Icma.az
close
up
RU
Siyəzəndəki “Şəhərgah” yaşayış yerində Erkən tunc dövrünə aid nümunələr aşkarlanıb AZƏRTAC

Siyəzəndəki “Şəhərgah” yaşayış yerində Erkən tunc dövrünə aid nümunələr aşkarlanıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyəzən, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC

"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə olan “Şəhərgah” yaşayış yerində aparılan arxeoloji qazıntı işləri nəticəsində yeni məlumatlar əldə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun sektor müdiri Müzəffər Hüseynovun rəhbərliyi ilə noyabrın 20-dən başlayan qazıntı işləri bir ay davam edib. Arxeoloqlar qoruq ərazisinə daxil olan “Şəhərgah” yaşayış yerinin ilk dəfə olaraq Erkən orta əsrlərlə yanaşı, Erkən tunc dövrünə aid olduğunu müəyyənləşdiriblər. Bu da yaşayış yerinin yaşının 3 min ildən daha qədim olduğunu söyləməyə əsas verir.

“Şəhərgah” yaşayış yeri Gil-Gilçay çayının sağ sahilində, Şabran-Siyəzən yolunun kənarında yerləşir. Abidə yüksək təpəlik ərazinin düzənliyə düşən hissədə salınıb. Yaşayış yerinin bir hissəsi Gil-Gilçay səddinə söykənir. Qazıntı sahəsindəki abidənin bir metrlik üst təbəqəsi İlk orta əsrlər dövrünə aiddir. Buradan həmin dövrə xarakterik müxtəlif həcmli saxsı qablar və daşdan hazırlamış əmək alətləri aşkar edilib. Burada ilk orta əsrlərə aid olduğu ehtimal edilən çay daşlarından qurulmuş divar qalıqları var. Altı metr uzunluğundakı bəzi divarlar günümüzədək dağılmayıb.

Abidənin dərinliyə doğru bir metrdən sonrakı hissəsində isə Erkən tunc dövrünə aid səthi cızma üsulu ilə naxışlanmış bütöv saxsı qab aşkarlanıb. Qonur və boz rəngli saxsı küpə və kiçik həcmli başqa qablar həmin dövr üçün xarakterikdir.

Tapılan qabın üzərindəki cızmaların bəzək və ya hər hansı işarə məqsədi ilə çəkilməsi, həmçinin çay daşlarından qurulmuş divarların dəqiq hansı dövrə aid olması gələcək tədqiqatlarda məlum olacaq. Divarların bəzilərinin Erkən tunc dövrünə aid olması ehtimal edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri