Icma.az
close
up
RU
Brüssel İrəvan münasibətləri maliyyə müstəvisində

Brüssel İrəvan münasibətləri maliyyə müstəvisində

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Kənar yardımlar, doğrudanmı, bölgədə sülhə və əməkdaşlığa xidmət edir?

Avropa İttifaqının (Aİ) Ermənistana yönəlmiş müxtəlif layihələr çərçivəsində həyata keçirdiyi genişmiqyaslı maliyyə yardımları son dövrlər regionun siyasi gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Son aylar Ermənistan mətbuatında, xüsusən də “NEWS.am” kimi platformalarda bu yardımların gecikdirilməsi, kəsilməsi və ya başqa istiqamətlərə yönləndirilməsi ilə bağlı yayılan məlumatlar həm daxili ictimai rəydə, həm də xarici analitik dairələrdə ciddi rezonans doğurub.

Bu iddiaların kökündə dayanan əsas narrativ ondan ibarətdir ki, rəsmi Brüssel daxili büdcə kəsiri və Ukraynadakı müharibəyə ayrılan xərclərin prioritetləşdirilməsi səbəbilə Ermənistana verdiyi maliyyə vədlərindən geri çəkilir. Lakin Aİ-nin Ermənistandakı nümayəndəliyinin sözügedən məsələ ilə bağlı yaydığı rəsmi açıqlama bu məlumatı təkzib edib. Aİ rəsmiləri bəyan edirlər ki, Ermənistana ayrılmış maliyyə resurslarında nə bir gecikmə, nə də hər hansı istiqamət dəyişikliyi var. Əksinə, Brüssel tərəfindən bəyan edilmiş strateji kurs Ermənistanın iqtisadi və institusional sisteminin Avropa standartlarına yaxınlaşdırılması istiqamətində daha da intensivləşib.

Bu məqamda, xüsusi qeyd edilməlidir ki, Aİ-nin Ermənistandakı fəaliyyəti artıq sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilən texniki yardım prosesi deyil. Bu, Cənubi Qafqazda baş verən və daha geniş coğrafiyanı əhatə edən geosiyasi dəyişikliyin tərkib hissəsidir. Təklif olunan çoxmilyonluq maliyyə yardımları, institusional islahat paketləri və xüsusilə Avropa Sülh Fondu vasitəsilə verilən hərbi-texniki dəstək regionun siyasi və iqtisadi balansında yeni bir xəttin formalaşdığını göstərir. Bu yeni xətt Ermənistanın ənənəvi təhlükəsizlik çətirindən uzaqlaşaraq Qərb sisteminə inteqrasiya olunması cəhdləri ilə müşayiət olunur. Lakin bu cür sürətli keçid və ona paralel olaraq təqdim edilən maliyyə stimullları Azərbaycan–Ermənistan sülh prosesi ilə eyni vaxta təsadüf etdiyi üçün prosesin təsirini çoxqatlı edir. Qərbin iqtisadi rıçaqları bir tərəfdən sülh gündəliyini stimullaşdırmaq potensialına malik olsa da, digər tərəfdən Ermənistan daxilindəki destruktiv və revanşist qüvvələr tərəfindən manipulyasiya edilərək regional gərginliyi artıran alətə çevrilir.

Məsələnin maliyyə tərəfinə nəzər saldıqda Ursula fon der Lyayen tərəfindən elan edilmiş 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf Proqramı” diqqət mərkəzində dayanır. Bu proqramın məqsədi Ermənistanın infrastrukturunun modernləşdirilməsi, “yaşıl enerji” keçidinin təmin edilməsi və idarəetmə sistemindəki islahatların dərinləşdirilməsidir. Sözügedən vəsaitin ayrılması və icrası Ermənistanın Qərb sisteminə iqtisadi yöndən bağlanması strategiyasının mühüm sütunudur. Bu mənzərə həm də Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində nəzərdə tutulan addımların davamı kimi görülməlidir.

* * *

Ermənistanın daxili siyasi və informasiya müstəvisində baş verən gərginliklər bu yardımların manipulyasiya alətinə çevrildiyini aydın göstərir. Məsələn, Aİ-nin xarici diplomatiya idarəsinin rəhbəri Kaja Kallas ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşlə bağlı yayılan iddialar buna bariz nümunədir. Ermənistanın müxalif və radikal dairələri iddia edirdilər ki, bu görüşdə, guya, seçkiönü informasiya mühitinin gücləndirildiyi və “dezinformasiya ilə mübarizə” adı altında nəzərdə tutulan 50 milyon avroluq yardımın dondurulduğu bildirilib. Tərəflər bunu təkzib etsə də, belə məlumatların dövriyyəyə buraxılması göstərir ki, kənar maliyyə yardımları Ermənistan daxilində “yumşaq güc” aləti kimi qəbul edilir və daxili siyasi mübarizədə rəqiblərə qarşı istifadə olunur. Bu ziddiyyətli informasiya mühiti sübut edir ki, xarici aktorların maliyyə müdaxiləsi artdıqca, regiondakı həssas balansın pozulması təhlükəsi də böyüyür.

Azərbaycanın strateji maraqları fonunda ən kritik məqamlardan biri də 2025-ci ilin dekabrında imzalanmış strateji tərəfdaşlıq sazişidir. Rəsmi Bakı üçün bu sənədin məzmunu prinsipial əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, postmünaqişə reallıqlarını təhrif edən, regionun suverenlik prinsiplərinə xələl gətirən və Azərbaycanı birbaşa və ya dolayısı ilə hədəf alan hər hansı bəndin bu sənəddə yer alması qəbulolunmazdır. Xüsusilə, Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlər Bakıda ciddi suallar doğurur. Monitorinq missiyasının mülki xarakterli fəaliyyətdən uzaqlaşaraq bəzi hallarda üçüncü ölkələrə, Azərbaycan, Rusiya və İrana qarşı “kəşfiyyat platforması” kimi istifadə olunduğuna dair iddialar regional etimad mühitinə kölgə salır. Bu cür addımların “Genişlənmə və Şərq Qonşuluğu” siyasəti çərçivəsində əsaslandırılmasına baxmayaraq, hərbi və kəşfiyyat elementlərinin ön plana çəkilməsi sülh gündəliyi ilə ziddiyyət təşkil edir.

* * *

Bütün bu proseslərin kulminasiya nöqtəsi kimi Ermənistanda 2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkiləri çıxış edir. Bu seçkilər Ermənistanın daxili məsələsi deyil, həm də regionun gələcək taleyini müəyyən edəcək strateji bir mərhələdir. Seçkiöncəsi dövrdə Ermənistana ayrılan maliyyə yardımlarının və informasiya dəstəyinin hansı istiqamətə yönəldiləcəyi böyük əhəmiyyət daşıyır. Ermənistan daxilindəki revanşist qüvvələr hər vəchlə sülh prosesini ləngitməyə çalışır və Qərbin iqtisadi dəstəyini “milli dəyərlərin satılması” və ya “iqtisadi asılılıq” kimi manipulyasiya edirlər. Onlar yardımların gecikməsi xəbərlərini seçki kampaniyasının mərkəzinə gətirərək cəmiyyətdə anti-Azərbaycan və antisülh əhvali-ruhiyyəsini alovlandırmağa cəhd göstərirlər. Azərbaycan üçün əsas strateji hədəf isə odur ki, Ermənistandakı bu daxili siyasi turbulentlik və kənar maliyyə rıçaqları 2025-ci ildə əldə olunmuş kövrək sülh ruhunun zədələməsinə imkan verməsin. Regionun yenidən böyük güclərin “soyuq müharibə” poliqonuna çevrilməsi təhlükəsi realdır və bu, maliyyə axınlarının düzgün tənzimlənməməsindən birbaşa asılıdır.

Mövzu ilə bağlı BMTM-nin şöbə müdiri, politoloq Mətin Məmmədli XQ-yə bildirdi ki, əgər Aİ-nin yardımları hərbi ritorikanın gücləndirilməsinə deyil, regional kommunikasiyaların açılmasına, nəqliyyat-logistika marşrutlarının inteqrasiyasına yönələrsə, bu, uzunmüddətli sabitliyə xidmət edər. Dayanıqlı iqtisadiyyat və şəffaf idarəetmə Ermənistanın qonşu ölkələrlə normal iqtisadi əlaqələr qurmasına kömək edən amillərdir. Bunun üçün Qərb donorları yardım paketlərini “yalnız Ermənistan üçün” deyil, “regional inteqrasiya üçün” fəlsəfəsi ilə hazırlamalıdırlar.

M.Məmmədli qeyd etdi ki, sülh prosesinə təsir edən risklərdən biri də Ermənistan daxilindəki siyasi dinamika ilə bağlıdır: “Xüsusilə revanşist siyasi qüvvələrin aktivliyi regiondakı nisbi sabitlik üçün potensial təhlükə kimi qiymətləndirilir. Ermənistanda bu ilin iyununda keçiriləcək parlament seçkiləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əgər revanşist və radikal siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, Ermənistan–Azərbaycan sülh prosesinin pozulması riskini artıraraq regionda yeni gərginlik dalğasına səbəb ola bilər. Buna görə də qlobal və regional aktorların sülh prosesini dəstəkləməsi və tərəflər arasında dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Beləliklə, maliyyə yardımları və institusional dəstək ətrafında yaranan informasiya dalğası daha böyük və qlobal bir mübarizənin indikatorudur. Bu, geosiyasi təsir dairələrinin yenidən bölüşdürülməsi prosesinin iqtisadi təzahürüdür. Azərbaycan üçün strateji məqsəd kənar müdaxilələrin sülh ruhunu, sərhədlərin delimitasiyası sahəsindəki irəliləyişləri zədələməsinə imkan verməməkdir. Cənubi Qafqazın suverenliyi, xarici maliyyə asılılığının yaratdığı siyasi şantajlardan azad olmalı və yardımlar hərbi gərginlik deyil, tərəfdaşlıq üçün körpü rolunu oynamalıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri