Icma.az
close
up
RU
Sahibkar deputat Ülvi Quliyevin oğlundan prezidentə müraciət etdi

Sahibkar deputat Ülvi Quliyevin oğlundan prezidentə müraciət etdi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC ilə bağlı qalmaqallı iddialar səngimək bilmir.

Rəsmi sənədlərlə həyata keçirilmiş səhmlərin alqı-satqısı illərdir tanınmır və nəticədə həmin payların daxil olduğu ərazidə artıq müəssisə də tikilib, istehsalata da başlanılıb.

Tribunainfo.az-a danışan şikayətçi Qurbanlı Ramin Qurbanlı oğlu bildirir ki, 2017-ci ilin 30 iyun tarixində ASC-nin təsisçisi Sahib Mehdiyev Xosrov oğlundan qanuni şəkildə 25 faiz pay alıb. Alqı-satqı Gəncə ASAN Xidmət 1-də rəsmiləşdirilib və bu, müqavilə ilə təsdiqlənib. Lakin Milli Depozit Mərkəzi illərdir bu alqı-satqını tanımaqdan imtina edir.

“Səhv varsa, düzəltmişəm, yenə tanımırlar”

Qurbanlının sözlərinə görə, Milli Depozit Mərkəzi əvvəlcə müqavilədə texniki uyğunsuzluqlar olduğunu bildirib. O, bütün tələb olunan düzəlişləri apararaq sənədləri yenidən təqdim etsə də, mərkəz yeni bəhanələrlə prosesi yubadır:

“ASAN Xidmət səhmlərin paylanışını kəsr ədədi ilə yazmışdı, onu düzəltdirdim. Alqı-satqı vaxtı mən 5 min manat “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə alıcıya vermişəm və alıcı da götürüb.
5 min manatlıq ödənişin qəbzini ala bilmirəm – bank arxiv olmadığını deyir. ASAN Xidmət də bu barədə sənəd vermir. İllərlə bu problemi həll etməyə çalışıram, amma Milli Depozit Mərkəzi davamlı şəkildə qarşıma yeni şərtlər qoyur. İndiyə qədər öz payıma sahib çıxa bilməməyimin səbəbi və günahkarı Milli Depozit Mərkəzidir. Bütün bu çətinlikləri yaşamağıma səbəb Milli Depozit Mərkəzinin mənim alqı-satqımı tanımamasıdır. MDM-nin fikrincə, guya biz alqı-satqını düzgün aparmamışıq. Belə çıxır ki, Milli Depozit Mərkəzi cənab prezidentin təsis etdiyi ASAN Xidmətin alqı-satqısını tanımır”.

“Səhmlərim tanınmadan ərazi satılıb”

Şikayətçi deyir ki, bütün bu süründürməçilik fonunda onun haqqı olan ərazilər deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə satılıb:

“Mənim rəsmi alqı-satqı ilə aldığım paylar xəbərim olmadan başqasına ötürülüb. Həmin yerdə artıq müəssisə də inşa olunub, istehsal başlayıb. Rəsmi qaydada alqı-satqısı olan, mənim haqqım olan yer indi başqasının – deputat Ülvi Quliyevin oğlunundur. Hissələr mənim ola-ola o adama necə satıla bilər mənim hissələrim? Belə çıxır ki, satış qeyri-qanuni yolla olub. Yoxsa mənim səhmlərim, problemli səhmlər deputat oğluna necə satıldı. Alqı-satqı qanuni olsaydı, onlar məni tapmalı idi.
Bəs mənim hüququm, mənim mülkiyyətim? Nə üçün bu alqı-satqı qanuni sayılmayıb? Əgər Milli Depozit Mərkəzi vaxtında səhmlərimi tanısaydı, mən də sahibkara yaxınlaşıb 25 faiz payımı tələb edərdim. İndi də deputat oğlu mənim halal torpağımda qanunsuz yollarla əldə etdiyi hissələrdə iş apara, müəssisə böyüdə bilməzdi”.

Qurbanlı hesab edir ki, bütün yaşananların əsas məsuliyyəti Milli Depozit Mərkəzinin üzərindədir. Onun sözlərinə görə, mərkəz ASAN Xidmətin təsdiqlədiyi rəsmi sənədləri tanımır və hüquqi boşluqlardan istifadə edərək prosesi illərlə uzadır. Şikayətçinin sözlərinə görə, həm ASAN Xidmətin texniki xətası, həm də Milli Depozit Mərkəzinin qeyri-müəyyən yanaşması onun sahibkarlıq hüququnun pozulmasına səbəb olub.

O, məsələ ilə bağlı bütün hüquqi instansiyalara, ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşdığını bildirib:

“Əlim artıq hər yerdən üzülüb. Çarəni Prezident İlham Əliyevə müraciətdə görürürəm. Mən bu illər ərzində məsələni sakit şəkildə adlarını qeyd etdiyim orqanlarla həll etməyə çalışdım. Ancaq heç bir qurum mənə kömək etmir. Üstəlik haqqımı qorumalı olan deputatın oğlu torpağımı ələ keçirir. Ancaq ona bir söz deyən yoxdur. Ona görə də prezidentdən kömək istəyirəm”.

Tribunainfo.az olaraq, adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri