Icma.az
close
up
RU
Sıyığın şəkəri qaldırmaması üçün bunu mütləq edin Sadə metod

Sıyığın şəkəri qaldırmaması üçün bunu mütləq edin Sadə metod

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün qidalanma rejimi həyati əhəmiyyət kəsb edir. Bu prosesdə əsas göstərici qlikemik indeks (Gİ) hesab olunur. Karbohidratların qlükozaya çevrilmə sürətini göstərən bu rəqəm nə qədər aşağı olarsa, qanda şəkərin səviyyəsi bir o qədər stabil qalar.
Ekspertlər diabetiklər üçün ən faydalı dənli bitkinin arpa yarması (perlovka) olduğunu bildirirlər. Gİ göstəricisi cəmi 20–30 olan bu yarma zülal, maqnezium və liflə zəngindir. O, həm uzunmüddətli toxluq yaradır, həm də şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Siyahıda növbəti yerləri qara düyü və qarabaşaq tutur. Xüsusilə yaşıl qarabaşaq faydalı maddələri daha çox qoruduğu üçün menyuda mütləq yer almalıdır.
Yulaf sıyığı (herkules) istifadə edənlər isə diqqətli olmalıdırlar. Tam taxıl yulaf faydalı olsa da, hazır lopalar şəkəri sürətlə qaldıra bilər. Bunlarla yanaşı, buğda yarması, bulqur və kinoa da diabet xəstələrinə icazə verilən qidalar sırasındadır.
Bəzi sıyıqlar isə diabetiklər üçün ciddi risk yaradır. Ən təhlükəli seçim manna yarması hesab olunur, çünki onun qlikemik indeksi çox yüksəkdir. Eyni zamanda qarğıdalı sıyığı və ağ düyünün də istifadəsi məhdudlaşdırılmalıdır.
Sıyığın bişirilmə qaydası da onun sağlamlıq üçün təsirini dəyişir. Sıyıqlar çox yumşaq və duru olmamalı, bir qədər bərk vəziyyətdə saxlanılmalıdır. Onlar mütləq su ilə bişirilməli, tərkibinə şəkər və ya bal əlavə edilməməlidir. Dadlandırmaq üçün darçın və vanildən istifadə etmək daha məqsədəuyğundur.
Həkimlər bu qidaların gündəlik deyil, həftədə 3–4 dəfə və porsiyanın 150–200 qramı keçməməsi şərti ilə qəbulunu tövsiyə edirlər. Sıyığın mütləq zülal (ət, balıq, yumurta) və tərəvəzlərlə birlikdə yeyilməsi qanda şəkərin balansını qorumağa kömək edir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:387
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri