Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Siyasi şərhçi:Bakı Brüssel münasibətləri strateji praqmatizm mərhələsinə keçir

Siyasi şərhçi:Bakı Brüssel münasibətləri strateji praqmatizm mərhələsinə keçir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

Kaya Kallasın Bakıya səfəri və ümumilikdə son aylarda Avropa İttifaqı ilə Azərbaycan arasında intensivləşən siyasi dialoq münasibətlərdə praqmatik yaxınlaşma mərhələsi kimi qiymətləndirilə bilər. Bu mərhələnin əsas xüsusiyyəti tərəflərin mövcud fikir ayrılıqlarını arxa plana keçirərək qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirməyə çalışmasıdır. Münasibətlər artıq yalnız enerji və ticarət sahələri ilə məhdudlaşmır, eyni zamanda, regional təhlükəsizlik və logistika bağlantıları fonunda daha sistemli xarakter almağa başlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Avropa İttifaqı münasibətlərində mövcud dinamikanı gücləndirən əsas amillərdən biri Avropanın enerji təhlükəsizliyi ilə bağlı artan ehtiyaclarıdır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji təchizatının şaxələndirilməsini strateji prioritetə çevirib və bu kontekstdə Azərbaycan etibarlı alternativ mənbə kimi ön plana çıxıb. Hazırda Yaxın Şərqdə yaranmış vəziyyət isə Azərbaycana olan ehtiyacı daha da artırıb. Azərbaycan qazının Avropa bazarına ixracının genişlənməsi Bakının yalnız iqtisadi deyil, siyasi çəkisini də artırır. Bu da Azərbaycanın Brüssel qarşısında enerji tərəfdaşı statusunu daha da möhkəmləndirir və siyasi dialoqu daha balanslı edir.

R.Bayramov vurğulayıb ki, Kaya Kallas kimi ali səviyyəli Avropa rəsmilərinin regiona səfərləri Avropa İttifaqının Cənubi Qafqazda daha fəal və çoxşaxəli siyasət yürütmək niyyətindən xəbər verir.

“Burada təkcə enerji məsələləri deyil, nəqliyyat və təhlükəsizlik komponentləri də ön plana çıxır. Xüsusilə Orta Dəhliz layihəsi Avropa üçün Çin-Mərkəzi Asiya-QafqazAvropa bağlantısında strateji alternativ marşrut kimi qiymətləndirilir. Azərbaycan bu dəhlizin əsas coğrafi və siyasi qovşaqlarından biri olduğuna görə Brüssel üçün vacib tərəfdaş statusunu daha da gücləndirir. Bu isə Azərbaycanın regional logistika mərkəzi kimi rolunu artırır. Bakı ilə Brüssel arasında siyasi dialoqun intensivləşməsi regionda sülh gündəliyinə də dolayı təsir göstərir. Azərbaycan ilə Avropa İttifaqı arasında artan etimad mühiti normallaşma prosesinə əlavə sabitlik elementi gətirə bilər. Ümumilikdə isə Azərbaycan-Aİ münasibətlərində formalaşan yeni mərhələ geosiyasi balans baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan bütün aktorlarla strateji əməkdaşlığı genişləndirərək çoxvektorlu xarici siyasət modelini daha da gücləndirir. Avropa İttifaqı isə Cənubi Qafqazda həm enerji, həm də nəqliyyat bağlantıları baxımından daha dayanıqlı mövqe qazanmağa çalışır”, - deyə R.Bayramov bildirib.

O hesab edir ki, qarşılıqlı maraqlar yaxın illərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərini strateji praqmatizm mərhələsinə yüksəldə bilər.

“Bütün bunlar onu göstərir ki, Bakı-Brüssel münasibətləri artıq, sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji ehtiyaclara əsaslanan daha dərin bir mərhələyə keçir. Bu mərhələ enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı və regionda sülhün dayanıqlılığı baxımından ciddi təsir potensialına malikdir”, - deyə siyasi şərhçi əlavə edib.

Müxbir - Səbinə Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see297

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see288

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see274

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see271

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see271

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see265

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see263

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see263

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see256

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see238

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see237

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see234

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see229

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see228

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see227

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see227

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see223

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see222

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri