Cəlilabadda Tunc dövrünə aid saxsı qablar aşkarlanıb FOTOLAR
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəlilabad rayonu Ağdaş kəndi ərazisində yol tikintisi işləri zamanı Tunc dövrünə aid saxsı qablar aşkar olunub.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, yol çəkilişi zamanı torpaq işləri həyata keçirilərkən yerin altından müxtəlif saxsı qablar və küplər tapılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova bildirib ki, ilkin qiymətləndirməyə əsasən, tapıntılar Son Tunc – İlk Dəmir dövrünə aiddir.
Tapıntılarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə arxeoloji araşdırmaların aparılması, yeni nümunələrin olub-olmamasının müəyyənləşdirilməsi və aşkar olunan materialların dəqiq tarixinin müəyyən edilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















