Icma.az
close
up
RU
Siyasi simvolizm: Tramp və Yolundan dönməyənlər

Siyasi simvolizm: Tramp və Yolundan dönməyənlər

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Son günlər sosial mediada "Trampın gizli mesajı" kimi gündəmə çevrilən görüntülər 2007-ci ildə çəkilmiş "Dünyanın sonundakı qarşılaşmalar" (Encounters at the End of the World) sənədli filmindən son kadrın Trampla olan montajıdır. Rejissor Verner Hersoqun (Werner Herzog) çəkdiyi bu filmdəki məşhur "Azmış pinqvin" (The Deranged Penguin) səhnəsi hazırda siyasi müzakirələrin mərkəzindədir.

Verner Hersoqun 2007-ci ildə işıq üzü görən bu sənədli filmi, adətən görməyə alışdığımız təbiət filmlərindən kəskin şəkildə fərqlənir. Rejissor burada Antarktidanın sadəcə buzlarını deyil, insanın və təbiətin ən gizli, bəzən isə ən "dəli" tərəflərini axtarır. Filmin ən yaddaqalan və bu gün siyasi metaforaya çevrilən hissəsi isə "Azmış pinqvin" səhnəsidir.

​Filmdəki həmin səhnənin məzmunu belədir:  bir qrup pinqvin okeana tərəf (yeməyə və həyata) gedərkən, dəstədən bir pinqvin qəfil dayanır və tam əks istiqamətə - Antarktidanın dərinliklərinə, dağlara tərəf getməyə başlayır.  Rejissor izah edir ki, pinqvin yolunu azıb və o, dəstədən ayrılıb ölümə doğru gedir. Onu dəfələrlə geri qaytarsalar belə, o, yenidən dəstədən ayrılaraq yolunu dəyişir və dağlara tərəf üz tutur. Filmdə bu, təbiətin izaholunmaz "dəliliyi" və ya fərdin cəsarətli addımı kimi təqdim olunur.

Bəs, ​Trampın paylaşımı və 2007-ci ildə çəkilmiş bu sənədli filmdəki pinqvinlə bağlı səhnə arasındakı əlaqə nədir? ​Donald Trampın bu fotonu paylaşması tamamilə siyasi simvolizmdir və bir neçə məna etiva edir.

Onlardan biri ​"Dəsrədən ayrılan lider" mesajının verilməsidir. Trampın özünü mövcud siyasi sistemdən (establismentdən) ayırıb hamının getdiyi yolun əksinə gedən "tək döyüşçü" kimi göstərməsidir. İkinci mesaj özünün doğru bildiyi yoldan dönməmək mesajıdır: sonu ölüm olsa da, qətiyyətlə öz bildiyi istiqamətdə davam etməsi "təslim olmamaq" mesajı kimi təqdim edilir.  Üçüncü mesaj qəbul edilmiş sistem əleyhinə addımların atılmasıdır. Digər bütün pinqvinlər (medianı və ya digər dünya siyasi liderlərini simvolizə edir) eyni tərəfə gedərkən, Trampın tam fərqli bir istiqamət seçməsi onun fərqliliyi və yeni dünya nizamının qurmasına bir mesajdır. Tramp bu fotonu paylaşmaqla özünü "hamıdan fərqli, sistemin qaydalarına tabe olmayan və öz yolunu seçən" bir lider kimi təqdim edir və sosial mediada bu, "He never stops" (“O heç vaxt dayanmır”) şüarı ilə birləşdirilir.

​Bu kadrın illər sonra Donald Trampın və tərəfdarlarının sevimli simvoluna və siyasi mesajına çevrilməsi təsadüfi deyil. Siyasi müstəvidə bu pinqvin artıq "yolunu azmış" yox, "sistemi rədd edən" və yeni bir sistem quran qəhrəman kimi qəbul edilir.

Beynəldalq siyasətdə bu paylaşım bir mesajdır: "Hamı eyni tərəfə gedirsə, həqiqət mütləq digər tərəfdədir". Bu sənədli filmdən seçilmiş kadr artıq sadəcə təbiət hadisəsi deyil, mövcud qaydaları rədd edən, təhlükəni gözə alan və tənha qalmaqdan qorxmayan hər bir hərəkatın vizual manifestidir.

NAXÇIVAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri