Icma.az
close
up
RU
Siyəzəndə 20 min toyuq buna görə məhv oldu Sahibkar Prezidentə müraciət etdi

Siyəzəndə 20 min toyuq buna görə məhv oldu Sahibkar Prezidentə müraciət etdi

Icma.az bildirir, Bakupost portalına istinadən.


Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir.

Sahibkar Bakupost.az -a bildirib ki, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq, quşçuluq təsərrüfatı ilə məşğul olub.

“Təəssüf ki, bu, çox uzun çəkmədi. Belə ki, 2023-cü ilin yayında bəslədiyim quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi aşkarlandı. Toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözügedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Tağıyevin, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatıma gəlməsini tələb etdim. Nuran həkim baxış keçirdi, əvvəlcə toyuqların “cuma xəstəliyi”nə yoluxduğunu iddia etdi. Ancaq mən tələb etdim ki, gözəyarı müayinə olmur, araşdır, sonra diaqnoz qoy. Nəticədə o, 20 ölü toyuğu müayinə etdikdən sonra mənim sözümü təsdiqlədi və toyuqların zəhərlənmə nəticəsində öldüyünü bildirdi. Maşallah Tağıyev yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra mənə dəymiş ziyanın qarşılanacağını dedi və onlardan hər hansı şikayətin etməməyimi xahiş etdi”, - sahibkar şikayətində vurğulayıb.

O iddia edib ki, zərərçəkən yalnız o deyil, Siyəzən rayonunda Seymur, Elçin və Vahab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb.

Sahibkar bildirib ki, zəhərlənmə təsdiqləndiyi üçün ona dəyən ziyan ödənilib.

O, bu hadisədən sonra uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb:

“Mən 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldım. Bu ərəfədə Ağdaş Yem Fabrikinin işçiləri məni inandırdılar ki, Maşallah müəllim köhnə işçiləri çıxarıb, yeni komanda gəlib və keyfiyyətli yem istehsal edirik. Ona görə də yenidən onlardan yem almağa başladım. Sentyabrda aldığım yem üçün danışığa uyğun olaraq, oktyabrda ödəniş etdim və 26,8 min manat verdim.

Lakin noyabr ayında aldığımız yemlər 3 ayrı fermamda toyuqların hamısının zəhərlənməsinə səbəb oldu. Qısa müddətdə 19.190 toyuğum qırıldı. Daha sonra tələf olanları isə saymadım.

Bu kütləvi ölümün də yemdən olduğunu müəyyənləşdirdim və yenə Maşallah müəllimi təsərrüfata dəvət etdim. O isə cavabında heç bir yerə müraciət etməməyimi xahiş edərək, gələcəyini söylədi. Doğrudan da, səhərisi gün Maşallah müəllim, Nuran həkim və yemi almağıma məni inandıranlar - Ədalət və Elnur təsərrüfatıma gəldilər. Yenə fərqli bəhanə gətirməyə çalışsalar da, qan analizi götürülməsini tələb etdim. Səhərisi gün, yəni 2024-cü il 27 noyabr tarixində onlar təsərrüfatıma bunun üçün iki gənci göndərdilər. Çox təcrübəsiz olduqlarından, analiz üçün qan belə götürə bilmədilər, nəhayət, Siyəzən Baytarlıq İdarəsinin əməkdaşı Habil Əliyevi dəvət etdik, o, toyuqlardan qan aldı və bu gənclərə təqdim etdi.

2024-cü il 28 noyabr tarixində Maşallah müəllim mənim telefonumun vatsap nömrəsinə analizin cavabını göndərərək qeyd etdi ki, sənin toyuqların quş qripi xəstəliyinə tutulub. Mən ona sual verdim ki, necə olur ki, 27 noyabr günorta saatlarında qan götürülür və cavabı da heç bir gün keçməmiş, 28 noyabr səhər saatlarında çıxır?”

R.Hüseynov qeyd edib ki, Maşallah Tağıyevin bu saxta nəticəni almaq üçün türkiyəli həkimə külli miqdarda pul ödədiyini öyrənib:

“Sənəddə qeyd olunub ki, guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlanıb. Sənəddə heç bir möhür və imza yoxdur. Toyuqların da növü səhv göstərilib. Mən bu sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdim. Agentliyin 17 mart 2025-ci ildə mənə göndərdiyi cavabda qeyd olunmuşdur ki, həmin sənəddə əsas məlumatların heç biri olmadığı üçün onun etibarlılığını yoxlamaq qeyri-mümkündür.

Bundan başqa, AQTA-ya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdim. Onlar mənə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, həmçinin qaydalara uyğun olaraq vaksin olduqlarını bildirsələr də, yemi məhz Maşallah Tağıyevdən aldığımı biləndən sonra toyuqların əsl ölüm səbəbini deməkdən hələ də boyun qaçırmaqda davam edirlər. Mən dəfələrlə Agentliyə bu barədə müraciət etsəm də, hər dəfəsində məni müxtəlif bəhanələrlə yola verirlər”.

Sahibkar baş verənlərlə bağlı Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.

Bakupost.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri