Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı və orada keçirilən yüksək səviyyəli görüşlər, İtaliya Prezidentinin Bakıya səfəri, eləcə də Danimarkada Avropa Siyasi Birliyinin sammitində iştirak ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, siyasi gündəmin zənginliyi Azərbaycanın qlobal miqyasda həlledici rola malik olduğunu nümayiş etdirir: “Prezident İlham Əliyevin Nyu-Yorkda aparıcı beynəlxalq şirkət rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici tərəfdaşlar üçün iqtisadi cəhətdən cəlbediciliyini bir daha təsdiqlədi. Qeyd etmək lazımdır ki, bu görüşlərin təşəbbüskarı məhz xarici investorların özləri olub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan yalnız enerji layihələri ilə deyil, həm də müxtəlif sahələrdə etibarlı tərəfdaş kimi tanınır”.

Siyasi şərhçi İtaliya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxunub: “Bu səfər iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İtaliya-Azərbaycan Universitetinin açılışı isə əməkdaşlığın siyasi və iqtisadi müstəvidən kənara çıxaraq, mədəniyyət və təhsil sahələrində də genişləndiyini nümayiş etdirir”.

Ülviyyə Zülfiqar Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammiti çərçivəsində dövlətimizin başçısının Avropa ölkələrinin rəhbərləri ilə görüşlərinə də diqqət çəkib: “Bu görüşlər bir daha təsdiq etdi ki, Azərbaycan regional təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində Avropa üçün mühüm tərəfdaşdır. Eyni zamanda, rəsmi Bakı uğurlu beynəlxalq aktor kimi qəbul olunur”.

Ekspert qeyd edib ki, bütün bu intensiv diplomatik fəaliyyət Prezident İlham Əliyevin çoxşaxəli və balanslı siyasətinin nəticəsidir. Azərbaycan bu gün regionda və qlobal miqyasda söz sahibi olan ölkəyə çevrilib və siyasi-iqtisadi aktor kimi öz mövqeyini sistemli şəkildə möhkəmləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri