Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xilas yolundan yüksəlişə doğru

Xilas yolundan yüksəlişə doğru

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

YAP-ın tarixi missiyası və 33 illik şərəfli yolu… 


Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində yeri, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesindəki rolu əvəzsizdir. Ölkəmizdə siyasi sabitliyin bərqərar olunması və qorunması, demokratik dəyərlərin təkamülü, keçid dövrünü yaşayan Azərbaycanda bazar iqtisadiyyatının möhkəm təməllər üzərində möhkəmlənməsi, Azərbaycan cəmiyyətinin Qərbə inteqrasiyası, siyasi institutların yaradılması və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi dövlətimiz qarşısında dayanan tarixi əhəmiyyətli məsələlərin həllində Yeni Azərbaycan Partiyasının və bu partiyada birləşən insanların rolu əvəzsizdir. Azərbaycan dövlətçiliyinin ən çətin və mürəkkəb bir dövründə təsis olunmuş YAP dünya tarixində çox nadir partiyalardandır ki, yaradıldığından sadəcə 7 ay sonra ölkədə iqtidar başına gəlib.

Artıq o tarixdən bizi 33 il ayırır - YAP-ın yaradılmasının 33 ili tamam olur. Azərbaycan cəmiyyətində böyüyüb formalaşan gənclərin əksəriyyəti bu tarixi ölkəmizin çağdaş inkişaf yolunun fəlsəfi mərhələsi kimi dəyərləndirir. Çünki YAP-ın formalaşdığı 1992-ci il, Azərbaycanın ən ağır sınaqlardan keçdiyi dövr, dövlətçiliyin təməllərinin sarsıldığı, siyasi xaosun hökm sürdüyü bir zaman idi. Bu gün isə 33 il öncə irəli sürülmüş “Azərbaycanın xilası naminə” çağırışın artıq “Azərbaycanın yüksəlişi naminə” böyük bir strateji konsepsiyaya çevrildiyini görürük.

33 illik yol bir dövlətçilik məktəbinin, müasir siyasi mədəniyyətin və dayanıqlı inkişaf modelinin tarixidir. Bu, sadəcə bir partiyanın deyil – bütöv bir ölkənin inkişaf yoludur. Çünki YAP-ın yaranması Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtələrindən biridir – Ulu Öndər Heydər Əliyevin liderliyi, xalqın Heydər Əliyev ətrafında birləşməsi və YAP-ın cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ortaya çıxması ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Bu günün rakursundan baxdıqda Ulu öndərimizin xilaskarlıq missiyasının həm də  yeni əsrdəki uğurlarımızın möhkəm təməllərini təşkil etdiyinin şahidi oluruq. 
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi xətt gənclərə təhsil, sosial təminat, idman, məşğulluq, innovasiya və startap sahəsində real imkanlar bəxş etdi. Bu gün YAP sıralarında minlərlə gənc var  - onların hər biri təkcə siyasi fəaliyyət üçün yox, sosial layihələr, intellektual təşəbbüslər, ictimai debat mədəniyyəti üçün platforma kimi siyasi ideya, siyasi məktəbin ətrafında birləşib. YAP-ın yenilənmə siyasəti gəncləri qərarvermə prosesinə cəlb edir və partiya içində yeni düşüncə tərzi formalaşdırır. 

Bəli, Vətən müharibəsini yaşamış, qələbəni görmüş gənclik üçün dövlətçilik dəyəri tamam fərqli bir aura formalaşdırır – indiki gənc nəsil isə qələbələr dövləti olan Azərbaycanın vətəndaşlarıdır, YAP sıralarında birləşən gənclərimiz qələbələr partiyasının üzvləridir. 33 illik yol YAP-ı Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dəyərlərin və ideyaların, Azərbaycançıılıq  ideologiyasının strateji konseptual mərkəzi kimi formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VII Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.

Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 750 minə yaxın üzvü olan YAP ötən müddət ərzində özünün məram və məqsədlərini, milli maraqları şərəflə qoruyub, ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013, 2018, 2021) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Həmin qurultaydan sonrakı dövrdə Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi.

Müasir dövrdə, yeni mərhələdə partiya qarşısında duran çağırışlar, həyata keçirilən fəaliyyət həm regional təhlükəsizlik, həm iqtisadi transformasiya, həm də Qafqazda yeni siyasi nizamın qurulması istiqamətində inkişaf etdirilir. Xüsusilə, Azərbaycanın əldə etdiyi Qələbədən sonra yaranan regional reallıqların fonunda gənclərin gələcəyə baxışında mütləq yeni konturlar müəyyənləşib. Bu gün yeni nəsil YAP-ın təkamülünün  davamçısıdır. YAP hər zaman yeniliklərə, müasir standartlara əsaslanır – qlobal mühitdə əlaqələrinin genişliyi də bu fikri təsdiqləyir. Nəticə etibarı ilə, 33 il əvvəl səslənən “Azərbaycan naminə!” çağırışı bu gün daha böyük mənaya sahibdir – bu çağırış "Qarabağ Azərabycandır!" nidasının təməl prinsipidir. Sabah üçün isə özündə qalib Azərbaycan naminə yeni yüksəlişi ehtiva edir… 

Murad PAŞAYEV
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri