası komissiyanın xüsusi rolu var. 2025-ci il yanvarın 17-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu yubiley iclası keçirilib. İclasda hökumət başçıları ikitərəfli əməkdaşlığın cari vəziyyətinə diqqət çəkiblər və perspektivlə bağlı fikirlərini bölüşüblər.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar. Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Humanitar sahədə əməkdaşlıq

Azərbaycanla Gürcüstan arasında mədəni-humanitar sahədə əməkdaşlığın  davamlı olaraq dərinləşməsi də məmnunluq doğurur. Birgə hökumətlərarası komissiyanın yubiley iclasında mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.

İki ölkə arasında humanitar sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, zamanında Heydər Əliyev Gürcüstanla əlaqələrə necə böyük önəm verib. O, iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə edib: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilib.

Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

İki dost ölkə Qərbin riyakar hücumlarının hədəfində

Biz yuxarıda Azərbaycanın və Gürcüstanın tarix boyunca oxşar talelərdən keçdiklərini qeyd etdik. Hazırda isə iki dost ölkə Qərbin bir sıra ölkələrinin və təsisatlarının riyakar hücumlarının hədəfinə çevrilib. Azərbaycan və Gürcüstan milli maraqları, suverenlik prinsiplərini önə çəkməklə kollektiv Qərbin regiona nüfuz etmək siyasətinə qarşı çıxış edirlər. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, güc mərkəzlərinin qonşu dövlətlərə qarşı planlarında yer almayacaq, ölkə ərazisindən plasdarm kimi istifadə olunmasına imkan verməyəcək. Oxşar mövqeni həmçinin dost Gürcüstan da bölüşür. Bu ölkə Avropa İttifaqına inteqrasiyanı dəstəkləsə də, milli maraqları önə çəkir. Qərb isə qarşısında sözəbaxan, suverenlik prinsiplərindən vaz keçən Gürcüstan görmək istəyir. Rəsmi Tbilisinin ötən il milli maraqları əsas götürməklə iki mühüm qanun qəbul etməsinin nəticəsi olaraq bu ölkə  kollektiv Qərbin “qara siyahısı”na düşüb. Verilən məlumatlara görə, ayrı-ayrı Avropa ölkələri və təsisatları Gürcüstanda xalqın iradəsinə zidd olaraq siyasi hakimiyyətin dəyişdirilməsi ssenarilərini həyata keçirməyə dəfələrlə cəhd göstəriblər. Ancaq Gürcüstan tək deyil, Azərbaycan gürcü xalqının və dost ölkənin yanındadır.  “Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”, - deyə Prezident İlham Əliyev ADA Universitetində baş tutan beynəlxalq tədbirdə sualları cavablandırarkən vurğulayıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see335

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see318

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see287

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see266

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see246

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see243

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see240

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see238

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see237

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see230

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see224

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see222

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see221

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see205

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see199

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see195

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see194

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see190

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see190

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri