Icma.az
close
up
RU
Siyasi şərhçi: Regionda sabitlik və əməkdaşlıq Azərbaycanın əsas hədəfidir

Siyasi şərhçi: Regionda sabitlik və əməkdaşlıq Azərbaycanın əsas hədəfidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd ümumilikdə bölgənin tarixində tamamilə yeni mərhələnin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də vurğuladığı kimi, sənəd Azərbaycanın baxışına əsaslanır və Prezident Trampın, eləcə də onun komandasının sülh prosesinə verdiyi böyük dəstəyin, ən əsası isə Azərbaycan diplomatiyasının uğurunun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, sənədlə bağlı iki mühüm məqam ön plana çıxır. Birincisi, Ermənistanın sənəddən geri çəkilməsi ehtimalı onun beynəlxalq aləmdə etimad böhranı ilə üzləşməsinə səbəb ola bilər. Onsuz da Azərbaycan torpaqlarını uzun illər işğalda saxlayan Ermənistan beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici qazana bilməyib. Sənəddən imtina isə rəsmi İrəvanı həm iqtisadi layihələrdən kənarda qoya, həm də etibarsız tərəfdaş statusu ilə qarşı-qarşıya sala bilər.

İkincisi, Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütövlükdə Avrasiya məkanının nəqliyyat xəritəsi baxımından mühüm əhəmiyyətə malikdir.

“Ermənistan tranzit ölkə statusu qazanaraq iqtisadi dividendlər əldə edə, büdcəsinə əlavə gəlirlər gətirə, qonşu bazarlara çıxış imkanlarını genişləndirə və uzun illər təcrid vəziyyətində qalan iqtisadiyyatını canlandırmaq üçün əlavə imkanlar qazana bilər. Azərbaycan isə öz ərazisindən keçən beynəlxalq yüklərin həcmini artırmaqla yanaşı, Orta Asiya-Qafqaz-Avropa xəttində yeni bir iqtisadi körpünün formalaşmasına nail olacaq”, - deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, Zəngəzur dəhlizi həm də Cənubi Qafqazın geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Marşrutun açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək, Ermənistan isə tranzit ölkə kimi yeni imkanlardan istifadə edərək regiondakı təcridini aradan qaldıra biləcək. Dəhliz, eyni zamanda, Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm həlqəsi kimi çıxış edəcək və regionun tranzit rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.

“Prezident İlham Əliyevin pozitiv xətt üzərindən verdiyi mesajlar və beynəlxalq miqyası əhatə edən açıqlamaları Azərbaycanın qarşıdakı mərhələdə regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdə israrlı olduğunu göstərir. Bu isə bütün qonşu dövlətlərin maraqlarına xidmət edən strateji hədəfdir”, - deyə Ülviyyə Zülfüqar vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri